06 Aprel 2026 16:32
145
İQTİSADİYYAT
A- A+
Məcnun Məmmədov: Süni intellekt həllərinin tətbiqi kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması baxımından mühüm rol oynayır  

Məcnun Məmmədov: Süni intellekt həllərinin tətbiqi kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması baxımından mühüm rol oynayır  


“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin növbəti iclası keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbər şəxsləri, Aqrar Məşvərət Şurasının üzvləri, eləcə də aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər. İclasda kənd təsərrüfatında rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi mövzusu geniş müzakirə olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbiri açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov aqrar sahədə rəqəmsal transformasiyanın əhəmiyyətinə toxunub. Nazir qeyd edib ki, müasir texnologiyaların, xüsusilə süni intellekt həllərinin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması, resurslardan səmərəli istifadə və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm rol oynayır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəqəmsal infrastrukturun gücləndirilməsi, məlumatların inteqrasiyası və innovativ texnologiyaların geniş tətbiqinin aqrar sahədə effektiv idarəetmənin əsasını təşkil etdiyini vurğulayıb. Nazir bildirib ki, həyata keçirilən rəqəmsal transformasiya təşəbbüsləri süni intellekt və böyük həcmli məlumatların analizi imkanlarını genişləndirir və bu yanaşma kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, risklərin daha dəqiq idarə olunmasına şərait yaradır.

Aqrar Məşvərət Şurasının sədri Niyazi Əmirbəyov çıxışında aqrar sahədə innovativ yanaşmaların tətbiqi, məlumatlara əsaslanan qərarvermə mexanizmlərinin inkişafı və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinin kənd təsərrüfatı sahəsinin rəqabət qabiliyyətinin artırılmasına xidmət etdiyini bildirib.

İclas çərçivəsində “Rəqəmsal inkişafın sürətləndirilməsi” mövzusunda təqdimatla çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədrinin müavini Şahin Əliyev aqrar sahədə rəqəmsal transformasiyanın genişləndirilməsi üçün mövcud imkanlar, tətbiq olunan texnoloji həllər və gələcək inkişaf istiqamətləri barədə məlumat verib.

Təqdimatda məlumatların vahid platformada toplanması, süni intellekt əsaslı alətlərin biznes proseslərinə inteqrasiyası və fermerlər üçün əlçatan rəqəmsal xidmətlərin inkişaf etdirilməsi xüsusi vurğulanıb.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin müdiri Aynur Qurbanlı aqrar sahədə rəqəmsal transformasiyanın əsas prioritetlərini açıqlayıb. O, məlumat əsaslı idarəetmə sistemlərinin inkişafı, rəqəmsal platformaların tətbiqi, süni intellekt və innovativ texnologiyaların istehsal proseslərinə inteqrasiyası, eləcə də fermerlər üçün rəqəmsal xidmətlərin genişləndirilməsinin əhəmiyyətinə toxunub.

Daha sonra “Aqrar süni intellekt” layihəsinin rəhbəri Surxay Novruzov layihə barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində bitki sağlamlığının monitorinqi, suvarmanın idarə olunması, məhsuldarlığın proqnozlaşdırılması, torpaq və bitki xəritələrinin hazırlanması daxil olmaqla 30-dan çox süni intellekt alətinin tətbiqi nəzərdə tutulur. Bildirilib ki, müasir texnologiyalar vasitəsilə toplanan məlumatların təhlili fermerlərə operativ və dəqiq qərarlar qəbul etməyə, xəstəlik və zərərvericilərin erkən aşkarlanmasına, həmçinin su və digər resurslardan daha səmərəli istifadəyə imkan yaradır.

Tədbirdə “Azerbaijan Robotics Engineering Academy”nin təsisçisi Rəhman Rəsulzadə tərəfindən “Ağıllı Tasma” startap layihəsi təqdim edilib. Rəhman Rəsulzadə deyib ki, layihə kənd təsərrüfatında, xüsusilə heyvandarlıq sahəsində rəqəmsal nəzarət və idarəetmə imkanlarını nəzərdə tutur. Qeyd olunub ki, ağıllı texnologiyalar vasitəsilə heyvanların izlənilməsi, sağlamlıq göstəricilərinin monitorinqi və real vaxt rejimində məlumatların əldə edilməsi mümkündür.

İclas çərçivəsində aparılan müzakirələr zamanı aqrar sahədə rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, fermerlərin müasir texnologiyalara çıxış imkanlarının artırılması, innovativ startapların təşviqi və yerli texnologiya istehsalının inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Tədbirdə kənd təsərrüfatında rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb və gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstanda C5 kateqoriyalı viza tətbiq oluna bilər

17:57
06 Aprel

ADSEA: Xətaidə kollektorun üzərində tikilən ev sökülüb

17:53
06 Aprel

Bibiheybət yolunda hərəkətin məhdudlaşdırılması ilə bağlı 6 avtobus marşrutunun hərəkəti dəyişdirilib  

17:30
06 Aprel

Kəlbəcərdə vətəndaşlar səyyar tibbi müayinələrə cəlb olunublar  

17:23
06 Aprel

Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

17:00
06 Aprel

“Xiaomi”nin yeni smartfonunun üstünlükləri  

16:46
06 Aprel

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində olub  

16:45
06 Aprel

Zabrat-Maştağa yolunda suyun kənarlaşdırılması üçün xüsusi nasoslar və texnikalar işə salınıb 

16:37
06 Aprel

Məcnun Məmmədov: Süni intellekt həllərinin tətbiqi kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunması baxımından mühüm rol oynayır  

16:32
06 Aprel

Şimal dənizində onlarla neft və qaz yatağı bloklanıb

16:31
06 Aprel

Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş kitabın TÜRKSOY-da təqdimatı  

16:23
06 Aprel

Dünyada içməli su niyə yararsız hala gəlir?

16:21
06 Aprel

Tramp Alkatraz həbsxanasını bərpa etmək istəyir  

16:08
06 Aprel

Birinci xanım Mehriban Əliyeva Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub  

15:46
06 Aprel

Türkiyə Baş prokuroru Bakıya gəlib, ekstradisiya, hüquqi yardımla bağlı müzakirələr aparılıb

15:43
06 Aprel

Əməkhaqqı ödənişində gender bərabərliyi qorunacaq – Yeni qanun layihəsi  

15:37
06 Aprel

Fövqəladə hallar naziri Bibiheybət yolunda yaranan sürüşmə təhlükəsi ilə əlaqədar ərazidə olub  

15:03
06 Aprel

Sel səbəbindən şimal bölgəsində bəzi kənd məktəblərində dərslər təxirə salınıb - AÇIQLAMA  

15:03
06 Aprel

Prezident İlham Əliyev: Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir  

15:02
06 Aprel

Azərbaycan Prezidenti: Nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır  

15:01
06 Aprel

Prezident İlham Əliyev: Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək  

15:00
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!