25 Oktyabr 2024 09:20
300
İQTİSADİYYAT
A- A+
Kənd təsərrüfatı məhsullarının istehsalında və ixracında artım var

Kənd təsərrüfatı məhsullarının istehsalında və ixracında artım var


Ölkəmizdə həyata keçirilən aqrar islahatların iki əsas hədəfi var: birincisi, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatını ödəmək. Bu sahədə artıq ciddi bir problemimiz yoxdur. 

İkinci hədəfimiz isə bu növ məhsulların ixracını artırmaqdır. Son zamanlar ixracda kənd təsərrüfatı məhsullarının çəkisinin artması göstərir ki, bu sahədə də uğurlarımız az deyil. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın oktyabr ayı üçün açıqladığı ilkin rəqəmlərdə qeyd edilir ki, cari ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə yeyinti məhsullarının ixracının dəyəri 13,3 faiz artaraq 698,3 milyon dollara bərabər olub. İlin 9 ayı ərzində ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 83,3, pambıq lifi 70,9, bitki mənşəli yağlar və piylər 31,7, spirtli və spirtsiz içkilər 11,6, emal edilən meyvə-tərəvəz məhsulları 14,6 faiz artıb. Bu dövrdə aqrar-sənaye məhsullarının ixracının dəyəri də 60 faiz artaraq 233,4 milyon dollara çatıb. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracının dəyəri 17,8 faiz artaraq 755,4 milyon dollar olub.

Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov qeyri-neft məhsulları ixracındakı artımla bağlı bildirib: "Bu ilin 9 ayındakı artıma mövsümi faktorlarla yanaşı, aqrar məhsulların ixracatının çoxalması də təsir göstərib. Bütün bunlarla yanaşı, yenə də qeyri-neft məhsullarının ixracat bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır. Belə ki, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir. Qeyri-neft-qaz məhsulları ixracatımızın yarıdan çoxu iki ölkənin payına düşür. Neftsiz ixracatın 34,5 faizi Rusiyaya, 18,1 faizi isə Türkiyəyə yönəlib. Yeni bazarlara, xüsusən Avropa İttifaqı və körfəz ölkələrinə daha çox qeyri-neft məhsullarının satışı enerjisiz ixrac dövriyyəsinin dayanıqlılığı baxımından da vacibdir".

O ki qaldı istehsala, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında ölkə üzrə istehsal edilən kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə ümumi dəyəri 10 milyard 418,5 milyon manat   olub. Onun da 4 milyard 881,2 milyon manatlığı heyvandarlıq, 5 milyard 537,3 milyon manatlığı bitkiçilik məhsullarının payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsal 0,8, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,4, bitkiçilik məhsulları üzrə 0,3 faiz artıb. Bu dövrdə bitkiçilik məhsullarından bostan məhsullarının istehsalında 12, şəkər çuğunduru istehsalında 80,6, üzüm istehsalında 6,3, günəbaxan istehsalında 12,4, pambıq istehsalında 38,1, tütün istehsalında 43,1, yaşıl çay yarpağının yığılmasında 3,7 faiz artım qeydə alınıb. Heyvandarlıqda isə ət istehsalı 1, süd istehsalı 0,7, yumurta istehsalı 5,6 faiz artıb.

 

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!