16 Noyabr 2026 15:58
893
DÜNYA
A- A+
Kanada avtomobil sektoru üçün Avropa və Asiya variantlarını araşdırır

Kanada avtomobil sektoru üçün Avropa və Asiya variantlarını araşdırır


Kanadanın Baş naziri Mark Karni bildirib ki, ölkənin avtomobil sənayesi ABŞ ilə ticarət danışıqlarının bir hissəsi olaraq qalır, lakin Ottava eyni zamanda Avropa və Asiyada “digər variantları” da araşdırır.

“Global News”un məlumatına görə, M.Karni bu fikirləri Kambocanın paytaxtı Pnompendə keçirilən Frankofoniya sammitində jurnalistlərin suallarını cavablandırarkən səsləndirib. Baş nazirin sözlərinə görə, Kanada hökuməti yerli avtomobil sənayesi işçilərinin Şimali Amerika bazarında ən yaxşı imkanlara malik olmasını istəyir. Lakin Vaşinqtonun yanvar ayınadək Kanada avtomobillərinə 50 faizə qədər yüksək gömrük rüsumları tətbiq edəcəyini bəyan etməsi bu bazarın inteqrasiyasını zəiflədib. “Bu, həm mənim ABŞ Prezidenti ilə, həm də administrasiya ilə apardığımız davamlı müzakirələrin bir hissəsidir. Ticarət danışıqlarının nəticəsindən asılı olaraq, Avropa və Asiya variantları kimi digər seçimlər də nəzərdən keçiriləcək”, - deyə M.Karni vurğulayıb.

Baş nazir daha əvvəl də qeyd etmişdi ki, Kanada avtomobil sektorunun maraqlarını dəstəkləməyən heç bir ABŞ ticarət sazişini imzalamayacaq. 

Ticarət gərginliyi səbəbindən M.Karni bu ilin əvvəlində Çinlə 6,1 faiz rüsum dərəcəsi ilə 49 minə qədər Çin elektromobilinin idxalına dair müqavilə imzalayıb. Baş nazirin bu həftə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşəcəyi və iki ölkə arasındakı ticarət əlaqələrinin geniş müzakirə olunacağı gözlənilir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Premyer Liqa: “Kəpəz” Gəncədə “Qarabağ”dan xal alıb

18:57
22 Noyabr

Tramp: Açıq sərhədlər ölkələri məhv edir

18:49
22 Noyabr

Premyer Liqa: “Neftçi” Şamaxıdan üç xalla qayıdır

16:29
22 Noyabr

Hava zərbələri nəticəsində Ukraynanın beş bölgəsi işıqsız qalıb

15:59
22 Noyabr

Kiyev vilayətində bina dronla vurulub, 14 nəfər dağıntılar altında qalıb

14:09
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Xankəndidə “Prezident kuboku” uğrunda yarışda 300-ə yaxın atlet iştirak edib

13:17
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib

12:43
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!