03 İyun 2026 01:05
4006
ELANLAR
A- A+
MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN (MƏSLƏHƏT XİDMƏTLƏRİ) 

MARAQ MƏKTUBLARININ QƏBUL EDİLMƏSİNƏ DAİR ELAN (MƏSLƏHƏT XİDMƏTLƏRİ) 


Azərbaycan Respublikası Məşğulluğa Dəstək Layihəsi Kredit №: 9712-AZ

 

Tapşırığın adı: Səriştələrin qiymətləndirilməsi və inkişafı çərçivəsinin hazırlanması, Karyera Məsləhəti xidmətlərinin təkmilləşdirilməsi və DMA/DOST Agentliyi heyətinin bacarıqlarının artırılması


İstinad Nömrəsi (Satınalma Planına əsasən): AZ-MLSPP-550874-CS-QCBS


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluğa Dəstək Layihəsini həyata keçirmək məqsədilə Dünya Bankından cəlb edilən maliyyə vəsaitlərinin bir hissəsini məsləhət xidmətlərinin satın alınmasına yönəltmək niyyətindədir. 

Məsləhət xidmətləri ("Xidmətlər") səriştələrin qiymətləndirilməsi və inkişafı çərçivəsinin hazırlanması, Karyera Məsləhəti xidmətlərinin təkmilləşdirilməsi və DMA/DOST Agentliyi heyətinin bacarıqlarının artırılmasını əhatə edir. Xidmətlərin icra müddəti 30 ay təşkil edir (təxminən 2026-cı ilin oktyabr-noyabr aylarından başlanması gözlənilir).

Tapşırıq üzrə ətraflı Texniki Tapşırıq (TOR) aşağıdakı linkdə təqdim olunmuşdur: TOR 3-Texniki Tapşırıq AZ- May 15_son.docx

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi indi uyğun tələblərə cavab verən məsləhətçi şirkətləri ("Məsləhətçilər") Xidmətlərin göstərilməsində maraqlarını ifadə etməyə dəvət edir. Maraqlı olan Məsləhətçilər Xidmətləri yerinə yetirmək üçün tələb olunan ixtisas və müvafiq təcrübəyə malik olduqlarını sübut edən məlumatları təqdim etməlidirlər. Qısa siyahıya düşmək üçün meyarlar: oxşar xarakterli və mürəkkəblik səviyyəsinə malik layihələrin icrası üzrə təcrübə (səriştə çərçivələrinin və ya peşə və təhsil standartlarının hazırlanması, karyera məsləhəti sistemlərinin qurulması, eləcə də əmək sektoru üzrə potensialın gücləndirilməsi); təlim proqramlarının hazırlanması və həyata keçirilməsi üzrə təcrübə; səriştələrin qiymətləndirilməsi alətlərinin və ya peşə və təhsil standartlarının hazırlanması sahəsində təcrübə; oxşar mühitlərdə təlimlərin təşkili və keçirilməsi üzrə regional təcrübə (Azərbaycan və ya müqayisə edilə bilən ölkələrdə əldə olunmuş təcrübəyə üstünlük verilir) Qısa siyahı mərhələsində əsas işçi heyəti qiymətləndirilməyəcək.

Maraqlı olan Məsləhətçilərin diqqəti Dünya Bankının noyabr 2017, avqust 2018, noyabr 2020 və sentyabr 2023-cü illərdə yenidən baxılmış ("Satınalma Qaydaları"), iyul 2016-cı il tarixli "İLM üzrə Borcalanlar üçün Satınalma Qaydaları" sənədinin Bölmə III, 3.14, 3.16 və 3.17-ci bəndlərinə yönəldilir ki, bu da Dünya Bankının maraqların toqquşmasına dair siyasətini təyin edir.

Məsləhətçilər öz ixtisas və təcrübələrini gücləndirmək məqsədilə digər şirkətlərlə əməkdaşlıq edə bilərlər, lakin bu əməkdaşlığın birgə müəssisə (joint venture) və/və ya subkonsaltinq formasında olduğunu aydın şəkildə göstərməlidirlər. Birgə müəssisə olduqda, ortaq müəssisədəki bütün tərəfdaşlar seçildiyi təqdirdə müqavilə üzrə ortaq və ayrı-ayrılıqda öhdəlik daşıyırlar.

Məsləhətçilərin seçim prosesi Satınalma Qaydaları ilə müəyyən edilmiş Məsləhətçilərin keyfiyyət və qiymətə əsaslanan seçim (QCBS) metoduna uyğun olaraq keçiriləcəkdir.

Əlavə məlumat aşağıda göstərilən ünvana iş saatları ərzində (bazar ertəsindən cümə gününədək, saat 09:00-dan 17:00-dək) müraciət etməklə əldə edilə bilər.

Maraq ifadələri 23 iyun 2026-cı il tarixədək aşağıda göstərilən ünvana yazılı formada (şəxsən, məktub şəklində, faks və ya e-poçt vasitəsilə) təqdim edilməlidir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi

Kimə: Fəqan Əsgərov, Layihə Koordinatoru

AZ1100, Nazim Hikmət küçəsi,

Rich Plaza, 1-ci giriş, 2-ci mərtəbə 

Bakı, Azərbaycan 

Tel: (994 12) 5253449

E-mail: [email protected]; [email protected]

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Əfsanəvi cizgi serialı geri dönür

18:04
23 Sentyabr

Lənkəranda şəhid məzarları ziyarət edilib

17:49
23 Sentyabr

Şəhid Əli Tağıyevin xatirəsi anılıb  

17:21
23 Sentyabr

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

17:18
23 Sentyabr

Əfv sərəncamının icrası başa çatıb

17:18
23 Sentyabr

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

17:16
23 Sentyabr

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

17:16
23 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma  

17:15
23 Sentyabr

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

17:13
23 Sentyabr

 Təbii sərvətlərimiz işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək  

17:05
23 Sentyabr

Sülhün və təhlükəsizliyin ünvanı  

17:03
23 Sentyabr

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

Kanada və Böyük Britaniya müdafiə proqramlarını birləşdirə bilər   

16:38
23 Sentyabr

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

16:36
23 Sentyabr

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

16:33
23 Sentyabr

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

16:26
23 Sentyabr

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

16:25
23 Sentyabr

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub  

16:23
23 Sentyabr

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

16:22
23 Sentyabr

Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”  

16:18
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!