İqtisadi yüksəlişin təzahürü
"Böyük qayıdış" Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatı yaradılacaq
Prezident İlham Əliyev tərəfindən Milli Məclisə "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanun layihəsi göndərilib. Bu ilin dövlət büdcəsinə dəyişikliklər "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq təklif olunur.
Dövlət büdcəsinə yenidən baxılmanı bir sıra amillər şərtləndirir. Bunlardan biri "Böyük qayıdış" Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır. Ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərqərar edilməsindən sonrakı dövrdə də dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasını şərtləndirən amillərdəndir. Daha bir amil isə yeni infrastruktur layihələrinin həyata keçirilməsi, habelə beynəlxalq fəaliyyət və tədbirlər üzrə xərclərdir və s.
Əvvəla qeyd edək ki, əlavə maliyyə təminatının yaradılması üçün cari ilin büdcə gəlirlərinin mövcud vəziyyəti və dinamikası etibarlı zəmin yaradır. Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çoxalması, proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 3 milyard manat artırılması 2024-cü ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının formalaşmasını və bölünməsini gündəmə gətirir. Belə ki, bu ilin ilk 4 ayında ölkədə 38,2 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 24,2 milyard manatlıq ÜDM istehsal olunmuşdur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 4,3 faiz, qeyri-neft sektoru üzrə isə 7,7 faiz artmışdır. Cari ildə inflyasiya tempi azalmaqda davam etmiş, orta illik inflyasiya 0,7 faiz səviyyəsində qərarlaşmışdır.
Yanvar-aprel ayları üzrə qeyd olunan göstəricilər dövlət büdcəsinin gəlirlərinin artımını şərtləndirmişdir. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 12144,3 milyon manat proqnoza qarşı 13259,4 milyon manat və ya 109,2 faiz təşkil etmişdir. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1094,4 milyon manat və ya 9,0 faiz çoxdur. 2024-cü ilin yanvar-aprel ayları üzrə dövlət büdcəsinin gəlirlərinin 6867,4 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,8 faiz təşkil etmişdir.
2024-cü ildə ÜDM-in 121,3 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in 84,7 milyard manata (dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 0,6 milyard manat çox) çatacağı proqnozlaşdırılır. Yenilənmiş makroiqtisadi proqnoz, dünya neft bazarlarında münbit qiymət dinamikası, cari ilin ötən dövründə dövlət büdcəsinin gəlirlərinin faktiki icra vəziyyəti və dövlət büdcəsində əlavə fiskal məkandan istifadə imkanları bu il üzrə gəlir proqnozuna yenidən baxılması üçün şərait yaradır.
Qanun layihəsində qeyd olunur ki, zəruri əlavə xərclərin maliyyə təminatının mənbələri kimi makroiqtisadi sabitliyə xələl gətirməyən, orta və uzunmüddətli inkişaf ssenarilərini dəstəkləyən gəlirlər və maliyyələşmə alətləri çıxış edir. Dövlət büdcəsinin 3796,1 milyon manat məbləğində əlavə maliyyə tələbatı onun yenilənmiş proqnozlarına əsasən gəlirlərinin artırılması, təsdiq olunmuş bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü nəticəsində formalaşan sərbəst vəsaitin, habelə dövlət büdcəsi kəsirinin böyüdülməsi hesabına qarşılanması nəzərdə tutulur. Əlavə qeyri-neft gəlirləri 1300 milyon manat, əlavə neft gəlirləri 605 milyon manat, Azərbaycan Respublikası Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin sərbəst qalığından ayırmalar 250 milyon manat, "Nəqliyyat vasitələrinin utilizasiyası Fondu"nun (məqsədli büdcə fondu) gəlirləri 25 milyon manat, dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması və yenidən bölgüsü 851,8 milyon manat, dövlət büdcəsinin kəsirinin böyüdülməsi 764,3 milyon manatdır.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36353 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2180 milyon manat çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 48,9 faizi neft sektorunun, 51,1 faizi qeyri-neft sektorunun payına düşür. Bu ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 605 milyon manat və ya 3,5 faiz artırılır ki, bu 2023-cü ilin icra göstəricisinə nisbətən 387,4 milyon manat (2,1 faiz) azdır, qeyri-neft sektoru üzrə isə təsdiq olunmuş göstəriciləri ilə müqayisədə 1575 milyon manat və ya 9,3 faiz artırılır ki, bu ötən ilin icra göstəricisinə nisbətən 1504 milyon manat (8,8 faiz) çoxdur. Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstərici ilə müqayisədə 1,3 faiz bəndi çox (51,1 faiz) təşkil edəcək.
Sözügedən sənəddə həmçinin göstərilir ki, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39707,3 milyon manat məbləğində proqnozlaşdırılır. Bu, təsdiq olunmuş göstəriciyə nisbətən 2944,3 milyon manat və ya 8 faiz, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3249,4 milyon manat və ya 8,9 faiz çoxdur.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 58 faizi həcmində və ya 23024,4 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 314,2 milyon manat və ya 1,4 faiz, 2023-cü ilin faktiki icra göstəricisinə nisbətən 2756,3 milyon manat və ya 13,6 faiz çox), əsaslı xərclərə ümumi xərclərin 38,7 faizi həcmində və ya 15387,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 3307,1 milyon manat və ya 27,4 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 3,3 faizi həcmində və ya 1295,6 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 677,0 milyon manat və ya 34,3 faiz az) vəsait yönəldiləcək.
Müvafiq olaraq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 5,9 faiz-bənd artacaq, cari xərclərin xüsusi çəkisi isə 3,8 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 2,1 faiz-bənd azalacaqdır.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsinin xərcləri funksional təsnifata uyğun olaraq iqtisadi fəaliyyət (dövlət əsaslı vəsait qoyuluşu, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və digər xərclər) xərcləri təsdiq olunmuş 7788,0 milyon manata qarşı 9902,7 milyon manat və ya 2114,7 milyon manat (27,2 faiz), müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 6421,0 milyon manata qarşı 7126,3 milyon manat və ya 705,3 milyon manat (11,0 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclər təsdiq olunmuş 1390,3 milyon manata qarşı 1750,2 milyon manat və ya 359,9 milyon manat (25,9 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərcləri təsdiq olunmuş 2956,7 milyon manata qarşı 3058,4 milyon manat və ya 101,7 milyon manat (3,4 faiz), kənd təsərrüfatı xərcləri təsdiq olunmuş 1102,6 milyon manata qarşı 1202,6 milyon manat və ya 100,0 milyon manat (9,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri təsdiq olunmuş 574,8 milyon manata qarşı 575,6 milyon manat və ya 0,9 milyon manat (0,1 faiz) çox, ümumi dövlət xidmətləri (qanunvericilik və icra hakimiyyəti, beynəlxalq münasibətlər, xarici ölkələrə yardımlar, büdcələrarası transfertlər, dövlət borcu) xərcləri təsdiq olunmuş 4822,2 milyon manata qarşı 4542,8 milyon manat və ya 279,4 milyon manat (5,8 faiz), səhiyyə xərcləri təsdiq olunmuş 1871,3 milyon manata qarşı 1863,3 milyon manat və ya 8,0 milyon manat (0,4 faiz), sosial müdafiə və sosial təminat xərcləri təsdiq olunmuş 4542,2 milyon manata qarşı 4391,4 milyon manat və ya 150,8 milyon manat (3,3 faiz) az, təhsil xərcləri, mənzil və kommunal təsərrüfatı xərcləri və ətraf mühitin mühafizəsi xərcləri isə təsdiq olunmuş məbləğdə proqnozlaşdırılır.
Yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764,3 milyon manat məbləğində böyüdülməklə 3354,3 milyon manata çatdırılır. Kəsirin artımının 600 milyon manatı daxili borclanmadan cəlb olunan vəsait, 105,9 milyon manatı vahid xəzinə hesabının sərbəst qalığı və 58,4 milyon manatı Məqsədli Büdcə Fondlarının vəsaitlərinin qalığı hesabına təmin ediləcəkdir. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,8 faiz həcmində olacaqdır.
Yenidən baxılma ilə 2024-cü il icmal büdcədə gəlirlər 43480 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 4482,5 milyon manat və ya 11,5 faiz çoxdur. İcmal büdcənin xərcləri 45591,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3215,6 milyon manat və ya 7,6 faiz, 2023-cü ilin icra göstəricisinə nisbətən isə 5258,5 milyon manat və ya 13 faiz çoxdur.
İcmal büdcə 2111,8 milyon manat kəsirlə proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş kəsirə nisbətən 1267 milyon manat və ya 37,5 faiz azdır.
Flora SADIQLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb...
30 Iyun
İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür
30 Iyun
Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var
30 Iyun
Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib
30 Iyun
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək
30 Iyun
Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
30 Iyun
Azərbaycanın energetika naziri İtaliyaya səfər edib
30 Iyun
Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub
30 Iyun
Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib
30 Iyun
Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
![](/uploads/img/posts/2024/06/27/1719473706217621927_1200x630jpg-1719477132.jpg)
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/17193913105429036540_1200x630jpg-1719393315.jpg)
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/manwetttjpg-1719265024.jpg)
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
![](/uploads/img/posts/2024/06/29/1583835201167192134jpg-1719605770.jpg)
Sülh uğrunda müharibə26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/1656311658_e346c3b9742c001ff2f42ef9aa7170cajpg-1719357575.jpg)
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/4jpg-1719265162.jpg)
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
![](/uploads/img/posts/2024/06/23/babaaajpg-1719094277.jpg)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
![](/uploads/img/posts/2024/06/22/17190365625934912960_1200x630jpg-1719036839.jpg)
Adın nədir - Daşdəmir...21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/susajpg-1718926127.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!