19 Noyabr 2024 20:13
541
PARLAMENT
A- A+
Parlament komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Parlament komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Noyabrın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin deputatları, müvafiq nazirliklərin və qurumların nümayəndələri iştirak ediblər.

İclası açan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, son illərdə ölkəmiz geosiyasətdə böyük uğurlar əldə etməklə yanaşı, sosial-iqtisadi inkişaf baxımından da mühüm irəliləyişlərə nail olub. On ayın məlumatına əsasən, ÜDM-in 4,9 faiz artması çox böyük nailiyyətdir. ÜDM böyüdükcə orada faiz artımı mütləq rəqəmlərlə daha böyük həcmləri əks etdirir.

Ziyafət Əsgərov bildirib ki, 2025-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclər üçün cari illə müqayisədə 8,8 faiz artıq vəsait nəzərdə tutulur. Milli Məclis sədrinin müavini qeyd edib ki, təhsil xərclərinin də cari ilə nəzərən 9 faizə yaxın artması müsbət haldır. O qeyd edib ki dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin 2 milyarda çatması və əlavə olaraq İcbari Tibbi Sığorta Fondunun gəlirləri bu sahədə problemlərin həllində kifayət qədər imkanları artırır.

Onun sözlərinə görə, müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,4 milyard manata çatdırılması nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 1,3 milyard manat çox deməkdir.

Cari ilin çağırışları, ölkədə dünya əhəmiyyətli tədbir olan COP29-un keçirilməsi fonunda növbəti ildə ətraf mühitin mühafizəsinə önəm verilməsi çox diqqətəlayiqdir. Qlobal təhdidə çevrilən ətraf mühitin çirklənməsi və iqlim dəyişiklikləri məsələləri ölkəmiz üçün də daim nəzarət tələb etdiyindən 2024-cü illə müqayisədə bu sahəyə ayrılan vəsaitin 11 faizə yaxın artırılması müsbət hadisə kimi xarakterizə olunmalıdır.

Sonra iclasda maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib.

O, 2025-ci il dövlət və icmal büdcələrinin layihələrinin, həmçinin növbəti üç il üçün icmal büdcənin əsas göstəricilərinin Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunduğunu bildirib. Deyib ki, bununla yanaşı, Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” qanunlarda və digər qanunvericilik aktlarında dəyişikliklərin edilməsi barədə layihələr də büdcə zərfinin tərkib hissəsi olaraq Milli Məclisə daxil olub.

Büdcə layihəsi hazırlanarkən Prezident İlham Əliyevin əsas prioritetlər kimi ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası, həmin ərazilərə “Böyük Qayıdış“ın təmin edilməsi kimi ümdə çağırışları, habelə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası üzrə vəzifələr əsas götürülüb.

Qeyd olunub ki, 2025-ci ilin dövlət və icmal büdcələrinin tərtibi zamanı İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş baza proqnozu əsas götürülərək, ölkədə ÜDM-in artım tempi 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in artım tempi 4,9 faiz, orta illik inflyasiya 4,6 faiz, xam neftin 1 barelinin qiyməti 70 ABŞ dolları, təbii qazın 1 min kubmetr ixrac qiyməti 242 ABŞ dolları, manatın məzənnəsi isə 1 dollar üçün 1,7 manat səviyyəsində qəbul edilib.

Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41368 milyon manat nəzərdə tutulur, bu da 2024-cü illə müqayisədə 1625,3 milyon manat və ya 4,1 faiz çoxdur.

Növbəti il üçün azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub. Eyni zamanda, müdafiə və milli təhlükəsizliklə bağlı xərclərə 8396,0 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Cari illə müqayisədə bu, 17,8 faiz artım deməkdir.

Büdcə xərclərinin strukturunda cari xərclər 60,1 faiz və ya 24845,2 milyon manat, əsaslı xərclər 34,1 faiz və ya 14122,8 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5,8 faiz və ya 2399,6 milyon manat təşkil edəcək.

Növbəti ilin dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 795,0 milyon manat nəzərdə tutulur, büdcənin yerli xərcləri 800,3 milyon manat məbləğində proqnozlaşdırılır.

Layihəyə əsasən, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat proqnozlaşdırılır. 2025-ci il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3051,6 milyon manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin ÜDM-də xüsusi çəkisi 2,4 faiz təşkil edəcək.

Gələn il üçün icmal büdcəsinin gəlirləri 43910,5 milyon manat, xərcləri 47589,4 milyon manat proqnozlaşdırılır, icmal büdcənin kəsiri isə 3679,0 milyon manat təşkil edəcək.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini səsləndirib. O, büdcə parametrlərini formalaşdıran makroiqtisadi proqnozlar, habelə büdcə parametrlərinin layihələndirildiyi dövrdə ölkədə makroiqtisadi meyillər barədə söhbət açıb. Büdcə zərfinə daxil edilən sənəd və göstəricilərin “Büdcə sistemi haqqında” Qanuna, büdcə zərfinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olduğunu, büdcə sənədləşməsinin beynəlxalq təcrübəyə əsaslandığını deyib.

Palata sədri fiskal risklər, icmal büdcənin təhlili, ortamüddətli büdcə planlaşdırılması ilə bağlı qeydlərini diqqətə çatdırıb.

Daha sonra çıxış edən ombudsman Səbinə Əliyeva körpə uşaqların sosial müdafiəsinin gücləndirilməsi, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən vəsaitin artırılması, orta məktəblərin və digər uşaq müəssisələrinin qış mövsümündə isidilməsi üçün vəsaitin artırılması, uşaqların sağlamlığının qorunması, sağlamlıq imkanları məhdud uşaqların dərs vəsaitləri ilə təmin olunması, orta məktəblərdə mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılması, ixtisaslaşmış psixoloqların cəlb edilməsi, uşaqların inkişafına dövlət dəstəyinin artırılması, regionlarda qəzalı vəziyyətdə olan uşaq bağçalarının və körpələr evlərinin yenidən qurulması, hərbi qulluqçulara tutduqları vəzifəyə, habelə hərbi rütbəyə görə verilən pul təminatının, eyni zamanda, müvəqqəti mənzil kirayəsi üçün pul məbləğinin artırılması barədə təkliflərini səsləndirib. O, həmçinin Ombudsman Aparatının işinin effektivliyini artırmaq məqsədilə bir sıra təkliflərini diqqətə çatdırıb.

Çıxış edən deputatlar 2025-ci ilin dövlət büdcəsinin layihəsi barədə fikirlərini açıqlayıb, qeyd və təkliflərini bildiriblər.

İclasda maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirdikdən sonra “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

COP29-un iştirakçısı: Burada aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür  

11:50
22 Noyabr

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  

11:49
22 Noyabr

Ötən ay yaşa görə sosial müavinət alanların sayı 155 mindən çox olub  

11:46
22 Noyabr

Azərbaycan nefti bahalaşıb  

11:46
22 Noyabr

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq  

11:42
22 Noyabr

Seneqallı iştirakçı: Ümid edirik ki, COP29-dan sonra daha çox ölkə iqlimlə bağlı maliyyə ayıracaq  

11:19
22 Noyabr

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub  

11:02
22 Noyabr

On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb  

10:59
22 Noyabr

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

10:41
22 Noyabr

Lester Universitetinin professoru: COP29 biomüxtəlifliyin qorunması üsullarını müzakirə etmək üçün imkan yaratdı

10:37
22 Noyabr

Sərhəd Qoşunlarının komandanı azad olunan ərazilərdə dövlət sərhədinin mühafizəsi istiqamətində görülən işlərdən danışıb  

10:22
22 Noyabr

DSX rəisinin müavini: Bu il dövriyyədən çıxarılan narkotik vasitələrin ümumi dəyəri 13 milyon 174 min manat təşkil edib  

10:05
22 Noyabr

General: 2017-ci ildən hazırki dövrədək 6 ton 928 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb  

09:23
22 Noyabr

DSX: 2017-ci ildən indiyədək 1636 sərhəd pozucusu, 1021 rejim pozucusu saxlanılıb  

09:22
22 Noyabr

İsveç COP29 iqlim sammitində tənqidə məruz qalıb  

09:21
22 Noyabr

Rusiya Prezidenti xüsusi əməliyyat zonasındakı hadisələrlə bağlı bəyanatla çıxış edib  

09:20
22 Noyabr

BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti COP29-dan gözləntilərini açıqlayıb  

09:18
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!