09 İyul 2026 20:20
4356
PARLAMENT
A- A+
Milli Məclisdə uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunmasına dair ictimai müzakirə olub

Milli Məclisdə uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunmasına dair ictimai müzakirə olub


İyulun 9-da Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının təşkilatçılığı ilə “Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması” mövzusunda ictimai müzakirə keçirilib.

AZƏRTAC xəbər verir ki, komissiyanın sədri Ramid Namazov bu gün dünyada süni intellektin sürətli inkişafının, data mərkəzlərinin yaradılmasının və rəqəmsallaşma prosesinin ölkələrin gələcək iqtisadi mövqeyini, rəqabət qabiliyyətini və milli təhlükəsizliyini müəyyən edən strateji amilə çevrildiyini deyib. O bildirib ki, Azərbaycanın rəqəmsal arxitekturasının qurulmasında, ümumiyyətlə, rəqəmsal transformasiyasında Prezident İlham Əliyevin strateji uzaqgörənliyi xüsusilə qeyd olunub. Bu istiqamətdə dövlətimizin başçısının imzası ilə qəbul edilən hüquqi aktların – “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”nın, “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın əhəmiyyətindən bəhs edib.

Bununla yanaşı, cari il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlətimizin başçısının söylədiyi “Artıq süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar ölkələrin gələcək inkişafını müəyyənləşdirir və Azərbaycan bu istiqaməti öz prioritetləri siyahısında önə qoymalıdır” kimi fikirlərinin xüsusi önəm kəsb etdiyi vurğulanıb. Nəzərə çatdırılıb ki, Prezidentin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb və Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Şuraya “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət funksiyası həvalə edilib.

Diqqətə çatdırılıb ki, iyunun 29-da keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında Birinci vitse-prezident Mehriban Əliyeva çıxışında Şuranın məqsədi ilə bağlı önəmli fikirlər səsləndirib.

Sonra tədbirdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çıxış ediblər.

Bildirilib ki, müasir həyatda süni intellekt gündəlik istifadə edilən rəqəmsal platformalarda geniş tətbiq olunur. Lakin hər bir texnoloji inkişaf kimi, süni intellekt və rəqəmsal platformalar da müəyyən risklər yaradır. Xüsusilə uşaqlar və yeniyetmələr internetdən və sosial şəbəkələrdən geniş istifadə etdikləri üçün bu risklərə daha həssas qrup hesab olunurlar. Müasir dövrdə internetin sürətli inkişafı və kibertəhdidlərin artması fonunda uşaqların virtual təhlükəsizliyinin təmini mühüm strateji vəzifəyə çevrilib. Bu sahədə yaranan problemlərin həllində dövlət, məktəb, ailə, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir.

Çıxışlarda Azərbaycanda uşaqların hüquqlarının müdafiəsinin hər zaman dövlətin prioritet məsələlərindən hesab edildiyi vurğulanıb. Rəqəmsal mühitdə mövcud qanunvericilik mexanizmlərinin təkmilləşdirilməsi və yeni hibrid təhdidlərə uyğunlaşdırılmasının vacibliyindən bəhs edilib. Bununla yanaşı, maarifləndirmə tədbirlərinin, o cümlədən uşaqlara dezinformasiya və “deepfake” kontentləri ayırd etmək bacarığının aşılanmasının, ailələrin rəqəmsal təhlükəsizlik proqramları barədə məlumatlılığının artırılmasının əhəmiyyətindən danışılıb.

Daha sonra ictimai müzakirədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov, Milli Məclisin deputatları Kamal Cəfərov, Tahir Mirkişili, Rizvan Nəbiyev, Gülşən Paşayeva, Zaur Şükürov, “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni, Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə, “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, müasir dövrdə dünya iqtisadiyyatında rəqabətin əsas hərəkətverici qüvvələri texnologiya, innovasiya və insan kapitalıdır. Qeyd olunub ki, son illərdə ölkəmizdə rəqəmsal inkişaf dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib və bu sahədə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir.

İctimai müzakirədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Əminə Ağazadə, Kamran Bayramov, Sevil Mikayılova, Rasim Musabəyov, Elşən Musayev, Samir Vəliyev, Arzuxan Əli-zadə, Elman Nəsirov, Azər Badamov, Aydın Hüseynov, Parlament Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov, aidiyyəti qurumların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və digərləri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!