28 Aprel 2024 08:10
300
SİYASƏT
A- A+

İlham Əliyevin mesajlarından Ermənistan və havadarları nəticə çıxarmalıdırlar

 

"Prezident İlham Əliyev aprelin 26-da Almaniyaya işgüzar səfərində bir çox mövzu barədə ətraflı və dərinməzmunlu çıxış edib. Dövlət başçısı Azərbaycan-Almaniya münasibətləri, COP29, Ermənistanla delimitasiya və demarkasiya prosesinin gedişatı, ölkəmizin enerji təminatçısı kimi əvəzedilməz rolu, insan haqları və mətbuat azadlığı kimi bir çox məsələ  barədə məlumat verib. Prezidentin dünya siyasətində öz yeri olan Almaniyaya səfəri və oradan ötürdüyü mesajlar xüsusi əhəmiyyət kəsb edir".
Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. Deputat qeyd edib ki, bu səfər Azərbaycanla Almaniya arasında münasibətlərin hazırda sürətli inkişaf dövrünü yaşadığını sübut edir: "Bu, görüş çərçivəsində ikitərəfli münasibətlərin və regional təhlükəsizlik məsələlərinin sağlam şəkildə müzakirəsindən də aydın olur. Almaniya ilə münasibətlərimizin bu mərhələsi ölkəmizin bütövlükdə Avropa üçün əhəmiyyətli tərəfdaş olduğunu təsdiq edir. Dövlətimizin başçısı Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib ki, Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Bu mənada Azərbaycan Prezidentinin Berlin səfərini və oradan ötürdüyü mesajları həm də regionumuzun təhlükəsizliyinə növbəti töhfə kimi də dəyərləndirmək olar".
Deputat Prezidentin çıxışında xüsusi toxunduğu digər məqamlara da diqqət çəkib: "Azərbaycanın belə böyük tədbirə ev sahibi seçilməsi Azərbaycanın "yaşıl gündəliy"ini dünyaya bir daha nümayiş etdirir. Bu həm də dövlətimizə, xüsusilə də Prezident İlham Əliyevə dünyada göstərilən etimadın bariz nümunəsidir. Ölkəmizin bu tərəqqisinə görə dövlət başçısına minnətdarıq".
Cavanşir Paşazadənin sözlərinə görə, Azərbaycanda həm sülhün təminatı, həm iqtisadi inkişafa nail olunması, həm də digər ölkələrlə münasibətlərin yaxşılaşdırılması istiqamətində görülən bütün işlər təqdirəlayiqdir: "Həyata keçirilən tədbirlər Azərbaycanın gələcəyi barədə nikbin danışmağa bizə haqq qazandırır. Təbii qaz təchizatçısı olan Azərbaycan  yaxın gələcəkdə Avropanın "yaşıl enerji" təchizatçısına da çevriləcək. Eyni zamanda regionda sülh tam bərqərar olacaq, Ermənistanla delimitasiya və demarkasiya prosesi beynəlxalq hüquqa uyğun şəkildə həyata keçiriləcək və keçmiş məcburi köçkünlərimizin doğma dədə-baba yurdlarına qayıdışı prosesi yekunlaşacaq".
Deputat yekunda vurğulayıb ki, İlham Əliyevin toxunduğu və mühüm mesajlar verdiyi mövzular ətrafında bir sıra qüvvələr, xüsusilə də Ermənistan hökuməti dərindən düşünməlidir. Berlindəki mesajlardan bir daha aydın oldu ki, Azərbaycanı davam etdiyi haqq yolundan heç bir qüvvə döndərə bilməz. 

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video