"Hərbi xərclərin artırılması gücümüzün göstəricisidir"
"İkinci Qarabağ müharibəsində dünya Azərbaycan Ordusunun əsgər və zabitinin həm qəhrəmanlığının, həm də yüksəksəviyyəli hazırlığının, peşəkarlığının şahidi oldu. Bugünkü Azərbaycan Ordusu 4 il öncəkindən daha güclü, daha peşəkardır. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin daha da qüdrətlənməsi üçün verdiyi göstəriş və tapşırıqların icrası uğurla həyata keçirilib. Hər il büdcədə hərbi xərclərin artırılması həm də gücümüzün göstəricisidir. Azərbaycan heç bir ölkə ilə silahlanma yarışına girməyib və belə bir niyyəti də yoxdur. Amma elə bölgədə yerləşirik və keçmişdə elə ağrılar çəkmişik ki, güclü, peşəkar ordumuzun olması labüddür".
Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov dövlət büdcəsində hərbi xərclərin artırılması ilə bağlı məsələyə münasibət bildirərkən söyləyib.
Deputat bildirib ki, ordu ölkənin təhlükəsizliyinin qarantıdır: "Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən bir müddət sonra ordu quruculuğuna start verilərək bu sahədə çox böyük islahatlar həyata keçirildi. Təbii ki, Prezident İlham Əliyevin rəhbərliyi altında yeni çağırışlara cavab verən daha müasir, çevik, döyüşkən və peşəkar ordunun yaradılması istiqamətində də işlər görülüb. Azərbaycan son zamanlar hərbi infrastrukturunun gücləndirilməsi, modern hərbi sənaye kompleksinin formalaşdırılması, yalnız idxal deyil, həmçinin hərbi təyinatlı məhsulların ixrac olunması yolunda da çox vacib addımlar atır. Buna görə də Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Təbii ki, bu proses davamlı baş verməlidir və dünya bilməlidir ki, Azərbaycan hərtərəfli inkişaf edən ölkədir və onun güclü ordusu var. Bu ad daimi olaraq ölkəmizin adı ilə bərabər səslənməlidir və bunun üçün hərbi sahəyə ayrılan xərclərin hər il artırılması gündəmdə olacaq".
Deputat vurğulayıb ki, sərhədlərimizin müdafiə olunması, vətəndaşların təhlükəsizliyinin qorunması üçün güclü ordumuzun olmasını hər kəs arzulayır. Bu səbəbdən də dövlət üzərinə düşən vəzifələrin ən yüksək səviyyədə həll edilməsi üçün bütün lazımi addımları atır və atacaq.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ukrayna 1000 kilometrdən çox uçuş məsafəsi olan hücum pilotsuz təyyarələrinin istehsalına başlayıb...
30 Iyun
İsmayıllıda torpaq sürüşməsi səbəbindən Qoydan kəndinin sakinləri köçürülür
30 Iyun
Zelenski: Ukraynanın əlavə hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var
30 Iyun
Hərbi institutda hərbi vətənpərvərlik mövzusunda tədbir keçirilib
30 Iyun
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək
30 Iyun
Avstriyada Millətlər Festivalında Azərbaycan mədəniyyəti təbliğ olunub
30 Iyun
Azərbaycanın energetika naziri İtaliyaya səfər edib
30 Iyun
Xarici işlər nazirinin müavini Xorvatiyada işgüzar səfərdə olub
30 Iyun
Rusiyanın Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib
30 Iyun
Fransada növbədənkənar parlament seçkiləri üzrə səsvermə başlayıb
30 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
![](/uploads/img/posts/2024/06/27/1719473706217621927_1200x630jpg-1719477132.jpg)
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/17193913105429036540_1200x630jpg-1719393315.jpg)
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/manwetttjpg-1719265024.jpg)
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
![](/uploads/img/posts/2024/06/29/1583835201167192134jpg-1719605770.jpg)
Sülh uğrunda müharibə26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/1656311658_e346c3b9742c001ff2f42ef9aa7170cajpg-1719357575.jpg)
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/4jpg-1719265162.jpg)
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
![](/uploads/img/posts/2024/06/23/babaaajpg-1719094277.jpg)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
![](/uploads/img/posts/2024/06/22/17190365625934912960_1200x630jpg-1719036839.jpg)
Adın nədir - Daşdəmir...21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/susajpg-1718926127.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!