Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqda Belarus və Efiopiyanın parlament spikerləri ilə görüşlər keçirib
Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və Efiopiya Federal Şurasının spikeri Aqeqnehu Teşager ilə görüşlər keçirib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Respublika Şurasının sədri Natalya Koçanova ilə görüşdə Azərbaycan və Belarus arasında dostluq prinsiplərinə əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Tərəflər ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyədə inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolunu qeyd edərək, son dövrlərdə Azərbaycan və Belarus arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyini, imzalanan sənədlərin əlaqələrin daha da dərinləşməsini təmin etdiyini qeyd ediblər.
Söhbət zamanı ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə daha da inkişafının əhəmiyyəti vurğulanaraq, bu istiqamətlərdə mövcud imkanlarla bağlı fikir mübadiləsi də aparılıb.
Görüşdə Azərbaycan və Belarus parlamentlərinin əlaqələrin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova özünün ötən ay Belarus Respublikasına rəsmi səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Efiopiya Federal Şurasının spikeri Aqeqnehu Teşager ilə görüşdə də iki ölkə arasındakı əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb, bir sıra sahələrdə əməkdaşlıq imkanlarının olduğu bildirilib.
Görüşdə iki ölkənin parlamentlərinin müxtəlif beynəxalq təşkilatlarda birgə fəaliyyət göstərdiyi vurğulanıb.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib. Efiopiyanın təşkilatın konfransında iştirakı xatırladılıb. Həmçinin, qanunverici orqanlarımızda dostluq qruplarının fəaliyyət göstərdiyi, dostluq qrupları arasında qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti bildirilib.
Efiopiya Federal Şurasının sədri Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın Hərəkata sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri təqdir edib.
Görüşlərdə bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb və Milli Məclisin sədri Sahibə Qafarova COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə təşkil edəcəyi Parlament konfransı haqqında məlumat verib.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
ELAN
18 Iyul
Azərbaycan memarı Hacıbəy Axundov və onun şah əsəri
18 Iyul
Məhəmməd Füzulinin 530 illiyi münasibətilə sərgi hazırlanıb
18 Iyul
"Paris Notr-Dama ithaf" növbəti dəfə səhnədə
18 Iyul
Qəsəbə sakinləri problemin həllini gözləyirlər
18 Iyul
DSMF-nin xərcləri 14 faiz artıb
18 Iyul
Dövlət Neft Fondunun aktivləri 58 milyard dolları ötüb
18 Iyul
Bu il Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə bağlı 46 lisenziya verilib
18 Iyul
Bu ilin birinci yarısında KOB evlərində sahibkarlara 200 mindən çox xidmət göstərilib
18 Iyul
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə tə...
18 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan islam həmrəyliyini möhkəmləndirən ölkədir17 Iyul 2024
Ən böyük azərbaycanlı14 Iyul 2024
İlk Qurtuluş günü13 Iyul 2024
Qarabağ türk dünyasının əbədi dostluğunun rəmzinə çevrilir12 Iyul 2024
Prezident İlham Əliyev və Baş nazir Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏ...11 Iyul 2024
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!