08 Oktyabr 2024 15:19
625
CƏMİYYƏT
A- A+
Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olunub

Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olunub

Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Ukrayna ərazisində həbs edilən Kamerun bayrağı altında üzən gəminin azərbaycanlı heyəti təxliyə olunub.

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 6-da səfirliyin konsulluq şöbəsinin fövqəladə hallar üçün nəzərdə tutulmuş “qaynar xətti”nə müraciət daxil olub. Məlum olub ki, bir aydan artıq Odessanın “Reniy” dəniz ticarət limanında Kamerun bayrağı altında üzən “Usko Shipping” şirkətinə məxsus “Usko Mfu” adlı ticarət gəmisi sözügedən limanda saxlanılaraq dənizə çıxması Ukrayna hökuməti tərəfindən məhdudlaşdırılıb. Gəmidə 12 nəfərdən ibarət heyətin xidmət apardığı, onlar arasında 7 nəfərin (bir nəfər gəmi kapitanı) Azərbaycan Respublikası vətəndaşı olduğu müəyyənləşib.

Səfirlik dərhal Azərbaycan vətəndaşlarının təxliyəsi üçün təxirəsalınmaz işlər görüb. Bu xüsusda Azərbaycan ilə Ukrayna arasında 1997-ci il martın 24-də Kiyev şəhərində imzalanmış Konsulluq Konvensiyasının müvafiq bəndləri rəhbər tutularaq vətəndaşlarımızın təxliyəsi istiqamətində Ukrayna dövlət qurumları ilə yazışmalara başlanılıb.

İlkin olaraq Ukrayna Dövlət Sərhəd Xidmətindən vətəndaşların ölkəyə daxil olması ilə bağlı tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Habelə səfirlik tərəfindən “Reniy” dəniz ticarət limanının rəhbərliyi və Ukrayna Xarici İşlər Nazirliyi qarşısında müvafiq görüşlərin keçirilməsi üçün vəsatət qaldırılıb. Səfirlik tərəfindən atılan müvafiq addımlar nəticəsində oktyabrın 4-də vətəndaşlarımızın təxliyə edilməsi üçün razılıq əldə olunub.

Qeyd olunan tarixdə səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsləri Qalibbəy Ağadadaşov, Pərviz Əsədov “Reniy” dəniz ticarət limanına ezam olunublar və Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, bir Türkiyə vətəndaşının da təxliyəsi həyata keçirilərək vətənlərinə dönməsi təmin olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!