03 Oktyabr 2024 08:55
4127
Oxucu məktubları
A- A+
Musanın hünər dastanı

Musanın hünər dastanı


Musa  Əlifağa oğlu Əsgərov İkinci Qarabağ müharibəsində canını Vətənə fəda etməklə  qərinələr boyunca gələcək nəsillərə örnək  olacaq  bir tarix  yazıb. O, doğma Azərbaycana ürəkdən bağlanmışdı,  vətəninin hər qarışını çox sevirdi. Onu mübarizə meydanında  yağı düşmənin kabusuna çevirən də bu ilahi istək olub. 

Vətənin yaşaması naminə son damla qanınacan vuruşub 23 yaşında şəhadətə yüksəlmiş Musa indi təkcə doğulduğu  Cəlilabad rayonunun Sabirabad kəndinin deyil, böyük bir xalqın övladıdır. Dövlət tərəfindən layiq görüldüyü   "Vətən uğrunda", "İgidliyə görə" və digər medalları isə  Musanın odun-alovun içində necə hünər göstərdiyinə bir nişanədir. 

Musa hələ uşaq yaşlarında hərbçi olmağa qərar vermişdi. Dərslərini yaxşı oxumaqla bərabər, idman yarışlarında da həmişə fərqlənirdi.  2014-cü ildən isə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olan M.Əsgərov 2018-ci ildə oranı  fərqlənmə ilə  başa vurub. 

Musa leytenant rütbəsində Xüsusi Təyinatlı Qüvvələrin  tərkibində hərbi xidmətə düşmənə ən yaxın mövqelərdən - Qazaxdan başlayıb. Xidməti boyunca iştirak etdiyi  təlimlərdə bir qayda olaraq nizam-intizamı, peşəkarlığı həmişə ona uğur qazandırıb və Musa qısa vaxtda baş leytenant rütbəsinə yüksəlib. Elə bu rütbə ilə sentyabrın 27-də başlayan Vətən savaşında düşmənin kabusuna çevrilib.

 Murovdağ yüksəkliyi istiqamətində ermənilərin qurduğu onlarla pusqu və maneələri dağıdaraq hədəfə yaxınlaşan zabit Cəbrayıl, Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə böyük rəşadət göstərib. Neçə-neçə ağır sınaqlarda yağıya qan udduran Musa   27 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya mərmisinin partlayışı nəticəsində aldığı çoxsaylı qəlpə yaralarından  şəhid olub. 

Şəhid anası Sevda xanım deyir ki, Musa Vətəni hər şeydən üstün bilirdi, onun yolunda şəhid olmağı özünə şərəf sayırdı: "Arzusuna çatdı, mən də şəhid anası kimi onunla qürur duyuram. Ölümündən sonra qardaşının oğlu dünyaya gəldi. Onu da Musa kimi vətənpərvər böyüdəcəyəm".


Zəfər ORUCOĞLU 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin 11-ci plenar sessiyasında təmsil olunacaq  

13:32
22 Noyabr

Hindistanda təhlükəsizlik qüvvələri ilə toqquşmada 10 maoçu öldürülüb  

13:13
22 Noyabr

Türkiyə Yaşıl Hidrogen İstehsalçıları Assosiasiyasının rəhbəri iqlim investisiyalarını artırmağa çağırıb  

13:12
22 Noyabr

COP29 çərçivəsində Afrikada tətbiq olunan yaşıl təşəbbüslərə dair tədbir keçirilib  

13:11
22 Noyabr

İsveçrə nümayəndəsi: İnanıram ki, COP29 doğru bir yol olacaq  

13:10
22 Noyabr

COP29 Malayziya mətbuatında  

13:09
22 Noyabr

Prezident İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib  

12:07
22 Noyabr

Türkiyədə I İstanbul Enerji Forumu keçirilir  

12:05
22 Noyabr

Amerikalıların 50 faizi Trampın kadr təyinatlarını müsbət qiymətləndirir  

12:04
22 Noyabr

COP29-un nigeriyalı iştirakçısı: Burada iştirak etdiyim üçün özümü çox şanslı hiss edirəm  

12:03
22 Noyabr

COP29-un iştirakçısı: Burada aparılan müzakirələr nəticəsində iqlim probleminin öhdəsindən gəlmək mümkündür  

11:50
22 Noyabr

Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər  

11:49
22 Noyabr

Ötən ay yaşa görə sosial müavinət alanların sayı 155 mindən çox olub  

11:46
22 Noyabr

Azərbaycan nefti bahalaşıb  

11:46
22 Noyabr

Meksikalı icraçı direktor: Məqsədlərə çatmaq istəyiriksə, maliyyə dəstəyini artırmalıyıq  

11:42
22 Noyabr

Seneqallı iştirakçı: Ümid edirik ki, COP29-dan sonra daha çox ölkə iqlimlə bağlı maliyyə ayıracaq  

11:19
22 Noyabr

COP29-da danışıqlar qruplarının iştirakı ilə Qurultay olub  

11:02
22 Noyabr

On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb  

10:59
22 Noyabr

DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib  

10:41
22 Noyabr

Lester Universitetinin professoru: COP29 biomüxtəlifliyin qorunması üsullarını müzakirə etmək üçün imkan yaratdı

10:37
22 Noyabr

Sərhəd Qoşunlarının komandanı azad olunan ərazilərdə dövlət sərhədinin mühafizəsi istiqamətində görülən işlərdən danışıb  

10:22
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!