Panel müzakirə: Turizmin inkişafında biznes-dövlət əməkdaşlığı, son 20 il ərzində əldə edilən uğurlar
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda Forum çərçivəsində "Turizmin inkişafında biznes-dövlət əməkdaşlığı, son 20 il ərzində əldə edilən uğurlar" adlı panel keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Televiziyasının (AzTV) sədr müavini, jurnalist Rüfət Həmzəyevin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağa Kərimov Azərbaycan yaxın gələcəkdə turizm sahəsi üzrə birinci yerdə olacağını diqqətə çatdırıb. O bildirib ki, bunun üçün bir necə amil mövcuddur: sabitlik, qonaqpərvərlik və ölkəmizin heç bir bloka qoşulmaması.
"Bakı Turizm Ekskursiya MMC"-nin direktoru Əlixan Mürvətov Azərbaycanın 2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Ümumdünya Turizm Təşkilatına üzv olduğunu və bununla da ölkəmizdə turizmin inkişafında yeni bir mərhələnin başladığını bildirib.
O, statistik məlumatlara əsasən 2000-ci illərdə Azərbaycana 1 milyona yaxın turist gəldiyini, 2019-cu ildə isə ölkəmizə gələn turistlərin sayının 3 milyon 170 mini əhatə etdiyini söyləyib.
Azərbaycan Turizm Agentliyi Assosiasiyasının Gəlmə Turizm Komissiyasının sədri Cəmilə Əliyeva Azərbaycan turizm industriyasının 2020-ci ildən sonra geopolitik və digər problemlərin təsirindən çıxdığını deyib. “Postpandemiyadan sonra Azərbaycana gələn turistlərin arealı, milli mənsubiyyəti dəyişib. 2021-ci ildən sonra Azərbaycan turizmi ayağa qalxdı. Biz sadəcə Körfəz ölkələrdən deyil, Hindistan, Pakistan, Banqladeşdən də turist qəbul etmişik. MDB ölkələrindən çoxlu turist axını olub. Bizim əsas məqsədimiz Azərbaycanı 4 fəsil turizm destinasiyası etməkdir.
İnvestisiyalar qoyulmalıdır ki, Xəzər dənizi kurort yerinə çevrilsin. Azərbaycanın bir çox səfalı yerləri var və biz onları dünyaya tanıtmalıyıq", - deyə o, bildirib.
Son 20 ildə Azərbaycan turizminin inkişafı müsbət mənada tamamilə dəyişdiyini deyən Azərbaycan Turizm Blogerləri Assosiasiyasının İdarə Heyətinin üzvü Mirsəməd Cəfərli, Səyahət və Turizm Peşəkarlarının Beynəlxalq Assosiasiyasının sədri Ceyhun Aşurov, Dövlət Turizm Agentliyinin işlərini dəstəklədiklərini vurğulayıblar.
Panel müzakirəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"TEMİRLİ QRUP" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
09 May
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Age...
09 May
İsmail Serageldinin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqın...
09 May
Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb
09 May
Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlled...
09 May
Ankarada Azərbaycan-Türkiyə biznes-forumu
09 May
Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın...
09 May
Bolqarıstan Prezidenti Rumen Radev ilə Milli Məclisdə görüş
09 May
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə gö...
09 May
Ali qonağın şərəfinə
09 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!