26 Noyabr 2024 22:12
443
PARLAMENT
A- A+
Milli Məclis 2025-ci ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib YENİLƏNİB  

Milli Məclis 2025-ci ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib YENİLƏNİB  

Noyabrın 26-da Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, hökumət üzvlərinin də qatıldıqları iclasda 2025-ci ilin dövlət büdcəsi layihəsinin noyabrın 25-də başlanan müzakirələri davam etdirilib.

Müzakirələrdə çıxış edən deputatlar dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsindən və böyük uğurla başa çatmasından söz açıblar.

2025-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri barədə danışan deputatlar layihələrin qanunvericiliyin tələblərinə uyğun tərtib edildiyini bildirib, gələn ilin dövlət büdcəsində müasir çağırışlara uyğun olaraq müdafiə və milli təhlükəsizlik, işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın reallaşdırılması məsələlərinə böyük diqqətin ayrılmasını təqdirlə qarşılayıblar.

Beləliklə, noyabrın 25-dən başlayan geniş müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra gündəliyin növbəti iki məsələsi - “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələri müzakirəyə təqdim olunub.

“Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumatı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev verib. Bildirib ki, Fondun 2025-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 7 milyard 676 milyon manat proqnozlaşdırılır, bu, cari ilin büdcəsinə nisbətən 726,6 milyon manat və ya 10,5% çoxdur.

2025-ci ildə Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 600 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü il üzrə təsdiqlənmiş transfert məbləğindən 368 milyon manat çoxdur. Transfertin həcmindəki görünən artım 2024-cü ildə dövlət sosial müdafiə fondunun gəlirlərindən 387 mln manatın dövlət büdcəsinə yönəldilməsi ilə bağlıdır.

DSMF-nin xərcləri ilə bağlı qeyd edilib ki, fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,5%-ni əhaliyə ödənişlər təşkil edəcək. Əmək pensiyalarının orta aylıq məbləğinin cari ilin sonuna 494 manat, gələn ildə isə 535 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 527 manatdan 44 manat artaraq 571 manata yüksəldilməsi gözlənilir.

2025-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşınadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 198,4 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin təsdiqlənmiş proqnozuna nisbətən 9,3%, yaxud 16,8 milyon manat çoxdur.

Fond tərəfindən investisiya fəaliyyəti dövründə ümumilikdə 67,18 mln. manat gəlir əldə edilmiş və 2025-ci ilin sonuna qədər əlavə olaraq 15,82 mln. manat gəlir əldə olunması gözlənilir. Fondun investisiya gəlirləri şəhid ailələrinin, müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması və sair istiqamətlərdə sərf edilir.

Musa Quliyev DSMF-nin fəaliyyəti üzrə iqtisadi fəallığın daha da artırılması, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi ilə bağlı da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təkliflərini səsləndirib.

Sonra “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ildə fondun gəlirləri və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 9,5% çoxdur.

İşsizlikdən sığorta fondunun gəlirlərinin 206,3 milyon manatı, yaxud 79,1%-i işsizlikdən sığorta haqları üzrə yığım hesabına formalaşacaq ki, bu da 2024-cü ilin təsdiq edilmiş müvafiq göstəricisindən 11,7% çoxdur. Sığorta haqları üzrə yığımın 75,9%-i qeyri-büdcə sektorunun payına düşəcək.

Sonra Musa Quliyev İşsizlikdən sığorta fondunun gələn il üçün xərc istiqamətləri barədə məlumat verib, fondun fəaliyyətinin tənzimlənməsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təkliflərini səsləndirib.

Daha sonra komitə sədri Azər Əmiraslanov təqdim olunan qanun layihələri ilə bağlı rəhbərlik etdiyi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin müsbət rəyini bildirib.

Sonra iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” birinci oxunuşda məlumat verib.

Nazir bildirib ki, Fondun 2025-ci il üçün gəlirlərinin 78%-nin və ya 6 milyard manatının məcburi dövlət sosial sığorta (MDSS) daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 519 milyon manat və ya 9,5 % çoxdur.

Büdcədən maliyyələşən təşkilatlar üzrə 2025-ci il üçün daxilolmalar 2 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 4 milyard manat proqnozlaşdırılır. Qeyri-büdcə sektoru üzrə gəlirlər sosial sığorta haqlarının 66%-ni təşkil edir.

Ümumilikdə 2024-cü ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2025-ci il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 7,1% və ya 135 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 10,8% və ya 385 milyon manat artımla proqnozlaşdırılıb.

Qeyd olunub ki, 2018-ci illə müqayisədə əhaliyə ödənişlərin 3 milyard 804 milyon manat artmasına baxmayaraq, 2019-2024-cü illərdə büdcəyə ümumilikdə 1 milyard 153 milyon manat vəsait qaytarılıb, habelə transfertin gəlirlərdə payı 2017-ci illə müqayisədə 38,1%-dən 2025-ci ildə 20,8%-ə enəcək.

Növbəti ildə Fondun xərcləri 7 milyard 676 milyon manat proqnozlaşdırılır.

Fondun 2025-ci il xərclərinin 97%-i və ya 7 milyard 409 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu göstərici 2023-cü illə müqayisədə 1 milyard 521 milyon manat, 2024-cü illə müqayisədə isə 702 milyon manat çoxdur. Bu məbləğin 7 milyard 211 milyon manatı əmək pensiyalarının, 198 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərindən ibarət olacaq.

2025-ci il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2024-cü ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 686 milyon manat və ya 10,5% artımla nəzərə alınıb. Növbəti il üçün pensiyaların orta aylıq məbləği 535 manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilin sonuna gözlənilən göstəricidən 8,3% çoxdur. Yaşa görə pensiyanın orta aylıq məbləği isə növbəti ildə 571 manat təşkil edəcək. Bu isə cari il üçün yaşa görə pensiyaların ilin sonuna gözlənilən orta aylıq məbləği ilə müqayisədə 8,3% artım deməkdir. Cari ilin sonuna yaşa görə pensiyaların orta məbləği 527,3 manat olaraq gözlənilir.

Pensiya sistemi üzrə əsassız və saxta ödənişlərin aradan qaldırılması nəticəsində 2024-cü ilin 9 ayında indeksasiya əmsalları tətbiq edilmədən 955 milyon manat, indeksasiya tətbiq edildikdə isə 1 milyard 263 milyon manat əsassız xərclərin qarşısı alınıb.

Eyni zamanda, aparılmış sistemli iş nəticəsində DSMF əleyhinə məhkəmə qərarlarının sayı 94%, yaranan maliyyə öhdəlikləri isə 93% azalıb.

Sonra “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” məlumat verən nazir Sahil Babayev diqqətə çatdırıb ki, 2025-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri və xərcləri balanslaşdırılmaqla 260,7 milyon manat nəzərdə tutulub, bu da cari illə müqayisədə 22,7 milyon manat, yaxud 9,5% çoxdur.

Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 50 milyon manat, qeyri-büdcə təşkilatları üzrə isə 156 milyon manat proqnozlaşdırılır. Sığorta haqları üzrə yığımın 76%-i qeyri-büdcə sektorunun payına düşəcəkdir ki, bu da cari ilə nisbətən 17 milyon manat çoxdur.

Ümumilikdə, 2024-cü ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2025-ci il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 10%, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 12% artımla proqnozlaşdırılıb.

Nazir qeyd edib ki, Dövlət Məşğulluq Agentliyinin 27 fəaliyyət istiqaməti üzrə avtomatlaşması mümkün olan 22 xidmətindən 16-sı artıq tam elektronlaşdırılmış, digərlərinin də qısa müddət ərzində elektronlaşdırılması istiqamətində işlər görülür.

Əmək bazarının inkişafı, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi üçün cari ilin 10 ayında məşğulluq orqanları tərəfindən 137 mindən çox şəxs işlə təmin edilib. Növbəti ildə nazirlik tərəfindən daha 8 min, Dünya Bankı layihəsi çərçivəsində 1,5 min nəfər olmaqla ümumilikdə 9,5 min ailənin özünüməşğulluğunun təmin edilməsi nəzərdə tutulur. Proqramın əhatə dairəsinin genişləndirilməsi, vətəndaşlara təqdim edilən zərflərdə çeşid müxtəlifliyinin artırılması məqsədilə 2025-ci ildə 7 yeni zərfin pilot olaraq tətbiq edilməsi nəzərdə tutulur. Əlavə olaraq 4 yeni zərfin yaradılması istiqamətində araşdırmalar davam etdirilir və növbəti ildə tətbiqi planlaşdırılır.

2030-cu ilə qədər Quba, Masallı, Sabirabad, Şəki, Cəbrayıl rayonlarında müasir avadanlıqlarla təchiz edilmiş yeni peşə hazırlığı mərkəzlərinin tikilməsi nəzərdə tutulub. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün əlavə iş yerlərinin, sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi və digər aktiv məşğulluq tədbirlərinin icrası üçün 2025-ci ildə 3 milyon manat xərclənməsi nəzərdə tutulur.

Növbəti ildə də məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması, Böyük Qayıdış üzrə dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə əhalinin məşğulluq imkanlarının artırılması növbəti ildə də prioritet olaraq qalacaq.

Sonra məsələlərin müzakirəsi zamanı çıxış edən komitə sədrləri Siyavuş Novruzov, Fazil Mustafa, deputatlar Azay Quliyev, Vüqar Bayramov, Əli Məsimli, Aydın Mirzəzadə və Sahib Alıyev büdcə zərfinə daxil olan bu qanun layihələri barədə fikirlərini bildirib, qeyd və təkliflərini səsləndiriblər.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

15:49
27 Noyabr

S.Ə.Kəriminin Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilməsi haqqında  

15:47
27 Noyabr

QMİ sədri beynəlxalq tədbir çərçivəsində bir sıra görüşlər keçirib  

15:37
27 Noyabr

Qərbi Azərbaycan İcması bəyanat yayıb

15:32
27 Noyabr

Həyatın yığım sığortası sahəsində sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə ləğv olunması ilk oxunuşda təsdiqlənib  

15:28
27 Noyabr

Yaxın iki gündə yağış yağacaq - XƏBƏRDARLIQ  

15:24
27 Noyabr

Avropa Komissiyası ilk 100 iş günü ərzində Aİ-nin ilk hərbi strategiyasını qəbul edəcək  

15:15
27 Noyabr

“Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişikliklər edilir  

15:15
27 Noyabr

Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər birinci oxunuşda təsdiqlənib

15:14
27 Noyabr

Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb 

14:37
27 Noyabr

İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi birinci oxunuşda təsdiqlənib  

14:07
27 Noyabr

İran uranın zənginləşdirilməsi üçün bir neçə min sentrifuqanı istismara vermək niyyətindədir  

14:05
27 Noyabr

Milli Məclis DSMF-nin 2025-ci il büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda təsdiqləyib  

13:39
27 Noyabr

Gələn il üçün ehtiyac meyarının həddi müəyyənləşib  

13:27
27 Noyabr

2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat olacaq  

13:03
27 Noyabr

Selçuk Bayraktar Lefkoşada “TECHNOFEST - 2025” festivalına hazırlıq məsələlərini müzakirə edib  

13:02
27 Noyabr

Abşeron yarımadasının bəzi yerlərində leysan yağacaq

12:57
27 Noyabr

Almaniyalı futbolçu Lionel Messinin rekordunu təkrarlayıb  

12:56
27 Noyabr

Türkiyədə FETÖ ilə əlaqəsi olmaqda şübhəli bilinən 22 nəfər saxlanılıb  

12:55
27 Noyabr

Rusiya energetika bazarlarında şokun qarşısını almaq üçün bütün yanacaq növlərinə investisiya qoymağa çağırır  

12:54
27 Noyabr

“Gürcü arzusu” deputat Mixail Kavelaşvilini prezidentliyə namizəd kimi irəli sürüb  

12:29
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!