08 Oktyabr 2026 17:46
544
SİYASƏT
A- A+
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib  

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib  


Milli Məclis 2026-ciı il oktyabrın 8-də Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və azadlıqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Avropa Parlamentinin 2026-cı il 8 oktyabr tarixli qətnaməsinə münasibətində əksini tapıb.

Qeyd edilib ki, Avropa Parlamentinin Azərbaycana qarşı həyata keçirdiyi məqsədyönlü siyasi xətt İkinci Qarabağ müharibəsindən sonra daha böyük dərəcədə qarşıdurma xarakteri alıb. Son illərdə bu təşkilatın qəbul etdiyi çoxsaylı qətnamələr, ölkəmizə siyasi təzyiq göstərmək cəhdləri və sanksiyalar tətbiq edilməsi barədə çağırışları Azərbaycanın tarixi qələbəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların Avropa Parlamenti tərəfindən tanınmaması kimi qiymətləndirilməlidir.

Digər tərəfdən, Avropa Parlamentinin suveren ölkənin dövlət orqanlarının səlahiyyət dairəsini müəyyən etməyə, onun hüquq mühafizə və məhkəmə qurumlarına göstərişlər verməyə, ikitərəfli münasibətlərin siyasi şərtlərini müəyyənləşdirməyə haqqı çatan fövqəlmilli hakim kimi çıxış etmək cəhdlərindən əl çəkməməsi təəccüb doğurur. Bu cür davranış tərzi Avropa Parlamentinin yanaşmalarında obyektivliyi ciddi şübhə altına alır və onun Azərbaycanla münasibətləri hüquq bərabərliyi, qarşılıqlı hörmət və daxili işlərə qarışmama prinsipləri əsasında qurmağa hazır olmadığını göstərir.

Bütün bunlar təşkilatda azərbaycanofob, türkofob və islamofob əhval-ruhiyyənin hökm sürdüyünü nümayiş etdirir. Avropa Parlamentində təmsil olunan bir sıra deputatların Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil etməsi onların irqçi və şovinist mövqeyindən xəbər verir. Qətnamənin müəllifləri çirkin siyasi məqsədlərinə nail olmaq üçün hətta Avropa İttifaqının Cənubi Qafqaz siyasətini təhlükə altına atmağa belə razıdırlar. Avropa Parlamentinin özündə mövcud olan vəziyyət də ciddi suallar doğurur. Son illərdə baş verən hay-küylü korrupsiya təhqiqatları, o cümlədən deputatların pulla ələ alınması, siyasi qərarların qəbuluna qanunsuz təsir göstərilməsi bu təşkilat qarşısında onun siyasi nüfuzuna toxunan və qəbul edilmiş parlament prosedurlarına etimadı sarsıdan məsələlər qoyub. Bununla əlaqədar belə bir qanunauyğun sual yaranır: qərarların qəbulunda şəffaflıq, dürüstlük və müstəqillik ilə bağlı ciddi çağırışlara cavab verməli olan bir qurumun siyasi və mənəvi ittihamları və öyüdləri nə dərəcədə inandırıcı ola bilər? Başqa dövlətlər qarşısında qəti tələblər irəli sürməzdən əvvəl Avropa Parlamenti öz standartlarının tətbiqində ardıcıl olduğunu göstərməli, korrupsiyaya və qeyri-qanuni lobbi təsirinə qarşı etibarlı təminatlar yaratmalıdır.

“Avropa Parlamentinin insan hüquqları ilə bağlı problemlərə ayrı-seçkili münasibəti də ciddi suallar doğurur. Azərbaycan barəsində qətnamələr qəbul edilib birmənalı tələblərin irəli sürüldüyü və sanksiyaların tətbiqinə çağırışlar edildiyi bir zamanda Avropa ölkələrinin özündə hüquq mühafizə orqanları tərəfindən hədsiz güc işlədilməsi, dinc toplaşmaq azadlığının məhdudlaşdırılması, törədilmiş hüquq pozuntularına görə məsuliyyətin təmin edilməsi ilə bağlı çoxsaylı problemlər qalmaqdadır.

Bu problemlərin miqyasını beynəlxalq hüquq müdafiə təşkilatlarının məruzələri də təsdiq edir. Xüsusən bir sıra Avropa ölkələrində nümayişlərin keçirilməsi zamanı polis tərəfindən hədsiz güc işlədilməsi halları sənədlər ilə təsbit edilib. Milli Məclis hesab edir ki, Avropa Parlamenti Avropa İttifaqının üzvü olan ölkələrdə əsas hüquq və azadlıqların qorunması problemlərinə, o cümlədən polis zorakılığı, dinc toplaşmaq azadlığına riayət edilməsi, vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə görə məsuliyyəti məsələlərinə daha böyük diqqət yetirməlidir. Hüquq müdafiə standartlarının universallığı hər şeydən əvvəl siyasi seçimə və ikili yanaşmalara yol vermədən onların ardıcıl və qərəzsiz tətbiqini nəzərdə tutur. Narahatlıq doğuran bir məqam da budur ki, Avropa Parlamentinin sözügedən qətnaməsi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparıldığı bir dövrdə, siyasi məsuliyyətin və konstruktiv dialoqa dəstəyin xüsusilə vacib olduğu bir şəraitdə qəbul edilmişdir. Aydın məsələdir ki, bu cür birtərəfli təşəbbüslər və yanlış rəylər qarşılıqlı etimad mühiti qurulmasını çətinləşdirir və dövlətlərarası münasibətlərin normallaşdırılması üçün əlavə maneələr yaradır.

Azərbaycan ilə Ermənistan çoxillik münaqişəni aradan qaldırmaq üçün səylər göstərdikləri halda Avropa Parlamentində ayrı-ayrı siyasi qüvvələri təmsil edən pozucu ünsürlərin yenidən siyasi və hərbi gərginlik ocağı yaratmağa çalışması narahatlıq doğurur. Regional sabitlik və dayanıqlı sülh yaradılması prosesinə real dəstək ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət bəslənilməsini, birbaşa dialoqun dəstəklənməsini və qarşılıqlı etimadsızlığı gücləndirə biləcək hərəkətlərdən imtina olunmasını tələb edir.

Avropa Parlamentinin Milli Məclislə əməkdaşlığı bərpa etmək çağırışı ilə kəskin parlamentlərarası ixtilaflar doğuran sənədlərin qəbulu praktikası arasında ziddiyyət də ayrıca qeyd edilməlidir. Etimadın bərpası deklarativ çağırışları deyil, yanaşmaların real surətdə dəyişdirilməsini, qarşıdurma ritorikasından əl çəkilməsini və parlamentlər arasında qarşılıqlı əlaqənin bərabərhüquqlu xarakterinin qəbul olunmasını tələb edir.

Qətnamədə yer alan əsassız iddialara gəlincə, Azərbaycan insan hüquqlarının və əsas azadlıqların qorunması, qanunun aliliyinin təmin edilməsi, hüquqi dövlət prinsiplərinin ardıcıl həyata keçirilməsi mövqeyinə həmişə sadiqdir. Ölkəmizdə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.

Bu da təəssüf doğurur ki, insan hüquqlarının və azadlıqlarının qorunması ilə bağlı Azərbaycana qarşı əsassız ittihamlar irəli sürən Avropa Parlamenti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı dövründə etnik təmizləməyə, soyqırımı aktlarına məruz qalaraq doğma yurdlarından qovulub, bütün hüquq və azadlıqlarından məhrum edilmiş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları barədə həmişə susmağa üstünlük verib.

Məsələnin başqa bir tərəfi də budur ki, konkret cinayət əməlləri törətdiklərinə görə məhkəmə qərarları ilə məhkum edilmiş şəxslərin “siyasi məhbus” adlandırılmasının və ya bu cür əməlləri törətdiklərinə əsaslı şübhələr olduğuna görə cinayət qanunvericiliyinin müvafiq maddələri ilə barələrində ittiham irəli sürülmüş şəxsləri qeyd-şərtsiz azadlığa buraxmağın tələb edilməsinin hansı məntiqdən irəli gəldiyi aydın deyildir. İnsanların cəmiyyətdə mövqeyinin onlara məhkəmə təqibindən immunitet hüququ verdiyini iddia etməyə heç bir şəxsin və ya təşkilatın ixtiyarı yoxdur.

Avropa Parlamenti təkcə qəbul etdiyi qərarların siyasi nəticələrini deyil, həm də Avropa ölkələrinin ona etimad göstərmiş milyonlarca vətəndaşı qarşısında məsuliyyətini də düşünməlidir. Avropa dövlətlərinin vətəndaşları seçdikləri nümayəndələrindən qərəzli siyasi mülahizələrlə bağlı təşəbbüslər deyil, obyektivlik, prinsipiallıq və demokratik dəyərlərə sadiqlik gözləməkdə haqlıdırlar.

Milli Məclis Avropa Parlamentini ölkəmizlə qarşıdurma ritorikasından əl çəkməyə, dövlətimizin daxili işlərinə qarışmamağa çağırır. Eyni zamanda, bəyan edir ki, heç bir qüvvə Azərbaycanı demokratik inkişaf yolundan döndərə bilməz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!