13 Noyabr 2026 11:39
735
DÜNYA
A- A+
“Microsoft”un bir sıra proqramlarında problem yaranıb

“Microsoft”un bir sıra proqramlarında problem yaranıb


“Microsoft 365”, “Outlook”, “Teams” və digər tətbiqlərin fəaliyyətində doqquz saatdan çox davam edən fasilələr yaranıb. İlkin düzəlişlər xidmətlərin bərpasına imkan vermədikdən sonra Microsoft problemi həll etmək üçün təcili tədbirlər görməyə başlayıb.

“Microsoft”un nümayəndəsi bildirib ki, şirkətdə kiberhücuma dair heç bir əlamət müşahidə olunmayıb.

Down Detector veb saytının işləməməsi ilə bağlı verdiyi açıqlamada 74 ölkədə təxminən 130.000 problem qeydə alındığı və Word, Excel, PowerPoint, Outlook və Teams proqramlarına, eləcə də SharePoint və OneDrive kimi müəssisə xidmətlərinə girişə təsir etdiyi bildirilib. Süni intellekt köməkçisi Copilot da bu problemdən təsirlənib.

Microsoft dayanmanın “Microsoft 365”in işlək vəziyyətdə saxlanılmasından məsul olan serverlərə tətbiq olunan parametrlərlə bağlı problemlərdən qaynaqlana biləcəyini irəli sürüb. Hesabat verildiyi vaxt işləməmənin davam etdiyi doqquz saat ərzində şirkət xidmətləri geri qaytarmaq üçün bir sıra həll yolları axtarıb, o cümlədən yeniləmələri geri qaytarıb və təsirlənmiş serverlərə axan trafiki məhdudlaşdırıb. Düzəlişlər tətbiq edildikdən sonra şirkətdən bildirilib ki, trafik bərpa olunduqdan sonra həmin serverlər yenidən əlçatmaz hala gəlib.

Microsoft məlumatında ən çox təsirlənən sistemin "Outlook" e-poçt xidmətlərinin arxa planını təşkil edən "Exchange" xidmətləri olub. Bu isə həmin xidmətlərdən asılı olan digər məhsullara da mənfi təsir göstərib. "Teams" çatları və görüşləri isə daha az təsirlənib.

RMIT Universitetinin Mühəndislik Məktəbinin dosenti Mark Qreqori bildirib ki, nasazlıq Microsoft sistemlərinin şəbəkə səviyyəsinə təsir edir və mahiyyətcə 2023-cü ildə "Optus" şəbəkəsinin sıradan çıxmasına səbəb olan konfiqurasiya probleminə bənzəyir.

Onun sözlərinə görə, bəzi serverlərdə konfiqurasiya problemləri yarandıqda, istifadəçilər bulud xidmətlərinə daxil olmaq üçün daha kiçik bir server qrupundan istifadə etmək məcburiyyətində qalırlar. "Əgər bu resurs qrupunun bir hissəsi sıradan çıxarsa, bütün istifadəçilər yerdə qalan serverlərə müraciət etməyə çalışırlar ki, bu da həmin serverlərin həddindən artıq yüklənməsinə gətirib çıxarır. Nəticədə, onlar da fəaliyyətini dayandırır. Beləliklə, zəncirvari bir problem yaranır. Bundan sonra əsas problemin – bu halda şəbəkə səviyyəsindəki yanlış konfiqurasiyanın  aşkar edilməsi müəyyən vaxt tələb edir”, – deyə o bildirib.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Premyer Liqa: “Kəpəz” Gəncədə “Qarabağ”dan xal alıb

18:57
22 Noyabr

Tramp: Açıq sərhədlər ölkələri məhv edir

18:49
22 Noyabr

Premyer Liqa: “Neftçi” Şamaxıdan üç xalla qayıdır

16:29
22 Noyabr

Hava zərbələri nəticəsində Ukraynanın beş bölgəsi işıqsız qalıb

15:59
22 Noyabr

Kiyev vilayətində bina dronla vurulub, 14 nəfər dağıntılar altında qalıb

14:09
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Xankəndidə “Prezident kuboku” uğrunda yarışda 300-ə yaxın atlet iştirak edib

13:17
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib

12:43
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!