06 Dekabr 2025 01:24
2617
Fərmanlar
A- A+
Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları

Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları


Azərbaycan Respublikası Prezidentinin 2025-ci il  5 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir


1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkili məqsədilə inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma mexanizmini (vahid uçotun aparılmasını) müəyyən edir.

1.2. Kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi (onun yazılı razılığı ilə istifadəçisi və ya icarəçisi) (bundan sonra - sifarişçi) Bakı şəhərinin, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, digər inzibati ərazi vahidlərində isə yerli icra hakimiyyəti orqanlarını (bundan sonra -  məlumatlandırılan orqan) bu Qaydalara uyğun olaraq məlumatlandırmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlarda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.16-cı maddəsinin tələblərinə uyğun müvəqqəti tikililər, yəni torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili inşa edə və quraşdıra bilər. 

1.3. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. asanlıqla quraşdırılıb-sökülən tikili- xüsusi təyinatlı texnika cəlb edilmədən quraşdırılıb-sökülən tikili; 

1.3.2. qısa müddət - mövsümi və ya sifarişçinin müraciətində göstərdiyi müddət (5 ildən çox olmamaq şərtilə);

1.3.3. torpaq üzərində yerləşdirilən tikili - torpaqla beton əsaslı bağlılığı olmayan və ya ayrı-ayrı duran dirəkaltı (dəmir-beton olmayan) bünövrələr üzərində quraşdırılan tikili;

1.3.4. yüngül inşaat konstruksiyalarından inşa edilən tikili - karkası ağac və ya divar qalınlığı 8 millimetrə qədər olan polad dirək və tirlərdən, habelə divarları və arakəsmələri metal, ağac və ya plastik lövhələrdən ibarət tikili.

1.4. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər kənd təsərrüfatına dair texnika, avadanlıq, ot, yem, dərman (zəhərli kimyəvi maddələrin saxlanması istisna olmaqla) və digər vasitələrin müvəqqəti saxlanması, çoban evləri, yataqlar, habelə işçilərin (personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlər üçün inşa edilir.

1.5. Müvəqqəti tikilinin tikinti sahəsi 300 kvadratmetrdən, hündürlüyü 5 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır. 


2. Müvəqqəti tikililərə dair təqdim edilən sənədlər

2.1. Sifarişçi müvəqqəti tikili inşa etmək üçün həmin tikilinin istifadə ediləcəyi müddəti göstərməklə, məlumatlandırılan orqana şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi (bundan sonra - sistem) vasitəsilə məlumat verir. 

2.2. Sifarişçi məlumata aşağıdakı sənədləri əlavə edir:

2.2.1. sifarişçi fiziki şəxs olduqda - şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı;

2.2.2. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi;

2.2.3. sifarişçi mülkiyyətçi olmadığı halda, tikintiyə mülkiyyətçinin yazılı razılığını;

2.2.4. müvəqqəti tikilinin təyinatı, sahəsi, hündürlüyü və aşırımlarının uzunluğu, habelə karkas və divarlarının materialının növü, torpaq üzərində yerləşdirmə üsulu göstərilməklə tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planının bölmələrini.

2.3. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.

2.4. Müvəqqəti tikilinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri bu Qaydaların 1.2-1.5-ci bəndlərində müəyyən edilən tələblərə uyğun tərtib olunmalıdır.


3. Müvəqqəti tikililərə dair məlumatlandırma mexanizmi üzrə tədbirlər

3.1.Məlumatlandırılan orqan müvəqqəti tikili barədə bu Qaydaların 2-ci hissəsinə uyğun olaraq sifarişçi tərəfindən təqdim edilən məlumatların və sənədlərin sistem vasitəsilə EHİS üzərindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ötürülməsini təmin edir.

3.2. Müvəqqəti tikilinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə məlumatlandırılan orqan bu Qaydaların 2-ci hissəsinə uyğun olaraq sifarişçi tərəfindən təqdim edilən məlumatların və sənədlərin sistem vasitəsilə EHİS üzərindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ötürülməsini təmin edir.

3.3. Müvəqqəti tikililərin vahid uçotunu aparmaq məqsədilə məlumatlandırılan orqan bu Qaydaların 2-ci hissəsinə uyğun olaraq sifarişçi tərəfindən təqdim edilən məlumatları və sənədləri elektron qaydada Tikintilərin Dövlət Reyestrinə (bundan sonra - Reyestr) ötürür. 

3.4. Reyestri aparan orqan müvəqqəti tikililər barədə təqdim olunmuş sənədləri və məlumatların tamlığını 3 (üç) iş günü müddətində təhlil etdikdən sonra Reyestrdə uçota alır.

3.5. Bu Qaydaların 2.2-ci bəndinə uyğun olaraq Reyestrə daxil edilən sənədlər tam olmadıqda, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş məlumatlandıran orqana və sifarişçiyə sistem vasitəsilə məlumat göndərilir. Bütün natamamlıqlar eyni zamanda bildirilməlidir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri sifarişçiyə izah olunur. Sifarişçi məlumatı aldığı andan çatışmayan sənədləri 5 (beş) iş günü müddətində Reyestrə daxil edilməsi üçün məlumatlandıran orqana təqdim edir. Məlumatlandıran orqan tam tərkibdə təqdim edilmiş sənədləri dərhal Reyestrə ötürür. 

3.6. Müvəqqəti tikililərə dair məlumatlar Reyestrdə uçota alındıqdan sonra bu barədə sifarişçiyə sistem vasitəsilə dərhal bildiriş göndərilir. Bildiriş sistemə yerləşdirildikdən sonra sifarişçinin tikinti işlərinə başlamaq hüququ yaranır.

3.7. Bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan məlumatda qeyd olunan müvəqqəti tikilinin istifadə müddəti başa çatdığı andan 3 (üç) iş günü ərzində həmin tikili sifarişçi tərəfindən sökülməlidir. Müvəqqəti tikili müraciətdə nəzərdə tutulmuş müddətdən əvvəl sifarişçi tərəfindən sökülə bilər. Sifarişçi müvəqqəti tikilinin söküntüsü barədə məlumatlandırılan orqana sistem vasitəsilə 10 (on) iş günü müddətində məlumat verməlidir. 

3.8. Bu Qaydaların 3.7-ci bəndinə əsasən söküntü barədə məlumat verildiyi andan məlumatlandırılan orqan müvəqqəti tikilinin uçotdan çıxarılması üçün bu məlumatı dərhal Reyestrə və bu Qaydaların 3.1-ci bəndində qeyd olunan orqanlara ötürür.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Aleksandr Sırski: Ukrayna hücum əməliyyatlarına hazırlaşır  

21:11
18 Yanvar

Almaniya Kansleri: Danimarka və Qrenlandiya xalqı ilə tam həmrəylik və koordinasiya içindəyik  

20:59
18 Yanvar

Mehmet Qiyas Azərtürk: 20 Yanvar şəhidlərinin qəhrəmanlığı unudulmayacaq  

18:58
18 Yanvar

Yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA  

17:56
18 Yanvar

Avropa ölkələri ABŞ-ın yeni tariflərinə etiraz edir  

17:38
18 Yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçisini istefaya göndərib  

16:21
18 Yanvar

Gürcüstan-Rusiya sərhədində 3 mindən çox yük avtomobili növbə gözləyir  

15:09
18 Yanvar

Gürcüstan hökuməti Orta Dəhliz çərçivəsində beynəlxalq avtomobil yollarının tikintisini bu il başa çatdırmaq niyyətindədir  

14:51
18 Yanvar

Qar Bakı–Şamaxı–Yevlax yolunda hərəkəti çətinləşdirib 

14:11
18 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi bölgələrə gedən və hərəkətdə olan sürücülərə müraciət edib VİDEO  

13:58
18 Yanvar

Valideyn gözü ilə Polis Akademiyası: gələcəyə açılan qapı  

13:41
18 Yanvar

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

13:29
18 Yanvar

Şimal bölgəsi: 16 santimetr qar, 11 dərəcə şaxta

13:12
18 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb  

13:01
18 Yanvar

Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb  

12:39
18 Yanvar

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunur  

12:07
18 Yanvar

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!