03 Iyul 2024 16:16
112
CƏMİYYƏT
A- A+

Külli miqdarda narkotik vasitənin tranzit yolla ölkə ərazisindən keçirilməsinin qarşısı alınıb

 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitənin tranzit yolla ölkə ərazisindən keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, DGK-nın baş idarəsinin gömrük risklərinin idarəolunması şöbəsindən daxil olan məlumat əsasında Azərbaycan Respublikasından tranzit keçməklə Pakistan İslam Respublikasından Böyük Britaniyaya daşınan 53 yerdən ibarət irihəcmli bağlamalara “Alfa” ləqəbli kinoloji xidməti itinin tətbiqi ilə yoxlama həyata keçirilib.

Xidməti itin reaksiyasına əsasən sözügedən bağlamalar rentgen qurğusundan keçirilərkən monitorda 3 ədəd bağlamada şübhəli cizgilərin olduğu müşahidə edilib. Fiziki yoxlama zamanı həmin bağlamalardakı 30 cüt (60 ədəd) qara rəngli kişi ayaq geyimi olan səndəllərin alt hissəsində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü, qəhvəyi rəngli, qablaşdırmaları ilə birlikdə çəkisi 6356 qram narkotik vasitə - həşiş qətranı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video