06 Avqust 2024 15:45
5408
PARLAMENT
A- A+
İndoneziya parlamentinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

İndoneziya parlamentinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

 

Avqustun 6-da Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev ölkəmizdə səfərdə olan İndoneziya Respublikası Parlamentinin Nümayəndələr Palatasının İnzibati işlər komitəsinin sədr müavini Nasril Baharın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.  
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən “Azərbaycan” qəzetinə verilən məlumata görə qonaqları Milli Məclisin Sədri Sahibə Qafarova adından səmimi salamlayan Aparat rəhbəri, iki ölkə arasında əlaqələrin tarixi barədə danışıb, münasibətlərin gələcək perspektivlərinə dair fikirlərini səsləndirib. 
Görüş zamanı qonaqlara Milli Məclisin və onun Aparatının strukturu, qanunvericilik prosesi, partiyaların təmsilçiliyi, həmçinin parlament diplomatiyasının gücləndirilməsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.
Aparat rəhbəri qeyd edib ki, Azərbaycan digər sahələrdə olduğu kimi, İndoneziya ilə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsində də maraqlıdır. İkitərəfli əlaqələrin inkişafında müxtəlif dövrlərdə parlament sədrlərinin, həmçinin  işçi qruplarının üzvlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların və müntəzəm görüşlərin əhəmiyyəti vurğulanıb, iki ölkənin parlamentlərinin beynəlxalq təşkilatlardakı səmərəli əməkdaşlığından məmnuniyyət ifadə olunub. 
Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən İndoneziya Respublikası Parlamentinin Nümayəndələr Palatasının İnzibati işlər komitəsinin sədr müavini Nasril Bahar Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında dostluq münasibətlərindən danışan qonaq, iki ölkənin qanunverici orqanları arasında əməkdaşlığın vacibliyini vurğulayıb, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyətini qeyd edib. 
Söhbət zamanı Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev qonaqları maraqlandıran  sualları cavablandırıb, parlamentlərarası əməkdaşlığın müxtəlif istiqamətləri və gələcək inkişafı barədə fikirlərini bölüşüb.
Görüşdə Milli Məclis Aparatı rəhbərinin müavinləri Yaşar Əməşov, Rüstəm Mahmudov,  Parlament Aparatının struktur bölmələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.
Görüşdən sonra qonaqlar parlamentin inzibati binasının foyesində yaradılmış “Zəfər guşəsi” ilə tanış olublar. Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsi barədə qonaqlara ətraflı məlumat verib. 
Sonra parlamentin plenar iclas zalı ilə tanış olan qonaqlara Milli Məclisin fəaliyyəti, deputatlar üçün plenar iclas zalında yaradılmış iş şəraiti, qanunvericilik prosesinin həyata keçirilməsi proseduraları haqqında geniş məlumat verilib. 
Qonaqlar parlamentin inzibati binasının foyesində ucaldılmış Azərbaycan dövlətinin banisi Heydər Əliyevin abidəsinin və “Zəfər guşəsi”nin önündə xatirə şəkli çəkdiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!