20 May 2025 08:30
519
SİYASƏT
A- A+
Paşinyanın açıqlaması konstruktivlikdən tamamilə uzaqdır

Paşinyanın açıqlaması konstruktivlikdən tamamilə uzaqdır


Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısı çərçivəsində azərbaycanlı jurnalistin sualına verdiyi cavablar onun sülhlə bağlı fikirlərində səmimi olmadığını bir daha göstərdi. Bu ölkənin rəsmi şəxsləri tərəfindən tez-tez sülhlə bağlı ümidverici çıxışlar eşidilsə də, bütün bunların manipulyasiyadan başqa bir şey olmadığı açıq-aydın ortadadır. 

Milli Məclisin deputatı Sahib Alıyev qəzetimizə açıqlamasında bildirib ki, Nikol Paşinyanın İctimai TV-yə açıqlaması zamanı onun hərəkətlərində, dediklərində nə isə yeni bir şey müşahidə etmədik. Onun səsinin tonunun bütövlükdə mülayim xarakter daşımasına baxmayaraq, burada konstruktivlikdən danışmaq qətiyyən mümkün deyil: "Biz yenə Ermənistan baş nazirinin səmimiyyətdən uzaq, sülh gündəliyindən çıxış etsə də, sülhə xidmət etməyən yanaşmasını gördük. Baş nazir gözəl bilir və dərk edir ki, konstitusiyalarına dəyişiklik etmədikcə, orada Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistanın tərkib hissəsi kimi təsbitini aradan qaldırmayınca və Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanla birgə addım atmayınca arzuladıqları sülh müqaviləsi mümkün deyil. Sülh sazişi isə indiki vaxtda Paşinyana hava və su kimi lazımdır. Çünki onun hakimiyyətdə qalmasını təmin edəcək ən güclü arqument Azərbaycanla sülh anlaşması ola bilər. Əks təqdirdə aparılan sosioloji sorğular da göstərir ki, Paşinyan seçkini uduzacaq. Ermənistandakı quzğunların hədələrindən, terror ənənəsi olanların dediklərindən belə bəlli olur ki, Paşinyanın seçkidə məğlub olması həmçinin həyatını itirməsi anlamını daşıyır. Ona görə yaxşı olar ki, Ermənistan baş naziri belə sadə, fırıldaqçı yanaşmalardansa, dəqiq addımlar atsın və Prezident İlham Əliyevin əvvəlki xəbərdarlıqlarından düzgün nəticə çıxarsın".  

Deputat qeyd edib ki, Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib, Paşinyanı sülh sazişi imzalamağa çağırıb. Əgər o müqavilə imzalansaydı, Ermənistanın baş naziri indiki vəziyyətlə üzləşməyəcəkdi. Hələ vaxt var. O, düzgün nəticə çıxarmalı və verilən vaxtdan özü və ölkəsi üçün də doğru istifadə etməlidir. 

S.Alıyev sonda vurğulayıb ki, Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalaması deyilən tələblərin yerinə yetirilməsindən keçir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı

04:44
26 May

Tbilisidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

23:01
25 May

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən  

22:49
25 May

Bakının ev sahibliyi ilə keçirilən WUF13-ün beynəlxalq mediada yaratdığı geniş əks-səda davam edir 

22:37
25 May

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

22:36
25 May

Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib  

22:27
25 May

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

22:16
25 May

Keniya Respublikasının Prezidenti Uillyam Samoei Rutodan

22:06
25 May

Rumıniyanın Prezidenti Nikuşor Dandan

22:02
25 May

Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub  

21:58
25 May

Azərbaycanın Müstəqillik Günü İstanbulda qeyd olunub

21:45
25 May

Yaxın Şərqdə sülh sazişi ilə bağlı xəbərlər neft qiymətlərini aşağı salıb

21:25
25 May

Hindistan şirkətləri xaricdə irihəcmli satınalmalara başlayıb

21:18
25 May

Böyük Britaniyada rekord isti hava dalğası

21:13
25 May

İxtisarlar və siyasi gərginliklər sülhməramlı missiyaları təhlükəyə atır  

21:12
25 May

Hava çirkliliyi ağciyər və beyin fəaliyyətinə təsir edir

20:57
25 May

Britaniyalıların 55 faizi Aİ-yə qayıtmaq istəyir

20:51
25 May

Azərbaycan startapları Silikon Vadisində beynəlxalq görüşlər keçirirlər

20:48
25 May

Azərbaycanda kredit portfeli 32,6 milyard manatı keçib

20:33
25 May

ADY Bakı–Tbilisi qatarı ilə bağlı sərnişinlərə sənəd tələblərini açıqlayıb

20:26
25 May

“WhatsApp”da yeni məxfilik funksiyası

20:16
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!