15 Sentyabr 2026 10:15
654
Təhsil
A- A+
Mingəçevirin işıqlı məzunları

Mingəçevirin işıqlı məzunları


Bu il şəhər üzrə 3 sinfin bütün məzunları ali məktəblərə qəbul olunmuşlar


Mingəçevir Şəhər İcra Hakimiyyətində ümumtəhsil məktəblərinin məzunları, bu il 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirilib.

Görüşü açan ŞİH-in başçısı İlham İsmayılov şəhərin ümumtəhsil məktəblərinin yüksək bal toplayaraq ali məktəblərə qəbul olan məzunlarını və onların valideynlərini, müəllimləri təbrik edib. Qeyd edib ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar təhsil sahəsində uğurların artması, şagird və tələbələrin nailiyyətlərinin yüksəlməsi ilə müşayiət olunur: "Gənclər cəmiyyətin sabahının yaradıcılarıdır. Ümummilli Lider Heydər Əliyev gənclərin müasir dövrün tələblərinə uyğun formalaşmasına həmişə xüsusi diqqət verib. Ulu Öndərin Azərbaycana rəhbərliyi illərində yüzlərlə yeni məktəb binası, ali məktəblər üçün müasir korpuslar tikilərək istifadəyə verilib. Ulu Öndərin apardığı işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlbəil təhsilə, gəncliyə, onların təhsilinə qayğı və diqqət artır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Heydər Əliyev Fondu təhsil sahəsində müxtəlif layihə və proqramlar həyata keçirir. Təsadüfi deyil ki, fondun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır".

Tədbirdə məlumat verildi ki, bu il Mingəçevir şəhəri üzrə XI sinifləri 1455 nəfər bitirmişdir. Onlardan 715 nəfəri ali məktəbə qəbul olmuşdur. 38 mingəçevirli məzun 600 baldan yuxarı nəticə əldə etmişdir. Onlardan bir nəfəri isə ölkə üzrə ən yüksək nəticə - 700 bal toplamışdır. 4 nömrəli tam orta məktəbin, Texniki və Humanitar Fənlər Liseyinin hər birində bir sinfin, Təbiət-Riyaziyyat Humanitar Fənlər Təmayüllü Liseyinin iki sinfinin bütün şagirdləri 100 faiz nəticə göstərərək ali məktəblərə qəbul olmuşlar. 

Azərbaycan gənci təkcə təhsil və idmanda deyil, hər sahədə nümunə göstərir, milli-mənəvi dəyərlərimizə sadiqliyini nümayiş etdirir. Azərbaycan gəncləri Vətən torpaqlarının keşiyində durur, onu göz bəbəkləri kimi qoruyurlar. Birinci və İkinci Qarabağ müharibələrində, Aprel döyüşlərində, antiterror əməliyyatında Azərbaycan gəncləri fədakarlıq göstəriblər, canları, qanları ilə böyük Zəfəri qazanıblar. Yeri gəlmişkən, qeyd edək ki, bu il ali məktəblərə qəbul olan mingəçevirlilər sırasında bir şəhid və  iki qazi övladı da var.

Görüşdə çıxış edənlər Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir Şəhər Təhsil sektorunun müdiri Rüstəm Aslanov, Təbiət-Riyaziyyat Humanitar Fənlər Təmayüllü Liseyin direktoru Aidə İsmayılova, 689 balla Tibb Universitetinə qəbul olan Nəzrin Abdullayevanın valideyni Günay Abdullayeva, Texniki Humanitar Fənlər Liseyinin müəllimi, rəhbərlik etdiyi sinfin bütün şagirdləri ali məktəbə qəbul olmuş Günay Əliyeva, Vətən müharibəsi qazisi Pərviz Məmmədov, Əməkdar müəllim Mayıl İsmayılov müəllimləri, valideynləri, gəncləri təbrik edərək xoş arzularını çatdırıblar. 

Təbiət-Riyaziyyat Humanitar Fənlər Təmayüllü Liseyin məzunu, 675 bal toplayaraq  Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə daxil olan Cabbar Cabbarov əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və müəllimlərinə, xüsusən gənclərə dəstək olan, hər zaman diqqət və qayğı göstərən  Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, yüksək təhsili ilə buna cavab verəcəyini bildirib.

Tədbirin sonunda yüksək nəticə göstərmiş tələbələrə şəhər icra hakimiyyətinin xatirə hədiyyələri təqdim edilib.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Əfsanəvi cizgi serialı geri dönür

18:04
23 Sentyabr

Lənkəranda şəhid məzarları ziyarət edilib

17:49
23 Sentyabr

Şəhid Əli Tağıyevin xatirəsi anılıb  

17:21
23 Sentyabr

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

17:18
23 Sentyabr

Əfv sərəncamının icrası başa çatıb

17:18
23 Sentyabr

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

17:16
23 Sentyabr

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

17:16
23 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma  

17:15
23 Sentyabr

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

17:13
23 Sentyabr

 Təbii sərvətlərimiz işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək  

17:05
23 Sentyabr

Sülhün və təhlükəsizliyin ünvanı  

17:03
23 Sentyabr

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

Kanada və Böyük Britaniya müdafiə proqramlarını birləşdirə bilər   

16:38
23 Sentyabr

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

16:36
23 Sentyabr

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

16:33
23 Sentyabr

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

16:26
23 Sentyabr

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

16:25
23 Sentyabr

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub  

16:23
23 Sentyabr

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

16:22
23 Sentyabr

Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”  

16:18
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!