12 Oktyabr 2026 15:24
1499
Elm və texnika
A- A+
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar  

İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları dünyanın ən nüfuzlu alimləri siyahısında yer alıblar  


Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları – AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və baş elmi işçi, dosent Fərqanə Abdullayeva Stenford Universiteti tərəfindən hazırlanan süni intellekt sahəsində dünyanın ən yaxşı 2 faiz aliminin reytinq siyahısına ("World's Top 2% Scientists") daxil ediliblər. Tanınmış azərbaycanlı alimlər elmi uğurlarına və əsərlərinə edilmiş istinadların sayına görə 517 min 648 mütəxəssis arasından seçiliblər.

İnstitutdan bildirilib ki, Ramiz Alıquliyev artıq 7-ci ildir ki, bu reytinq siyahısında yer alır. Alim ilk dəfə 2020-ci ildə bu qiymətləndirmənin "birillik" (single-year) təsir siyahısında təmsil olunub. O, 2021-ci, 2022-ci və 2023-cü illərdə həm "birillik", həm də "karyera" (career) təsiri siyahısına daxil edilib. R.Alıquliyev uğurlu elmi fəaliyyətini davam etdirərək 2024-cü, 2025-ci və 2026-cı illərdə də dünya alimlərinin “karyera” təsiri reytinqindəki mövqeyini inamla saxlayıb.

Fərqanə Abdullayeva isə ötən il olduğu kimi, bu il də dünyanın ən yaxşı 2 faiz aliminin "birillik" təsir siyahısında yer almağa müvəffəq olub. Qeyd edək ki, "birillik" təsir siyahısı alimlərin yalnız son bir il (qiymətləndirmə ilində) ərzindəki elmi fəaliyyətini və nüfuzunu ölçür. Burada əsas məqsəd alimin qiymətləndirmə ilində nə dərəcədə aktiv olduğunu və onun elmi işlərinə olan diqqəti (istinad dinamikasını) göstərməkdir. "Karyera" təsir siyahısı isə alimin bütün elmi fəaliyyəti boyunca (ilk gündən sonuncu qiymətləndirmə ilinə qədər) topladığı elmi nəticələri qiymətləndirir. İllərlə toplanmış zəngin təcrübə və davamlı istinad bazası tələb etdiyi üçün bu siyahıya düşmək yüksək akademik sabitlik göstəricisi hesab olunur.

Hər iki siyahı tərtib olunarkən alimlər sadəcə istinad sayına görə sıralanmır. Özünə istinadlar və ya qarşılıqlı istinad qrupları vasitəsilə süni artımların qarşısını almaq üçün 6 əsas parametrdən (ümumi istinadlar, H-indeksi, çoxmüəllifliyi nəzərə alan H-indeksi, tək, birinci və sonuncu müəllifli məqalələrə istinadlar) ibarət kompozit göstəricidən istifadə olunur. Dünyada 22 əsas elmi sahə və 174 alt-sahə üzrə bu göstəriciyə görə ən yüksək 2 faizlik nəticə göstərən alimlər reytinqə daxil edilir.

Qeyd edək ki, "Elsevier" nəşriyyatının təqdim etdiyi və Stenford Universitetinin alimləri tərəfindən hazırlanan bu beynəlxalq reytinq siyahısı "Scopus" elmi bazasında yer alan tədqiqatçıların elmmetrik göstəriciləri əsasında tərtib olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub  

10:52
05 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!