05 May 2026 15:30
196
SİYASƏT
A- A+
Praqmatik siyasətin və milli maraqlara söykənən strateji kursun təcəssümü

Praqmatik siyasətin və milli maraqlara söykənən strateji kursun təcəssümü


Cənab Prezident İlham Əliyevin mayın 4-də keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında səsləndirdiyi fikirlər mahiyyət etibarilə Azərbaycanın son illərdə qurduğu yeni geosiyasi xəttin açıq və sistemli təqdimatı kimi qiymətləndirilməlidir.

Bu çıxış bir daha göstərdi ki, Azərbaycan regional və daha geniş coğrafiyada gündəm formalaşdıran ölkəyə çevrilib. Cənab Prezidentin mesajlarında əsas xətt ondan ibarət idi ki, sülh məsələsi konkret addımlar və real nəticələr üzərindən irəliləyir. Ermənistanla münasibətlər kontekstində səsləndirilən fikirlər də məhz bu yanaşmanın davamıdır. 

Xüsusilə 2028-ci il Zirvə görüşünün Azərbaycanda keçirilməsi təşəbbüsünün dəstəklənməsi regionda formalaşan yeni siyasi atmosferin göstəricisidir. Bu uzun illər qarşıdurma mühitində olan iki ölkə arasında münasibətlərin fərqli müstəviyə keçdiyini və qarşılıqlı siyasi iradənin mövcudluğunu ortaya qoyur. Bu məqamı cənab Prezident beynəlxalq auditoriyaya çatdıraraq Azərbaycanın sülh gündəliyinin real və dayanıqlı əsaslara söykəndiyini nümayiş etdirdi.

Diqqət çəkən əsas istiqamətlərdən biri də Azərbaycanın birtərəfli humanist addımlarının vurğulanması idi. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, yük daşımalarının bərpası və enerji ixracının başlanması kimi addımlar klassik diplomatik ritorikadan fərqli olaraq konkret nəticəyə hesablanmış siyasətin göstəricisidir. Bu yanaşma onu deməyə əsas verir ki, Azərbaycan sülhü həm siyasi, həmdə iqtisadi və funksional əməkdaşlıq platforması kimi qurur.

Eyni zamanda, möhtərəm cənab Prezidentimiz İlham Əliyev tərəfindən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasının qərəzli qətnamələri haqqında səsləndirilən fikirlər əslində daha geniş bir problemin, beynəlxalq institutlarda selektiv yanaşmanın mövcudluğunun açıq ifadəsi kimi qiymətləndirilməlidir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası tərəfindən son illər ərzində Azərbaycana münasibətdə qəbul edilən sənədlər mahiyyət etibarilə siyasi sifarişlərə və ikili standartlara söykənən yanaşmanı ortaya qoyur. Bu qətnamələrdə regionun reallıqları, post-münaqişə dövrünün həssaslığı və Azərbaycanın üzərinə götürdüyü sülh təşəbbüsləri ya tam şəkildə nəzərə alınmır, ya da məqsədli şəkildə kölgədə saxlanılır. Cənab Prezidentin vurğuladığı əsas məqam ondan ibarətdir ki, belə sənədlər nə hüquqi baxımdan hər hansı öhdəlik yaradır, nə də real siyasi proseslərə təsir gücünə malikdir. Əksinə onlar müəyyən dairələrin geosiyasi maraqlarının alətinə çevrilərək beynəlxalq institutların nüfuzuna xələl gətirir. Bu kontekstdə Azərbaycanın mövqeyi açıq və prinsipialdır. Ölkəmiz öz suverenliyinə, ərazi bütövlüyünə və milli maraqlarına qarşı yönəlmiş istənilən qərəzli yanaşmanı qəbul etmir və bu cür sənədlərin siyasi təzyiq alətinə çevrilməsinə imkan verməyəcək. Bu yanaşma beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirmiş və sözünü açıq deyən güclü dövlət mövqeyidir.

Cənab Prezidentin səsləndirdiyi fikirlərdə kommunikasiya xətləri, Orta Dəhliz və iqtisadi inteqrasiya məsələlərinə xüsusi yer ayrılması isə strateji baxışın davamlılığını göstərir. Bu yanaşma sübut edir ki, Azərbaycan sülh modelini həm təhlükəsizlik prizmasından, həm də iqtisadi bağlılıqlar üzərindən möhkəmləndirmək niyyətindədir. Bu isə region üçün ən dayanıqlı sabitlik formuludur.

Ümumilikdə, hesab edirəm ki, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışının əsas mahiyyəti ondan ibarətdir ki, bugün Azərbaycan öz siyasi xəttini qəbul etdirən və beynəlxalq gündəliyə çevirən dövlətdir. Cənab Prezidentin səsləndirdiyi fikirlər də məhz bu reallığın güclü dövlət iradəsinin, praqmatik siyasətin və milli maraqlara söykənən strateji kursun növbəti aydın ifadəsi kimi dəyərləndirilməlidir.

Fatma YILDIRIM,

Milli Məclisin deputatı




Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan istifadəçiləri arasında Facebook yenidən liderdir

20:28
05 May

4000 illik taxta qapı qalıqları tapılıb

20:21
05 May

Avstriya Kənd Təsərrüfatı Klasteri Azərbaycanla əməkdaşlığa başlayır

20:13
05 May

Arxeoloqlar uzun müddətdir itkin düşmüş Maya şəhərini tapıblar?  

20:01
05 May

Bakı Ekspo Mərkəzində Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgiləri işə başladı

19:36
05 May

Orta dəhliz qlobal ticarətdə rəqabətli alternativə çevrilir

19:26
05 May

“Prime Leasing MMC” Landini Traktorlarını Azərbaycanda təqdim etdi

19:19
05 May

İnternetdə bir dövrün sonu: "Ask.com" tarixə qovuşdu  

19:13
05 May

Strateji vaqonların istehsalında günəş enerjisindən istifadə olunacaq

19:07
05 May

Metan qazı tullantılarının azaldılması enerji təhlükəsizliyi üçün vacibdir  

18:57
05 May

Azərbaycan və Özbəkistan üzümçülük sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır

18:53
05 May

Bakıda keçiriləcək İİB Qrupunun 51-ci İllik Toplantılarının hazırlıq işləri nəzərdən keçirilib  

18:52
05 May

Gürcüstanın kənd təsərrüfatı naziri: Azərbaycanla bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraqlıyıq  

18:51
05 May

Premyer Liqa: “Neftçi” Yevlaxda 3 xal qazanıb

18:49
05 May

Dünya mətbuatı Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısındakı çıxışını işıqlandırmaqda davam edir  

18:48
05 May

Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr aparılıb

18:47
05 May

Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

18:46
05 May

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq  

18:45
05 May

Pentaqon: ABŞ İranın Hörmüz boğazını bağlamasına icazə verməyəcək

18:44
05 May

Dünya mediası Baş nazir Ciorcia Meloninin Prezident İlham Əliyevlə Bakıda apardığı danışıqları geniş işıqlandırıb 

18:43
05 May

Atlantik okeanında rekord həcmdə narkotik müsadirəsi

18:42
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!