04 Oktyabr 2024 17:24
1011
İDMAN
A- A+
“Mən komandanı düzəldəcəm, bir az səbrli olun!” – İDDİALI AÇIQLAMA

“Mən komandanı düzəldəcəm, bir az səbrli olun!” – İDDİALI AÇIQLAMA

«Mən komandanı düzəldəcəm». Bu sözləri  «Kəpəz»in baş məşqçisi Azər Bağırov deyib.

«Sarı-göylər» Premyer Liqanın geridə qalan 8 həftəsində xal qazana bilməyib. Bütün turları məğlubiyyətlə başa vuran kollektiv turnir cədvəlinin sonuncu - 10-cu pilləsində qərarlaşıb.

Bütün bunlara baxmayaraq, yaxınlarda işə başlayan mütəxəssis Gəncə təmsilçisinin elitada qalmaq şansının hələ də böyük olduğunu bildirib. «Pro» kateqoriyalı çalışdırıcı yerli azarkeşləri səbrli olmağa dəvət edib:

«Özünüz də görürsüz ki, yavaş-yavaş heyəti dəyişirik. Çalışırıq ki, komandanı gücləndirək. Son 2-2 həftədə bir neçə futbolçu gətirmişik. Mən demək istəmirəm ki, Adil Şükürov səhv transferlər edib. Hər məşqçinin öz baxışı var, fikirlər üst-üstə düşməyə bilər. Buraya gəlmişəmsə, öz baxışlarıma uyğun komanda qurmalıyam. Yeni gələnlərin hamısı hələ hazır deyil. Onlar tədricən forma yığacaq. «Kəpəz» Gəncədə oynamır və bunun da nəticələrimizə mənfi təsiri çoxdur. Gəncədə oynamaq başqadır, minlərlə azarkeşin önündə daha inamlı çıxış edirsən. «Kəpəz» həmişə evdə yaxşı oynayıb. Hazırda ora dönmək imkanımız olmasa da, bilirəm ki, azsarkeşlər bizdən nə gözləyir. «Kəpəz»in həqiqi azarkeşləri narahatdır. Mən buradan onlara səslənmək istəyirəm - bir az səbrli olun. Mövsüm yeni başlayıb və hələ irəlidə çoxlu oyun var. Hazır komandanı təhvml almamışam. Komandanın psixoloji və fiziki hazırlığı barədə nəsə demək istəmirəm, hər şey göz qabağındadır. Mövcud problemləri tədricən aradan qaldırmaq mümkündür. Geridə qalan müddətdə çalışmışıq ki, fiziki hazırlığı nisbətən qaldıraq. Gündə iki məşq edirik, ancaq görürəm ki, lazımı səviyyəyə çatmaq üçün bizə hələ vaxt lazımdır. Psixoloji hazırlıq da bir qələbədən asılıdır. İlk qələbəni qazanandan sonra futbolçularda özünəinam yaranmağa başlayacaq. Bütün bu proseslər bir-birindən asılıdır. Gəncəli azarkeşlərin istədiyi «Kəpəz»i meydanda görmək üçün gecə-gündüz çalışırıq. Nə səhər bilirik, nə axşam. Qoy, bunu hamı bilsin. Açığı, bura gələndə artıq bilirdim ki, bizi hansı çətinliklər gözləyir. Mən bundan qorxmamışam və indi də qorxmuram. Yolumuza əzmlə davam edəcəyik. Məqsədimizə çatmaqdan ötrü əlimizdən gələni edəcəyimizə heç kimin şübhəsi olmasın».

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

“Vətəndaş – Vətən daşı” konsepti

10:52
21 Dekabr

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

10:39
21 Dekabr

FHN: Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti olmayıb

09:52
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!