07 May 2024 15:37
261
Elm və texnika
A- A+

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib  

 

ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin tələbələri Ayxan Ağayev, İbrahim Tağızadə və Ülvi Aslanlıdan ibarət Azərbaycan komandası Beynəlxalq Kollegial Proqramlaşdırma (“ICPC - International Collegiate Programming Contest 46”, “ICPC 47”) müsabiqəsinin finalında iştirak ediblər. Builki müsabiqənin unikallığı ICPC 46 və ICPC 47-nin pandemiyadan dolayı eyni vaxtda təşkil edilməsidir.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Universitetin professor-müəllim heyətinin üzvləri Fuad Hacıyev və Mixaylo Medvedyevin rəhbərlik etdiyi Azərbaycan komandası 2022-ci ildə keçirilmiş superregion yarımfinalında əldə etdiyi nəticəyə görə final mərhələyə yüksəlib.

Azərbaycan komandasının final mərhələsinə yüksəlməsi müsabiqənin tarixində bir ilkdir. 170 universitetdən 254 komanda ilə mübarizə aparan Azərbaycan komandası 4 məsələni həll edib.

Qeyd etmək lazımdır ki, ICPC finallarında iştirak etməklə yanaşı, ADA Universitetinin komandası ICPC 46-47-nin əlavə tədbiri kimi keçirilən “Huawei Challenge”də iştirak edib. Komanda 247 komanda ilə mübarizə apararaq, 136-cı yerdə qərar tutub. Bundan əlavə, ADA Universitetinin nümayəndə heyətinin rəhbəri Fuad Hacıyev Azərbaycan regionu üzrə direktor Etibar Seyidzadə və Texniki Direktor Rauf Süleymanlı ilə birlikdə ICPC regional nümayəndələrinin illik toplantılarında Azərbaycan regionunun baş hakimi kimi iştirak edib.

Fuad Hacıyev “ADA Universiteti komandasının nailiyyəti Azərbaycan proqramlaşdırma ictimaiyyətinin nailiyyətidir”,- deyə qeyd edib.

Azərbaycan nümayəndə heyətinin final səfəri “Technest” layihəsi çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutub.

Qeyd edək ki, Beynəlxalq Kollegial Proqramlaşdırma Müsabiqəsi (ICPC) 1977-ci ildən bəri mütəmadi olaraq keçirilir. Hər il dünyanın 100-dən çox ölkəsində 3000-dən çox nüfuzlu universitetdən 50000-dən çox tələbə (16000-dən çox komanda) müsabiqənin seçim mərhələlərində iştirak edir.

Azərbaycan ali məktəblərinin komandaları 2000-ci ildən bu yarışda iştirak edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video