02 Sentyabr 2026 08:00
788
SİYASƏT
A- A+
Milli Məclisin Sədri Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş tədbirdə çıxış edib

Milli Məclisin Sədri Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş tədbirdə çıxış edib


Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət Başçılarının Birinci Konfransının 65 illiyinə həsr olunmuş Yüksək Səviyyəli Xatirə Görüşündə iştirak etmək üçün Serbiyada işgüzar səfərdədir. Səfər çərçivəsində parlamentin Sədri tədbirdə çıxış edib. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, spiker çıxışının əvvəlində bu əlamətdar tədbirlə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını iştirakçıların diqqətinə çatdırıb. Sonra Milli Məclisin Sədri bildirib ki, 65 il əvvəl Qoşulmama Hərəkatı bir sıra dövlətləri müstəqilliklərini, suverenliklərini və öz gələcəklərini müəyyən etmək hüquqlarını qorumaq kimi ortaq məqsədlər ətrafında birləşdirib. Bu təşkilatın təsis edilməsindən ötən müddətdə beynəlxalq münasibətlər sistemi əhəmiyyətli dəyişikliklərə məruz qalıb. Lakin hərəkatın əsasını təşkil edən dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və bərabərliyinə hörmət, daxili işlərə qarışmamaq, ədalət, dinc-yanaşı yaşamaq və beynəlxalq öhdəliklərin yerinə yetirilməsi prinsipləri bu gün də beynəlxalq münasibətlər sistemində sabitliyin və ədalətli dünya nizamının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Milli Məclisin Sədri qeyd edib ki, ötən 65 il ərzində Qoşulmama Hərəkatı üzv dövlətlərin ortaq maraq və məramlarının irəlilədilməsi, habelə qlobal çağırışların həllinə kollektiv töhfə verilməsi üçün mühüm platformaya çevrilib.

Bildirilib ki, Qoşulmama Hərəkatının əsas prinsipləri Azərbaycanın xarici siyasətinin fundamental istiqamətləri ilə tam uzlaşır və bu prinsiplər Azərbaycanın 2019-2024-cü illərdə hərəkata sədrliyi dövründə də rəhbər tutulub.

Parlamentin Sədri bildirib ki, 2019-cu ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə Prezident İlham Əliyev Azərbaycanın Bandunq Prinsiplərinə, beynəlxalq hüquqa və ədalətə, habelə hərəkatın birliyinin, həmrəyliyinin və beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib.

Sahibə Qafarova Azərbaycanın sədrliyi dövründə hərəkatın üzv dövlətləri arasında həmrəylik və əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirildiyini, Qoşulmama Hərəkatının, BMT-nin yüksəksəviyyəli görüşlərinin keçirilməsi təşəbbüsünün irəli sürüldüyünü, COVID-19 pandemiyasına və onun nəticələrinə qarşı əlaqələndirilmiş beynəlxalq reaksiyanın formalaşdırılmasına töhfə verildiyini bildirib. Qeyd edilib ki, Azərbaycan 80-dən artıq dövlətə maliyyə və humanitar yardımı göstərib, onları texniki dəstək və təhsil qrantları ilə təmin edib. Spiker eyni zamanda hərəkatın institusional inkişafına xüsusi diqqət yetirildiyini və onun nəsillər və təsisatlar arasında iştirakını genişləndirməyə xüsusi diqqət yetirildiyini bildirib. 

O, 2022-ci ildə qərargahı Bakıda yerləşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasını da xüsusi qeyd edib. Bildirilib ki, təşkilatın fəaliyyətinin genişlənməsi gənclərin hərəkatın dəyərlərinin və məqsədlərinin təşviqində daha fəal rol oynamasına imkan yaradır.

Milli Məclisin Sədri Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətinə də diqqət çəkib. Qeyd edib ki, 2021-ci ildə yaradılan Parlament Şəbəkəsinin fəaliyyəti ötən dövrdə əhəmiyyətli dərəcədə inkişaf edib, beş konfrans keçirilib, mühüm institusional qərarlar qəbul olunub və şəbəkənin qərargahının Bakıda yerləşdirilməsi təmin edilib.

Spiker bildirib ki, bu gün şəbəkə Qoşulmama Hərəkatının üzvü olan 71 ölkənin parlamentini bir araya gətirir. Bu, parlamentlərimizin Bandunq Prinsiplərinin həyata keçirilməsinə töhfə vermək və parlament diplomatiyası vasitəsilə dialoqu, sülhü, ədaləti və davamlı inkişafı təşviq etmək əzmini əks etdirir.

Çıxışına yekun vuran Milli Məclisin Sədri Qoşulmama Hərəkatının qarşısında duran əsas vəzifələrin onun birliyinin və həmrəyliyinin qorunması, beynəlxalq səsinin gücləndirilməsi, sülhə, davamlı inkişafa və daha ədalətli, bərabərhüquqlu dünya nizamına töhfəsinin artırılması olduğunu bildirib.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!