27 Iyun 2024 18:10
219
PARLAMENT
A- A+

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

 

İyunun 27-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə bir məsələ - Elm və təhsil komitəsinin 2024-cü ilin yaz sessiyası ərzində fəaliyyəti barədə hesabat daxil edilib.

Komitə sədri diqqətə çatdırıb ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, iclaslarda 12 məsələyə baxılıb. O, komitənin müzakirəsindən keçən qanun layihələrinin elm və təhsil sahəsində həyata keçirilən uğurlu islahatların hüquqi bazasının möhkəmləndirilməsinə xidmət etdiyini söyləyib. Qeyd olunub ki, hesabat dövründə komitə sədri və üzvləri bir sıra ölkədaxili və beynəlxalq səviyyəli tədbirlərdə iştirak ediblər, təmsil olunduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçiriblər. Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə 115 müraciət daxil olub, onlarla bağlı müvafiq tədbirlər görülüb. Həmçinin ötən dövrdə komitə sədri və üzləri vətəndaşlarla və seçicilərlə görüşlər keçiriblər, onların qayğıları ilə maraqlanıblar, mətbuatda ictimaiyyəti maraqlandıran məsələlərlə bağlı fəal mövqe nümayiş etdiriblər.

Bəxtiyar Əliyev Milli Məclisin deputatlarının növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət etməsindən söz açıb. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Ordumuzun şücaəti ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası kimi böyük tarixi nailiyyətlərin əldə olunmasının VI çağırış Milli Məclisin fəaliyyəti dövrünə təsadüf etməsindən danışıb.

Gündəlikdəki məsələnin müzakirəsində komitənin sədr müavini Musa Qasımlı, komitə üzvləri Eldar Quliyev, Ceyhun Məmmədov, Müşfiq Məmmədli, Tamam Cəfərova, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək komitənin hesabat dövründə məhsuldar fəaliyyət göstərməsindən danışıblar. Müzakirələrin sonunda komitə üzvləri 2024-cü ilin yaz sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işləri qənaətbəxş sayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video