Həkim məsləhəti olmadan vitamin qəbul etmək olmaz
Həkim məsləhəti olmadan vitamin qəbul etmək olmaz.
AZƏRTAC Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun bu barədə məsləhətlərini təqdim edir.
Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunitet sistemini güclü saxlamaq üçün balanslı qidalanma və nizamlı yuxu kifayət edir. Vitamin qəbul etmə ilə əlaqədar xüsusi bir xəstəliyi olmayan insanlar əslində buna ehtiyac duymur, çünki onlar yedikləri qidalarla həmin vitaminləri artıq qəbul etmiş sayılırlar. Qış aylarında yoluxucu xəstəliklərlə mübarizədə həkim məsləhəti ilə vitamindən istifadə etmək olar. Məsələn, C vitamini ilə zəngin qidalar bol istehlak etmək xəstəliklərin qarşısını almağa müvəffəqdir. Bundan əlavə, kifayət qədər maye istehlakı və balanslı qidalanmaya diqqət yetirilməlidir. İnternetdən alınan, tərkibi bilinməyən vitaminlərdən qəti şəkildə uzaq durmaq gərəklidir. Bütün bunlar “immunitet sistemini gücləndirir” adı altında satılan və heç də belə olmayan lazımsız məhsullardır. Əksinə, belə məhsullardan istifadə edən insanlarda sonradan müəyyən fəsadlar da ortaya çıxa bilər. Həkim məsləhəti olmayan vitaminlər də sağlamlıq üçün zərərlidir.
“Hər bir məhsul mədədə sorulduqdan sonra qaraciyərə və böyrəyə gedir, oradan da xaric olur. İfraz olunmursa, bu, orqanizmdə yığılır, böyük bir problemə çevrilir. Ona görə də belə məhsullar bütün orqanlara zərər verir. Hansısa bir dərman dozadan artıq qəbul edilərsə bu da təbii ki, mənfi təsirini göstərəcək. Ona görə də hər dərmanın yaş qruplarına görə bir dozası var. Unutmayaq ki, doğru şəkildə və həkim məsləhəti ilə qəbul edilən vitaminlər insan sağlamlığı üçün faydalıdır”, - deyə Qalip Ekuklu əlavə edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ötən il Azərbaycanda 91 nəfər insan alveri qurbanı olub
17 May
DİA-da “Azərbaycanda yaşıl iqtisadiyyat və COP29” mövzusunda mühazirə dinlənilib
17 May
“Kapital Bank”ın sədri “Naxçıvan Bank”ın alınması ilə bağlı məsələyə ayındınlıq gətirib ...
17 May
FHN insan sağlamlığı üçün təhlükə yaradan maye qazdoldurma məntəqələrinin istismarını dayandırıb ...
17 May
Nazirlik rəsmisi: İnsan alverinə qarşı mübarizə istiqamətində işlər mütəmadi davam etdirilir ...
17 May
Azərbaycan PATA-nın sammitində təmsil olunur
17 May
Yanvar-aprel aylarında əlilliyi olan 33,8 min şəxsə reabilitasiya xidmətləri göstərilib
17 May
Baş nazir Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşüb
17 May
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı...
17 May
G7 ölkələri QHT-lərinin bəyanatı: COP29 ölkəsi olan Azərbaycan iqlim dəyişmələrinin təsirlərini azal...
17 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!