16 Yanvar 2026 09:00
304
CƏMİYYƏT
A- A+
Oğul belə olar

Oğul belə olar


Azərbaycan torpaqlarının 30 illik erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərin iştirakçılarından biri də Şəmkir rayon Təzəkənd kəndinin yetirməsi Kamal Füzuli oğlu Süleymanovdur. O, 2002-ci il iyunun 18-də anadan olub. Orta təhsilini kənddəki Səməd Vurğun adına Təzəkənd orta məktəbində alıb. Həmyaşıdları kimi o da ermənilərin ölkəmizlə həmsərhəd kəndlərində, habelə Qarabağda törətdikləri vandallıqlardan çox narahat olurdu. Hələ məktəbdə oxuduğu zaman həmyaşıdları arasında bu barədə söhbət düşəndə "Vətən mənə oğul desə, nə dərdim", gedib ermənilərlə üzbəüz döyüşərdim, elədikləri vəhşiliklərin cavabını verərdim... özümü bir az rahat hiss edərdim" deyərdi.   

Kamal 2020-ci il iyulun əvvəllərində Vətənə borcunu yerinə yetirmək üçün Milli Ordu sıralarına çağrılanda çox sevindi. 2020-ci ilin sentyabrında ölkəmizin ərazi bütövlüyü uğrunda Ermənistan işğalçı qüvvələrinə qarşı Vətən müharibəsi başlayanda Kamal dörd ay idi Beyləqan istiqamətindəki "N" saylı hərbi hissədə xidmət edirdi. O,  çoxdan bəri ürəyində gəzdirdiyi - erməni quldurlarından qisas almaq məqamının yetişdiyinə sevindi. Dərhal bölük komandirinə yaxınlaşıb "Komandir, döyüş bölgəsinə - ön cəbhəyə göndərilmək üçün seçim olsa, birinci məni nəzərdə tutun" deyib özünü ermənilərlə üzbəüz döyüşdə görmək istədiyini bildirdi...

Kamalın bu istəyi özündən xəbərsiz gündəmə gəldi. Artıq iki gündən sonra o, Xocavənd rayonunun Domi kəndində əsgər yoldaşları ilə hücum əmrini gözləyirdi.

Domidən başlayan döyüş yolu Dağdöşü, Qoçbəyli, Bulutan, Kiş, Köhnə Tağlar, Qarqar, Ağcakənd, Quşçular, nəhayət, Tuğ kəndindən keçmişdir. Bu kəndlərin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə onun igidlik göstərdiyi anlar çoxdur. Ancaq Kamal bu şücaətlərin hər birində bölük yoldaşlarının əvəzsiz xidməti olduğunu bildirir və heç vaxt unuda bilmədiyi bir epizodu dilə gətirərək deyirdi: "Gecə yarıdan sonra Xırmançay yaxınlığında beş nəfərlə erməni tərəfə kəşfiyyata getmişdik. Bizdən sağda, xeyli aralıda mina partlayışı nəticəsində qonşu alaydan olan Azərbaycan əsgərlərinin itki verdiyini hiss etdik, nəticədə erməni quldurlarının mühasirəsinə düşdük. İki gün ermənilərdən xəbərsiz onlarla eyni dərəni bölüşdük. Komandirin tapşırığına əsasən, yolumuzun üstündə keşikdə olan erməni quldurunu çətinliklə də olsa, səsi çıxmadan məhv etdik. Beləliklə, mən və yoldaşlarım komandir Adil Bəşirovun səyi nəticəsində mühasirədən itkisiz çıxa bildik". 

Xocavənd erməni işğalçılarından azad edildikdən sonra komandanlığın əmri ilə Kamalın üzv olduğu alay Ağdama doğru istiqamət götürür. 1993-cü il iyunun 23-dən 85 faizi ermənilər tərəfindən işğal olunun rayonun ətraf ərazilərində mövqe tuturlar. Kamal Süleymanov kəşfiyyat tapşırıqlarını yerinə yetirmək üçün dəfələrlə Sarıcalı və Gülablı kəndlərinin ətrafındakı erməni səngərlərinə tək gedib, amma əli-qolu bağlı terrorçu erməni silahlısı ilə cüt qayıdır. O, Silahlı Qüvvələrin  Ali Baş Komandanı tərəfindən Azərbaycan əsgərinin qarşısına qoyulan məqsədə nail olmaq üçün neçə-neçə döyüş və kəşfiyyat əməliyyatlarının əsas iştirakçılarından olur. Kamalın çevikliyinin, bəlkə də Tanrının qismətidir ki, onun və əsgər yoldaşlarının kəşfiyyat, həmçinin döyüş əməliyyatları həmişə uğurla nəticələnirdi.

Kamal qürur hissi ilə bildirir ki, 44 günlük müharibə dövründə onun  bölüyündən ölüm-itim olmayıb. "Əlbəttə, yaralanan, xəstəxanaya düşənlər var idi, elə məqamlar olurdu ki, yaralı əsgər yoldaşımı kilometrlərlə çiynimdə özümlə aparırdım. Bölüyümüzdən olan yaralıların köməksiz qalmasına, əsir düşməsinə imkan vermədik..."   

Bütün bu şücaətlər, genişliyi ilə bələd olmadıqları dağ və ərazilərdə terrorçu  erməni qoşun birləşmələri üzərində qazanılan hər qələbə Kamalın və onun döyüş yoldaşlarının vətənə olan sevgisi sayəsində başa gəlirdi. Silaha sarılan igidlərimizin bir məqsədi var idi: ancaq irəli getmək, təpədən-dırnağadək silahlanmış terrorçu erməni silahlılarını torpaqlarımızdan qovmaq, Qarabağı işğalçılardan azad etmək. Sıravi əsgər Kamal Süleymanov bu sıradan olan hərbi tapşırıqları ləyaqətlə yerinə yetirdiyinə görə qulluq etdiyi  hərbi hissənin rəhbərliyi tərəfindən dəfələrlə təşəkkür və fəxri fərmanlara layiq görülüb. Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Xocavəndin azad olunmasına görə" medalı ilə, habelə Ali Baş Komandanın 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Ağdamın azad olumasına görə" medalı ilə təltif edilmişdir.

Kamal Süleymanov o günlərdə yaşadığı duyğu dolu anları əsgər yoldaşları,  dostları və ailə üzvləri ilə bölüşəndə Zəfərə gedən yolun iştirakçısı və Müzəffər Azərbaycan Ordusunun sıralarında olması ilə fəxr edir. Döyüş yoldaşlarını, torpaqlarımız uğrunda canından keçən şəhidlərin igidliyini fəxarətlə anır. Onların vətənpərvərliyi haqqında qürurla danışır.

Vətən müharibəsi iştirakçısı Kamal Süleymanovla söhbətimizdən o da aydın oldu ki, Böyük Qələbə xəbərinin sevincini hər biri fərqli, amma oxşar duyğular içərisində dadıblar. Kamal Qələbə xəbərini döyüşə hazırlaşdıqları məqamda aldıqlarını deyir: "Noyabrın 9-u gecə döyüş hazırlığı aparılırdı, xəbər gəldi ki, düşmən təslim oldu".

Bu təslimiyyət uğurlu və qətiyyətli siyasətin, rəşadətli ordunun, yumruq kimi birləşmiş xalqın ümumi qələbəsi idi. Artıq bütün dünya, nəhayət, nankor ermənilər də dərk etdilər ki, Qarabağ Azərbaycandır! 

Qalib ordunun qalib əsgəri kimi geri dönəndə Kamal Süleymanovun vətənpərvərliyinə, müharibədə  göstərdiyi şücaətə görə doğmaları, onu yaxından tanıyanlar qürur hissi ilə deyirdilər: "Oğul belə olar! Allah saxlasın!"

Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə görə, digər  Vətən müharibəsi iştirakçıları ilə yanaşı, Kamal Süleymanova da  Şəmkir Rayon İcra Hakimiyyəti, habelə rayon hərbi komissarlığı tərəfindən lazımi diqqət və qayğı göstərilir. Müharibədən qələbə ilə qayıdan Kamal üç il bundan öncə həmkəndlisi Mirvari xanımla ailə qurub, Ağa adlı oğul atasıdır.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniya Kansleri: Azadlığımızı qonşularımızla birlikdə qoruyuruq  

23:04
13 Fevral

Prezident: Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir  

22:41
13 Fevral

Prezident İlham Əliyev: Yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” anlamına gəlməməlidir  

22:33
13 Fevral

Bu il Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq? Prezident açıqladı  

22:31
13 Fevral

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib 

22:24
13 Fevral

Prezident İlham Əliyev Münxendə “Oracle” korporasiyasının baş icraçı direktoru ilə görüşüb  

22:14
13 Fevral

Donald Tramp tezliklə Venesuelaya səfər edəcəyini açıqlayıb  

22:13
13 Fevral

Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında Tramp Marşrutu layihəsinin əhəmiyyətindən danışıb  

22:06
13 Fevral

Ərəb politoloq: Azərbaycan postmünaqişə mərhələsində praqmatik və gələcəyə yönəlmiş yanaşma nümayiş etdirir 

21:34
13 Fevral

Bakıda Serbiyanın Dövlətçilik Günü qeyd olunub  

20:39
13 Fevral

Nazir: Azərbaycanla Serbiya arasında imzalanmış sənədlər əməkdaşlığın güclü hüquqi bazasını təşkil edir  

20:28
13 Fevral

“AzerGold” QSC ilə Geologiya və Geofizika İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb  

20:01
13 Fevral

Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti yüksək qiymətləndirilib  

19:41
13 Fevral

Bahar Özsoy: Azərbaycan işğaldan azad edilmiş ərazilərdə müasir urbanizasiya modelinin tətbiqinə xüsusi önəm verir  

19:28
13 Fevral

Gürcüstan Dəmir Yolları: Rusiya ilə dəmir yolu əlaqələrinin bərpası həqiqətə uyğun deyil  

19:05
13 Fevral

İsrail-ABŞ-Azərbaycan əməkdaşlığı regionda uzunmüddətli strateji dayanıqlığın əsaslarını formalaşdırır

18:58
13 Fevral

Rəqəmsal inkişaf kursu Azərbaycanın gələcək gücünün və strateji mövqeyinin əsas təminatıdır

18:41
13 Fevral

Prezident İlham Əliyev Münxendə Slovakiya Baş nazirinin müavini ilə görüşüb

18:13
13 Fevral

Rusiya Bankı əsas illik faiz dərəcəsini 15,5 faizə endirib  

18:03
13 Fevral

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:51
13 Fevral

Kəlbəcər şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:43
13 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!