16 Fevral 2025 08:15
541
CƏMİYYƏT
A- A+
MSK bələdiyyə seçkilərinə yekun vurdu

MSK bələdiyyə seçkilərinə yekun vurdu


Yanvarın 29-da yerli özünüidarəetmə orqanlarına seçkilər keçirildi. Səsvermənin şəffaflığını təmin etmək üçün öncədən geniş hazırlıq işləri aparıldı. Seçki gününədək məntəqələrə 6 milyon 52 min 721 seçki bülleteni paylandı. Məntəqələr zəruri avadanlıqlarla təmin edildi. Beləliklə bələdiyyə seçkilərində səsvermə hüququ olan hər bir seçicinin rahat şəkildə azad və sərbəst səs vermələri üçün lazımi şərait yaradıldı.

Məzahir Pənahovun sədrliyi ilə fevralın 14-də keçirilən Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bələdiyyə seçkilərinin ümumi yekunlarına dair məsələlərə baxıldı. Media nümayəndələrinin və digər maraqlı subyektlərin iştirak etdikləri iclasda seçkilərin yüksək səviyyədə keçdiyi qeyd olundu. Bütün seçki kampaniyası ərzində proseslərin başlıca mərhələlərinin və digər zəruri tədbirlərin qanunvericiliyin tələblərinə uyğun, vaxtında və keyfiyyətlə reallaşdırıldığı bildirildi.

Qeyd olundu ki, ötən il ölkədə keçirilən iki mühüm seçki zamanı ard-arda silsilə maarifləndirmə layihələri olsa da, spesifik xarakteristikasından irəli gələrək bələdiyyə seçkilərində də MSK-nın proqramına uyğun olaraq, əlaqədar qurumlarla sıx əməkdaşlıq şəraitində müxtəlif statuslu seçki subyektləri üçün fərqli istiqamətlər üzrə çoxsaylı maarifləndirmə layihələri reallaşdırılmışdır.

Bələdiyyə seçkilərində 125 seçki dairəsinin 118-də 5846 seçki məntəqəsi üzrə keçirildiyi, ölkədəki 685 bələdiyyəni əhatə edən seçkilərdə 8071 bələdiyyə üzvlüyü uğrunda 16092 namizədin mübarizə apardığı diqqətə çatdırıldı. MSK siyasi partiyaların budəfəki bələdiyyə seçkilərində xüsusi fəallıq nümayiş etdirməsini və 23 siyasi partiyanın öz namizədləri ilə seçkilərdə iştirakını bələdiyyə seçkilərinə geniş ictimai-siyasi marağın göstəricisi kimi qeyd etdi.

MSK-nın iclasında həmçinin seçkiqabağı təşviqat kampaniyası dövründə bütün namizədlərə bərabər şərait və eyni imkanlar yaradıldığı vurğulandı. Diqqətə çatdırıldı ki, Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə bütün ölkə ərazisində 3730-u açıq və 2182-si qapalı olmaqla ümumilikdə 5912 yer ayrılaraq namizədlərin ixtiyarına verilmiş və onlar sadəcə dairə seçki komissiyalarını məlumatlandırmaqla həmin yerlərdən də ödənişsiz istifadə edərək öz seçiciləri ilə sərbəst şəkildə görüşlərini keçirmişlər. 

Bələdiyyə seçkilərində akkreditasiyadan keçən 70625 müşahidəçinin 26260-ı 24 siyasi partiyanı təmsil etmişdir. Bu da siyasi partiyaların seçkilərə olan yüksək marağının daha bir göstəricisi idi.

İclasda seçki günü ölkə üzrə seçicilərin 31,42 faizinin səsvermədə iştirak etdiyi qeyd olundu. Bildirildi ki, səsvermə başa çatdıqdan bir neçə saat sonra, elə həmin gün seçki keçirilən bələdiyyələrin 96,35 faizini əhatə edən məlumatlar əsasında ilkin nəticələr ictimaiyyətin diqqətinə çatdırılmışdır. İclasda həmçinin səsvermə günü MSK və ya aşağı seçki komissiyalarına hər hansı qanun pozuntusu barədə heç bir şikayət və ya müraciət daxil olmadığı açıqlandı. O da qeyd olundu ki, MSK-nın müvafiq qərarları ilə ümumilikdə 6 seçki məntəqəsi üzrə səsvermənin nəticələri və 1 bələdiyyəyə seçkilər etibarsız hesab edilmişdir. Bələdiyyə üzvü seçilənlərdən biri sonradan vəfat etdiyi üçün isə 1 bələdiyyə tam tərkibdə formalaşmamışdır.

MSK-nın yekdilliklə qəbul etdiyi qərara əsasən, Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun keçirilməklə baş tutan bələdiyyə seçkilərində ümumilikdə 27 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin və 3 bələdiyyə üzrə seçkilərin etibarsız sayılması nəzərə alınmaqla 8039 nəfər bələdiyyə üzvü seçilmiş, 1 bələdiyyə tam olmayan və 681 bələdiyyə isə tam tərkibdə formalaşmışdır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

Jan-Noel Baro Fransa vətəndaşlarının İrandan təxliyəsində dəstəyə görə Azərbaycana təşəkkür edib  

19:13
03 Mart

SOCAR: Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini kökündən dəyişdirib  

19:01
03 Mart

Rektorlar ali təhsil müəssisələrinə qəbul prosesindən danışıblar

18:48
03 Mart

Dan Yorgensen: Azərbaycan bizim üçün çox vacib tərəfdaşdır

18:41
03 Mart

Milli Nüvə Nəzarət İdarəsi: İraqda radiasiya səviyyələrində artım qeydə alınmayıb  

18:36
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!