17 Iyul 2024 09:30
228
İQTİSADİYYAT
A- A+

"Onlayn Azərbaycan" genişlənir və razılıqla qarşılanır

 

Ölkədə ev təsərrüfatı və biznes subyektlərinin 85 faizi genişzolaqlı internetlə əhatə olunub

 

Son illər ölkəmizdə internetin inkişafı və internet sürətinin artırılması yönündə fəal tədbirlər həyata keçirilir. Regionların, xüsusən paytaxtdan uzaqda yerləşən və nisbətən ucqar sayılan rayonların fiber-optik internetlə təmin edilməsi üçün bir sıra ciddi addımlar atılır.

Azərbaycanda genişzolaqlı internetin sürəti 2022-ci ilin dekabrında 27.15 Mbit/s olduğu halda, 2023-cü ilin eyni dövründə artaraq ortalama 35,25 Mbit/s-i keçib. Bu isə cəmi 12 ay ərzində olduqca yüksək nəticənin əldə edilməsi deməkdir. Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən "Onlayn Azərbaycan" layihəsi çərçivəsində müxtəliftutumlu mis kabellər və əvvəlki dirəklər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə və yeni dirəklərlə əvəzlənir. Burada əsas məqsəd bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində sürətli internetlə əksər regionları əhatələyən genişzolaqlı şəbəkə qurmaqdan ibarətdir. Dövlət-özəl tərəfdaşlıq modelinə əsaslanan layihənin icraçıları "Aztelekom" MMC, "Bakı Telefon Rabitəsi" MMC, "Azeronline LTD", "Smart Systems Tecnology" və "MegaLink" şirkətləridir.

"Aztelekom" MMC də layihə çərçivəsində telekommunikasiya infrastrukturunun yenilənməsi və müasir beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində genişmiqyaslı işlər görür. Gəncədə sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib, GPON texnologiyası əsasında layihələndirmə işləri həyata keçirilib. Şəhərin 90 faizdən çox hissəsi yüksəksürətli internetlə əhatə olunub. Hazırda şəhər ərazisində 20 mindən çox ev təsərrüfatı və biznes subyekti xidmətlərdən yararlanır. Yeni qoşulmalar davam etdirilir.

Şamaxı rayonunda da mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb. Belə ki, Şamaxı şəhərində şəbəkənin tikintisi yekunlaşıb. Şəhər mərkəzində 9125 təsərrüfatdan 3093 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən  bildirilib ki, rayonun Muğanlı, Meysəri, Böyük Xınıslı, Şəhriyar, Avaxıl, Ərçiman, Dəmirçi, Səfalı, Qaleybuğurd, Əngəxaran, Muğanlı, Şərədil, Günəşli, Şirvanzadə, Qurdtəpə, Mirikənd, Qaravəli, Məlcək, Kərkənc, İkinci Cabanı, Qonaqkənd, Cabanı, Həmyə, İkinci Çaylı, Çarhan, Adnalı, Sabirli, Nüydi, Göylər, Məlikçobanlı, Dağ Bağırlı, Birinci Çaylı, Laləzar, Quşçu, Bağırlı, Ovçulu, Hacıqədirli, Göylər Çöl kəndləri və Pirqulu, Mədrəsə, Sabir, Yusif Məmmədəliyev qəsəbələrində 12214 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb. Ümumilikdə rayonda mövcud təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub. Hazırda rayon ərazisində 8860 təsərrüfat GPON xidmətlərindən istifadə edir.

"Onlayn Azərbaycan" layihəsi üzrə "Aztelekom" MMC tərəfindən Şabran şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər mərkəzində 5989 təsərrüfatdan 2334 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən istifadə edir. Rayonun Dəvəçikənd, Surra, Taxtalar, Sincanboyad, Dəvəçi, Mollakamallı, Ağalıq, Daşlıyataq, Söhbətli, Ağbaş kəndlərində 4557 təsərrüfat üçün şəbəkənin tikintisi tamamlanıb. Ümumilikdə isə rayonda mövcud təsərrüfatların 70 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 3459 təsərrüfat GPON xidmətlərindən yararlanır və burada da yeni qoşulmalar davam etdirilir.

Masallı şəhərində GPON texnologiyası əsasında fiber-optik şəbəkə yaradılıb. Masallı rayonunun İkinci Səmədxanlı, Bədəlan, Yusifli, Dəlləkoba, Çayqıraq, Aşurlu, Dəmirçi, Babaser, Qızılavar, Köhnə Alvadı, Təzə Alvadı, Böyük Kolatan, Bala Kolatan, Meşəkənarı, Böyük Xocavar, Banbaşı, Yeyənkənd, Abasbəyli və Xəlfələr kəndlərində işlər yekunlaşıb. Masallı şəhər mərkəzində 4538, rayonda isə 9857 ev təsərrüfatı və biznes subyekti genişzolaqlı internet xidmətlərindən yararlanır.

Ümumilikdə Masallı rayonu ərazisində 20403 ev təsərrüfatı və biznes subyekti yüksəksürətli internetlə əhatə olunub, 14000-dən çox abunəçi xidmətlərdən faydalanır və yeni qoşulmalar üçün çoxsaylı müraciətlər var.

"Onlayn Azərbaycan" layihəsi çərçivəsində "Aztelekom" MMC İsmayıllı rayonunda da xeyli işlər görüb. İsmayıllı şəhərində şəbəkənin tikintisi yekunlaşıb. Şəhər mərkəzində 10235 təsərrüfatdan 6994 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Rayonun Xələnc, Talıstan, Cülyan, Xanagah, Göytəpə, Mücühəfətəran, Ruşan, Vəng, Hacıhətəmli, Kürd Eldarbəyli, Mollisaqlı, Gideyli, Qalagah, Soltankənd, Uştal, İvanovka, Balik, Aşıqbayramlı, Enişdibi, Talış, Qarakolluq, Hapıtlı, Yenikənd, Şükürçü, Uştalqışlaq, Girk, Kəlbənd, Lahıc, Qaraqaya, Gəndov, Namazgah, Ərəgit, Əhən, Topçu, Buynuz, Qurbanəfəndi, Qubaxəlilli, Gəraybəyli, Əyyubbəyli, Xəlilli, "Kölüllü 1", "Kölüllü 2", Aşağı Zərnəva, Diyallı, Yuxarı Diyallı, Sədiyan, Güyüm, Təzəkənd, İkinci Yeniyol, Birinci Yeniyol, Ağbulaq, Qoşakənd, Tircan və Maçaxı kəndlərində 15442 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılıb. Ümumilikdə rayonda mövcud təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub. Hazırda rayon ərazisində 12393 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar aparılır.

Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi "Onlayn Azərbaycan" layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir. Ümumilikdə 2,49 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 85 faizini təşkil edir.

Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video