28 İyul 2026 02:57
5795
ELANLAR
A- A+
MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN(MƏSLƏHƏT XİDMƏTLƏRİ - ŞİRKƏTLƏRİN SEÇİMİ)

MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN(MƏSLƏHƏT XİDMƏTLƏRİ - ŞİRKƏTLƏRİN SEÇİMİ)


Azərbaycan Respublikası

Məşğulluğa Dəstək Layihəsi

Kredit №: 9712-AZ

Tapşırığın adı: Bacarıqların sertifikatlaşdırılması mexanizminin yaradılması, peşə hazırlığının kvalifikasiya proqramlarının hazırlanması və beynəlxalq akkreditasiyası

İstinad nömrəsi (Satınalma Planına əsasən): AZ-MLSPP-562949-CS-QCBS

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluğa Dəstək Layihəsini həyata keçirmək məqsədilə Dünya Bankından cəlb edilən maliyyə vəsaitlərinin bir hissəsini məsləhət xidmətlərinin satın alınmasına yönəltmək niyyətindədir.

Məsləhət xidmətlərinə ("Xidmətlər") bacarıqların sertifikatlaşdırılması mexanizminin yaradılması, peşə hazırlığının kvalifikasiya proqramlarının hazırlanması və beynəlxalq akkreditasiyasının təmin edilməsi daxildir. Xidmətlərin icra müddəti 36 ay təşkil edir (icrasına təxminən dekabr 2026 - yanvar 2027-dən başlanılması gözlənilir).

Tapşırıq üzrə ətraflı Texniki Tapşırıq (TOR) aşağıdakı linkdə təqdim olunmuşdur: 

TOR 5_Terms of Reference_az_final_for REOİ.docx

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi indi uyğun tələblərə cavab verən məsləhətçi şirkətləri ("Məsləhətçilər") xidmətlərin göstərilməsində maraqlarını ifadə etməyə dəvət edir. Maraqlı olan məsləhətçilər xidmətləri yerinə yetirmək üçün tələb olunan ixtisas və müvafiq təcrübəyə malik olduqlarını sübut edən məlumatları təqdim etməlidirlər. Qısa siyahıya düşmək üçün meyarlar: oxşar xarakterli və mürəkkəblik səviyyəsinə malik layihələrin icrası üzrə təcrübə (səriştə çərçivələrinin və ya peşə və təhsil standartlarının, kurikulumların və qiymətləndirmə alətlərinin hazırlanması); peşə təlimi proqramlarının hazırlanması və təşkili üzrə təcrübə; bacarıqların qiymətləndirilməsi sistemlərinin hazırlanması sahəsində təcrübə; bacarıqların inkişafı sektorunda oxşar şəraitə malik ölkələrdə regional təcrübə (Azərbaycan və ya müqayisə edilə bilən ölkələrdə əldə olunmuş təcrübəyə üstünlük verilir).  Qısa siyahı mərhələsində əsas işçi heyəti qiymətləndirilməyəcək.

Maraqlı olan məsləhətçilərin diqqəti Dünya Bankının noyabr 2017, avqust 2018, noyabr 2020 və sentyabr 2023-cü illərdə yenidən baxılmış ("Satınalma Qaydaları"), iyul 2016-cı il tarixli "İLM üzrə Borcalanlar üçün Satınalma Qaydaları" sənədinin Bölmə III, 3.14, 3.16 və 3.17-ci bəndlərinə yönəldilir ki, bu da Dünya Bankının maraqların toqquşmasına dair siyasətini təyin edir.

Məsləhətçilər öz ixtisas və təcrübələrini gücləndirmək məqsədilə digər şirkətlərlə əməkdaşlıq edə bilərlər, lakin bu əməkdaşlığın birgə müəssisə (joint venture) və/və ya subkonsaltinq formasında olduğunu aydın şəkildə göstərməlidirlər. Birgə müəssisə olduqda, ortaq müəssisədəki bütün tərəfdaşlar seçildiyi təqdirdə müqavilə üzrə ortaq və ayrı-ayrılıqda öhdəlik daşıyırlar.

Məsləhətçilərin seçim prosesi Satınalma Qaydaları ilə müəyyən edilmiş məsləhətçilərin keyfiyyət və qiymətə əsaslanan seçim (QCBS) metoduna uyğun olaraq keçiriləcəkdir.

Əlavə məlumat aşağıda göstərilən ünvana iş saatları ərzində (bazar ertəsindən cümə gününədək, saat 09:00-dan 17:00-dək) müraciət etməklə əldə edilə bilər.

Maraq ifadələri 18 avqust 2026-cı il tarixinədək aşağıda göstərilən ünvana yazılı formada (şəxsən, məktub şəklində, faks və ya e-poçt vasitəsilə) təqdim edilməlidir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi

Kimə: Fəqan Əsgərov, Layihə koordinatoru

AZ1100, Nazim Hikmət küç.,

Rich Plaza, 1-ci giriş, 2-ci mərtəbə 

Bakı, Azərbaycan 

Tel: (994 12) 5253449

E-mail: [email protected]; [email protected] 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub  

10:52
05 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!