15 Sentyabr 2026 09:20
1508
Təhsil
A- A+
Ölkəmizdə yeni tədris ili başlayır

Ölkəmizdə yeni tədris ili başlayır


Bu gün respublikamızın orta və ali təhsil müəssisələri öz qapılarını yenidən şagird və tələbələrin üzünə açır 


Azərbaycan Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, həmin gün Bilik Günü elan edilmişdir.

Bu gün ölkəmizin şəhər, rayon, qəsəbə və kəndlərində 124 min uşaq I sinfə qədəm qoyacaq. Qeyd edək ki, I sinfə qəbul elektron sistem vasitəsilə həyata keçirilib. 

Ölkəmizin ali təhsil müssisələrinə isə bu il 58947  nəfər qəbul olunub. Onlardan 28108 nəfəri dövlət sifarişi əsasında, 317 dövlət hesablı, 30522 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. 

Cari ildə ölkəmizin şəhər və bölgələrində yeni tədris ili ilə əlaqədar neçə-neçə müasir məktəb binası istifadəyə verilib, bir sıra məktəblərdə isə əsaslı və cari təmir işləri aparılıb. Bu işlərin vaxtında və keyfiyyətli görülməsində Heydər Əliyev Fondunun diqqət və qayğısı əvəzsiz olmuşdur.  

Fondun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində Bakı şəhəri, Xəzər rayonu 324 nömrəli tam orta ümumtəhsil məktəbi də var. Məktəbin sinif otaqları artırılıb, əlavə fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və texnologiya otaqları, kitabxana, yeməkxana, idman meydançası və akt zalı yaradılıb. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Bakı şəhəri, Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta ümumtəhsil məktəbi isə cari ildə əsaslı təmirdən sonra istifadəyə verilib. 1384 yerlik məktəbin 4 mərtəbəli korpusu 1036 yerlik, 2 mərtəbəli ibtidai korpusu isə 348 yerlikdir. Məktəbdə sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika otağı, müasir STEAM mərkəzi, hərbi təlim, tibb, texnologiya otaqları, müəllimlər otağı, kitabxana, yeməkxana, akt, idman və gimnastika zalları, açıq ministadion və idman meydançası fəaliyyət göstərir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təmin olunub.

Samux rayonunun Alıuşağı kənd tam orta məktəbi də 360 yerlik yeni bina ilə müəllim və şagirdlərin istifadəsinə verilib. Fond tərəfindən inşa edilən məktəbdə sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, STEAM mərkəzi, hərbi təlim, tibb və əmək təlimi otaqları, məktəbəqədər sinif, kitabxana, yeməkxana, akt və idman zalları fəaliyyət göstərir. Məktəbin ərazisində açıq idman meydançası yaradılıb və zəruri avadanlıqlarla təchiz olunub.

Cəlilabad rayonu, Göytəpə şəhəri Vasif  Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi də fondun dəstəyi ilə yeni inşa edilib. Üçmərtəbəli, iki korpusdan ibarət məktəb binası 624 şagird yerlikdir. Burada sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, texnologiya kabinetləri, müəllimlər otağı, texniki otaqlar, qarderob, kitabxana, yeməkxana, akt, idman və gimnastika zalları fəaliyyət göstərir. Məktəb müasir mebel və avadanlıqlarla təchiz olunub, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təmin edilib, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Erməni işğalından azad edilmiş ərazilərdə,  Qarabağ və Şərqi Zəngəzurda yeni tikilən müasir "ağıllı məktəblər" və Qarabağ Universitetinin fəaliyyətinin genişləndirilməsi cari tədris ilinin ən böyük  uğurlarındandır. Azadlığına qovuşan ərazilərimizdə açılan 15-ə yaxın müasir tipli yeni məktəblər bu gün ilk dəfə olaraq qapılarını fidan balaların üzünə açır. Şuşada, Ağdamda, Füzulidə, Laçında, Cəbrayılda, Suqovuşanda, Xocalıda, Ağdərədə, Kəlbəcərdə, Zəngilanda və digər ərazilərdə aparılan müasir tipli yeni məktəb və məktəbəqədər müəssisələrin tikintisi ictimaiyyətdə qürur və fərəh hissi doğurur. 

Heydər Əliyev Fondu hər il olduğu kimi, bu il də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə etmişdir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın  Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilmişdir. Bir sıra xarici təşkilat və şirkətlərin ("World Vision", "JP Morgan", "Exxon Mobil", Rusiyanın "Puşkin kitabxanası" Fondu) fonda hədiyyə etdikləri müxtəlif  adda çoxsaylı nəşrlər ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evləri və internat məktəblərinin kitabxanalarına paylanmışdır. Bundan əlavə, fondun xətti ilə hər il olduğu kimi, bu il də yeni faydalı nəşrlər hazırlanaraq aidiyyəti üzrə təhsil müəssisələrinə çatdırılmışdır. Tədrisin keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycan dilində müxtəlif fənlər üzrə hər birindən 10 min nüsxə olmaqla 1 milyon 400 min ədəd plakat çap edilmişdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə  "Rəqəmsal Təhsil və İnnovasiya" layihəsi əsasında Elm və Təhsil Nazirliyi tərəfindən məktəblərdə "Rəqəmsal bacarıqlar" layihəsinin miqyası daha da genişləndirilib, şagirdlərin İKT və kodlaşdırma bilikləri artırılıb.

Fondun elm və təhsillə bağlı layihələri təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da həyata keçirilir. Məsələn, ötən ilin dekabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Afrika qitəsində, Ruandanın paytaxtı Kiqali şəhəri yaxınlığında yerləşən bir məktəbə dəstək göstərildi. Həmin məktəbdə oxuyan şagirdlərə müxtəlif dərs ləvazimatları təqdim olundu, məktəb ilk dəfə olaraq internetə çıxışla təmin edildi və müasir texnologiyalar üzrə biliklərin artırılması istiqamətində tədbirlər görüldü. Bu, fondun beynəlxalq humanitar missiyasının uğurlu nümunələrindən biridir.

Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2023-cü il tarixli sərəncamına uyğun olaraq  Xarici İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən birgə icra edilən "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramının 2025-2026-cı tədris ili üzrə namizədlərin seçimi prosesi başa çatıb. Proqrama müraciət etmiş 64 ölkədən yüzlərlə namizəd sırasından 51 ölkə üzrə 100 nəfər təhsil qrantına layiq görülüb. 

Seçilmiş namizədlər əsasən ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Milli Aviasiya Akademiyası və Xəzər Universiteti olmaqla Azərbaycanın 9 ali təhsil müəssisəsində müxtəlif tixtisaslar üzrə təhsil alacaqlar.

Bu proqrama əsasən, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələrin, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil almaları qərara alınıb. Sözügedən proqramın şərtlərinə əsasən, illik əsasda 100, ümumilikdə 500 nəfər xarici ölkə vətəndaşı üçün təhsil qrantının ayrılması nəzərdə tutulub.

 

Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!