09 May 2024 09:00
199
CƏMİYYƏT
A- A+

Milli qəhrəmanların xatirələri yad edilib

 

Azərbaycanın Milli qəhrəmanları Albert Aqarunov və İlqar Mirzəyevin xatirələrinə həsr olunan anım mərasimləri keçirilib. Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu, Vətən müharibəsi iştirakçıları, Milli qəhrəmanların ailə üzvləri, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri onların məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, anım mərasimlərində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi birdəqiqəlik sükutla anıblar. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimlərdə çıxış edənlər şəhidlərin keçdiyi şərəfli həyat yolundan, döyüş əməliyyatlarında göstərdikləri şücaət və igidlik nümunələrindən danışıblar. Qeyd olunub ki, onların unudulmaz xatirələri xalqımızın yaddaşında əbədi yaşayacaq və nümayiş etdirdikləri qəhrəmanlıq gənc nəslə örnək olacaqdır.
Milli qəhrəmanların ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirələrinin daim uca tutulduğuna görə dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video