26 Iyun 2024 13:09
498
Mədəniyyət
A- A+

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

 

Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərindəki Yunus Əmrə İnstitutunda Şuşa şəhərinin tarixinə həsr olunmuş “dəyirmi masa” təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbir “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının tərəfdaşlığı ilə həyata keçirdiyi “Malayziyadan görünən Şuşa” layihəsi çərçivəsində baş tutub. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşıb.

Tədbiri Yunus Əmrə İnstitutunun direktoru Ömər Altun açaraq, xalqlar arasında mədəni mübadilənin əhəmiyyətindən danışıb, Şuşanın tarixi ilə bağlı müzakirənin Yunus Əmrə İnstitutunda keçirilməsindən qürur duyduğunu bildirib.

“Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva Şuşanın keşməkeşli tarixi haqqında məlumat verib və 30 ilə yaxın erməni işğalı altında qalan şəhərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edilməsi tarixindən danışıb.

Daha sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İctimai Televiziyanın hazırladığı “Şuşanın dağları başı dumanlı” bədii-sənədli filmi nümayiş olunub. Filmin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Nəsimi Məmmədoğludur.

Tədbirdə Malayziya Universitetinin professoru Şanmuqam Krişnavani Şuşa şəhəri haqqında fikirlərini bölüşüb. O, aparılan müzakirələrdən, eləcə də Şuşa haqqında filmdən Şuşanın gözəl və güclü şəhər olduğunu anladığını qeyd edib və bildirib ki, üzləşdiyi bütün çətinliklərdən qalib çıxan şəhərin tarixi insanlara həyat dərsi verir.

Professor ilk imkan yaranan kimi Şuşanı ziyarət edəcəyini bildirib.

Türkiyənin Malayziyadakı baş konsulu Tolqa Uçak Şuşanın qürur şəhəri olduğundan danışıb, Şuşanın tarixinin film vasitəsilə belə əyani görməyin və göstərməyin əhəmiyyətini qeyd edib.

Filmi izləyənlər Azərbaycanın qədim mədəniyyət və incəsənət mərkəzi olan Şuşa şəhəri haqqında fikirlərini bölüşüblər.

Tədbirdə Azərbaycan Respublikasının Malayziyadakı səfirliyinin müşaviri Elsevər Salmanov, səfirliyin əməkdaşları, tələbələr və gənc tədqiqatçılar iştirak ediblər.

Tədbir iştirakçılarına araşdırmaçı-jurnalist Vasif Quliyevin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən ingilis dilində nəşr etdirilmiş “Şuşa qalası” tarixi-etnoqrafik broşürlər dəsti hədiyyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video