03 Iyul 2024 16:44
104
DÜNYA
A- A+

Neyrointerfeysli bionik ayaq protezi hazırlanıb

 

ABŞ-nin Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları bionik ayaq biləyi protezini hazırlayıblar. Sözügedən protez ayaq biləyinə sahib olmayan şəxsin yerdə qalan ayaq hissəsindəki əzələ daralması ilə bağlı siqnallarını qəbul edərək ayaq biləyinin çalışma alqoritmini tənzimləyir. Bunun sayəsində pasiyent protez vasitəsilə rahatlıqla hərəkət edə bilir.

Bədən hissələrindən hər hansınınsa amputasiyası amputasiya edilmiş hissənin çalışmasında iştirak edən sinir birləşmələri ilə əzələləri parçalayır. Bu əzələlər konkret hərəkətlərdən cavabdeh olan aqonistlərə və əks hərəkətləri yerinə yetirən antoqonistlərə ayrılırlar. Mütəxəssislər güman edirlər ki, məlumatların antoqonist əzələlərdən əldə edilməsi halında aqonistlərin amputasiyası sinir siqnalının bərpasına və protezin siqnala reaksiyasına mane olmayacaq. Bədən hissəsinin amputasiyası zamanı xüsusi tibbi müdaxilənin sayəsində antaqonist əzələlərdə neyrointerfeys yaradılır.

Yaradılan neyrointerfeys öz növbəsində antaqonist əzələlərin daralması impulslarının qəbulu üçün nəzərdə tutulub. Daha sonra bu siqnallar ayaq biləyi protezi tərəfindən qəbul edilir. Antaqonist əzələlərdən qəbul edilmiş siqnallar deşifrələnərək protezin bilək hissəsindəki motorlara ötürülür. Bu isə şəxsin hərəkətini daha təbii hala salır.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video