25 Oktyabr 2024 17:20
533
İDMAN
A- A+
Milli Olimpiya Komitəsində belçikalı məsləhətçi ilə görüş keçirilib  

Milli Olimpiya Komitəsində belçikalı məsləhətçi ilə görüş keçirilib  

Azərbaycanda səfərdə olan Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Təhlükəsiz idman bölməsinin məsləhətçisi Tiene Vertommenlə Milli Olimpiya Komitəsində (MOK) görüş keçirilib.

MOK-un mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, belçikalı mütəxəssis səfər müddətinin sonuncu günündə qurumun vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova və baş katib Azər Əliyevlə görüşüb. Beynəlxalq Olimpiya Komitəsinin tələb və tövsiyələrinə uyğun olaraq, “Təhlükəsiz idman” mövzusunda maarifləndirmə və təbliğat işləri ilə bağlı keçirilən tədbirdə fikir mübadiləsi aparılıb.

Çingiz Hüseynzadə təhlükəsiz idman məsələsinin vacibliyini qeyd edib. O, son dövrlər idmanda təhlükəsizlik məsələsinin ön plana çəkildiyini və Milli Olimpiya Komitəsi olaraq bu sahəyə diqqətlə yanaşdıqlarını bildirib.

Tiene Vertommen ölkəmizdə səfərdə olmasından məmnunluğunu, ilk günlərdən Bakıda yüksək qonaqpərvərliyin şahidi olduğunu qeyd edərək, “Təhlükəsiz idman” layihəsinin iştirakçıları haqqında xoş sözlər deyib. O, Bakıda olduğu müddətdə Milli Olimpiya Komitəsinin təhlükəsiz idman məsələsinə necə ciddi yanaşdığını vurğulayıb.

Belçikalı mütəxəssis sonda Milli Olimpiya Komitəsinə təhlükəsiz idman məsələsi ilə bağlı gələcəkdə AMADA, Azərbaycan İdman Akademiyası və UNICEF-lə daha yaxından əməkdaşlıq etməyi tövsiyə edib.

MOK-un baş katibi Azər Əliyev ölkə idmanında təhlükəsizliyi əsas amillərdən biri kimi dəyərləndirərək, bu sahədə yüksək təcrübəli mütəxəssislərə daim ehtiyac olduğunu deyib. O, bu təcrübənin yerli məşqçilərin fəaliyyətlərinə böyük səmərə verəcəyini vurğulayıb.

Tədbirin sonunda Çingiz Hüseynzadə Tiene Vertommenə MOK-un xüsusi hədiyyəsini təqdim edib.

Qeyd edək ki, Tiene Vertommen Bakıdakı səfərinin ilk günündə “Təhlükəsiz idman” layihəsinin komandası ilə müzakirələr aparıb. O, Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev, Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu və AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə ilə görüşüb. Səfərin ikinci günündə Tiene Vertommen UNICEF nümayəndələri arasında təşkil olunan tədbirdə iştirak edib. Daha sonra Azərbaycan Gimnastika Federasiyası rəsmiləri və Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev ilə bu mövzuda müzakirələr aparıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!