01 Oktyabr 2023 09:20
267
CƏMİYYƏT
A- A+
Mingəçevirlilər Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini yüksək qiymətləndirirlər

Mingəçevirlilər Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərini yüksək qiymətləndirirlər

 

"Heydər Əliyev İli" çərçivəsində Mingəçevir Dövlət Universitetində şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə "Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır" mövzusunda konfrans keçirilmişdir. 
Konfransda şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov çıxış etmişdir. Bildirilmişdir ki, Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində də dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. Həmin illər Azərbaycanda neft sənayesinin inkişafına təkan verən 75 növdə 400-dən çox qurğu gətirilmiş, Xəzərin dərinliyində işləməyə imkan verən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaranmışdır. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yatağı kəşf edilmiş, neft ehtiyatları 2, qaz ehtiyatları isə 3 dəfə artmışdır. 80-ci illərdə isə üzən qazma qurğularının sayı 11-ə çatmışdır və onlardan istifadə nəticəsində indi Azərbaycan neftinin əsas hissəsini verən "Azəri", "Çıraq" və "Günəşli" yataqları kəşf olunmuşdur.
Qeyd edilmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 90-cı illərin əvvəllərində bir çox çətinliklərlə üzləşmişdir. Bu çətinliklər aşkar edilmiş "Azəri", "Çıraq", "Günəşli" kimi yataqların işlənməsinə imkan vermirdi. Belə vəziyyətdə xalqın tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev müstəqilliyini yenicə bərpa etmiş ölkənin neft sənayesinin bərpası və inkişafı ilə yaxından məşğul olmağa başladı. Ümummilli Lider xarici iri neft şirkətlərini Azərbaycana dəvət etmək qərarına gəldi və yeni neft strategiyası tez bir vaxtda işlənib hazırlandı. Elə ilk günlərdən ARDNŞ-nin birinci vitse-prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edilərək yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. 1994-cü il sentyabrın 20-də "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə 7 ölkənin 11 məşhur neft şirkəti ilə  "Əsrin müqaviləsi" imzalandı.
Konfransda daha sonra vurğulanmışdır ki, "Əsrin müqaviləsi"nin imzalanmasından keçən 30 ilə yaxın müddət ərzində Heydər Əliyevin yeni neft strategiyasının uğurla reallaşması günümüzün reallığına çevrilmişdir. Bu strategiya müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası, sürətlə inkişaf edən, qüdrətli Azərbaycan dövlətinin yaranmasının rəmzidir. Məhz bu inkişaf və qüdrət bizə imkan verdi ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzuru 30 illik işğaldan tam azad etdi. 
Konfransda Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, elmi işlər üzrə prorektoru Veysəl Əyyubov, kafedra müdiri Emiliya Hüseynova müxtəlif mövzularda məruzələrlə çıxış etmişlər.

Lazım QULİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün Şuşaya köçən ailələrə evlərinin açarları təqdim olunub

18:08
21 Dekabr

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!