25 Dekabr 2025 17:45
148
CƏMİYYƏT
A- A+
Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı qanunsuz yolla ələ keçirən şəxsləri saxlayıb 

Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı qanunsuz yolla ələ keçirən şəxsləri saxlayıb 


Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) xarici ölkələrin polis orqanları ilə beynəlxalq hüquqi yardım və qarşılıqlı əməkdaşlıq çərçivəsində növbəti əməliyyat həyata keçirib. Belə ki, xarici ölkələrin birində müxtəlif şəxslərə onlayn kriptovalyuta alqı-satqısı adı altında xüsusilə külli miqdarda ziyan vuran Azərbaycan vətəndaşları barədə kiberpolisə əməliyyat məlumatı daxil olub.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində əvvəllər də oxşar cinayətlərə görə Türkiyə və Rusiyada məhkum olunan Malik Guseinov və Mahmud Əsgərli saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, M.Guseinov M.Əsgərli ilə birgə xarici ölkələrin birinin paytaxtında yerləşən ticarət mərkəzində ofis kirayələyib. Bir müddətdən sonra M.Guseinov saxta 600 min ABŞ dollarını həmin ticarət mərkəzində yerləşən valyutadəyişmə məntəqəsinə təqdim edərək 600 min USDT kriptovalyutasının onun hesabına köçürülməsini istəyib. O, 1 milyon manatdan çox dəyəri olan kriptovalyutanın hesabına keçdiyinə əmin olduqdan sonra həmin ölkəni tərk edib.

Faktla bağlı cinayət işi başlanılıb, M.Guseinov və M.Əsgərli barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, müasir dövrdə elektron ödəniş və kriptovalyuta ilə aparılan əməliyyatların geniş yayılması bu sahədə dələduzluq risklərini də artırır. Bundan sui-istifadə edən bir sıra cinayətkar qruplar istər virtual məkanda, istərsə də real müstəvidə kibercinayətlər törətməyə və insanların pul vəsaitlərini ələ keçirməyə çalışırlar. Odur ki, xüsusən sosial şəbəkələrdə tanımadığınız şəxslərlə maliyyə əməliyyatları aparan zaman diqqətli olmağınız, habelə “yüksək”, “perspektivli” qazanc vədi verən “kriptolayihələrə” pul yatırmamağınız tövsiyə olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Qayıdış: Daha 83 ailə Ağdam şəhərinə qayıdıb  

18:26
25 Dekabr

Prezident İlham Əliyev məhkəmə sistemində genişmiqyaslı kadr təyinatları ilə bağlı Sərəncam imzalayıb 

18:14
25 Dekabr

Beynəlxalq axtarışa verilmiş daha bir nəfər Azərbaycana ekstradisiya olunub  

18:07
25 Dekabr

Marşrut avtobuslarında yeni ödəniş sistemi vahid sistemə yol açacaqmı?  

18:01
25 Dekabr

Əczaçılıq sənayesinin inkişafına dair müzakirələr aparılıb  

17:47
25 Dekabr

Azad edilmiş ərazilərdə uzunluğu 3700 kilometrdən çox olan avtomobil yolları inşa olunur  

17:46
25 Dekabr

Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı qanunsuz yolla ələ keçirən şəxsləri saxlayıb 

17:45
25 Dekabr

Türkmənistandakı səfirimiz Prezident Sərdar Berdiməhəmmədov tərəfindən təltif edilib  

17:43
25 Dekabr

Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasında müasir tədris infrastrukturu yaradılıb 

17:42
25 Dekabr

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin akkreditasiyası yenilənib  

17:40
25 Dekabr

Avropa Müsəlman Forumunun prezidenti Abdul-Vahed Niyazov və Forumun İdarə Heyətinin üzvlərindən  

17:38
25 Dekabr

Monreal Kanada-Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Rəna Müslümovadan  

17:38
25 Dekabr

Rustavi Təhsil və Mədəniyyət Mərkəzinin kollektivindən  

17:36
25 Dekabr

Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib  

17:36
25 Dekabr

Diplomat: Çin-Azərbaycan strateji tərəfdaşlığının 2026-cı ildə geniş perspektivləri olacaq

17:35
25 Dekabr

2025-ci il - ABŞ-Azərbaycan əlaqələrinin yüksəliş ili

17:33
25 Dekabr

Baş Prokurorluq mediada cinayət işinin guya yoxa çıxması ilə bağlı yayılan məlumatlara dair açıqlama yayıb  

16:07
25 Dekabr

Yerli mütəxəssislərin yaratdığı “Micro-SCADA” sistemi ilk dəfə “Xankəndi-1” yarımstansiyasında tətbiq olunub  

16:04
25 Dekabr

Kərkicahan qəsəbəsinin şagirdləri təhsillərini doğma yurdlarında davam etdirəcəklər  

16:03
25 Dekabr

Kərkicahanda bu ilin sonunadək 40, gələn il isə 280 ev təmir olunacaq  

16:01
25 Dekabr

Tarixi ədalətin və Qələbənin rəmzi - Xankəndi Zəfər parkı 

16:00
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!