14 Mart 2024 09:30
5196
Oxucu məktubları
A- A+

İşıqfor olarsa...

 

İllərdir taksi fəaliyyəti ilə məşğulam. Sumqayıt, Abşeron və Bakı arasında gün ərzində bir neçə dəfə dolanıram. Yolları rahat və abaddır. Tıxac olmasa, elə ciddi problem yaşamıram. 
Bununla belə, arzularım da var. Məsələn, Abşerondan keçib Masazır duz gölünün yanından Sumqayıt istiqamətindəki yol ensizdir. Saray qəsəbəsinin içindən keçən həmin yolda  son illər hərəkət edən  maşınların sayı isə xeyli artıb. Hətta səhər və axşam həmin ərazidə  tıxac da yaşanır. Hazırda həmin ərazidə yeni yüksək mərtəbəli binalar inşa edilir. Deməli, ərazidə maşınların sayı bir qədər də artacaq və nəticədə hərəkət çətinləşəcək. 
Heydər Əliyev və Mirzə  Ələkbər Sabir küçələrinin kəsişdiyi yer isə maşınların təhlükə ilə üzləşdiyi ərazidir. Üçtərəfli hərəkət çevrəsi yenə gündüz bir qədər görünür. Hava qaralandan sonra üç istiqamətdə hərəkətin işıqları bir-birini kəsir. İlk dəfə buradan keçən sürücü həmin dairəyə yaxınlaşıb hərəkət nişanlarını axtarana qədər ya qəza şəraiti yaradır, ya da qaydaları pozmuş olur.  Hər üç hərəkət zolağında göstərici olmadığına görə ümid yalnız sürücünün təcrübəsinə qalır. Dəfələrlə həmin ərazidən keçəndə qəzadan güclə yan keçə bilmişəm, o da əraziyə bələd olduğum üçün.  
Arzum budur ki, həmin yerdə hərəkəti nizamlayan işıqfor quraşdırılsın. Belə olarsa, həm təhlükə aradan qalxar, həm də piyadaların və sürücülərin işi yüngülləşər.

Ramiz İBRAHİMOV,
Abşeron rayon sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video