30 Iyun 2024 08:05
167
İQTİSADİYYAT
A- A+

Hazırlıqlar çoxşaxəlidir

 

Bu, COP29-un uğurla keçəcəyindən soraq verir

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29)  hazırlıq işləri tam gücü ilə davam edir.  Hazırlıqlar bütün dünyanın diqqət mərkəzindədir. Qlobal tədbirin  yüksək səviyyədə keçəcəyinə  böyük ümidlər var. COP29-dan gözləntilər də çoxdur.
Burada  bir nüansı qeyd etmək  lazımdır ki, adətən, hər bir COP konfransının ev sahibi olan  ölkəyə hazırlıq üçün ən azı iki il vaxt verilir. Bizim  COP29-a evsahibliyi edəcəyimiz elan olunanda isə tədbirə  cəmi 11 ay qalırdı. Buna baxmayaraq, hər iş öz  qaydasında  gedir. 
"Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, şübhəsiz, bütün dünyada nüfuzlu olan COP29 konfransını uğurla keçirəcək və iqlim dəyişmələrinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığa önəmli töhfə verəcək". Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Xalq Assosiasiyasının sədri Yan Vanminin bu fikrini  COP29-un uğurla keçəcəyinə bəslənən inamı ifadə edən ümumi sözlər kimi dəyərləndirmək olar. Yan Vanmin Azərbaycana səfəri zamanı COP29 Əməliyyat Şirkətinin Məşvərət Şurasının rəhbərliyi ilə görüşüb. Görüşdə qarşıdakı qlobal tədbirlə bağlı fikir mübadiləsi aparılıb.
"Biz COP29 çərçivəsində müxtəlif ölkələrin yerli hökumətləri ilə iqlim dəyişikliyi problemlərinin həlli istiqamətində məsələləri müzakirə etmək, təcrübə mübadiləsi aparmaq, əməkdaşlığı inkişaf etdirmək üçün "Çin guşəsi"ndə tematik paralel tədbirlər keçirməyi planlaşdırırıq. Biz, həmçinin Bakının və eyni zamanda Azərbaycanın müxtəlif yerli hakimiyyət orqanlarının assosiasiyamızın təşkil etdiyi bu paralel tədbirlərdə iştirakını da görməkdən məmnun olarıq", - deyə Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri bildirib. 
BMT-nin Baş katibi Antonio Quterreş isə  TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanla eksklüziv müsahibəsində COP29-da  iştirak etmək üçün Bakıya gəlməyi planlaşdırdığını deyib. Ümidvar olduğunu bildirib ki, məhz bu tədbir planetin uçuruma doğru hərəkət etməsi həqiqətinin etirafı kontekstində dönüş məqamı olacaq: "Son 12 ayın hər biri əvvəlkindən daha isti olub. Alimlər ilk dəfə qeyd edirlər ki, yaxın bir neçə ildə bizdə 1,5 dərəcədən çox qlobal istiləşmə müşahidə oluna bilər və bu, təbii ki, vəziyyətin dönməzliyi anlamına gəlmir. Xeyr, demək istəyirəm ki, 1,5 dərəcə məqsədi uzunmüddətli hədəfdir". Antonio Quterreşin  sözlərinə görə,  daha bir sıçrayış baş verərsə, dünya onu qısaltmaq və axını tamamilə dəyişmək üçün hər cür səy göstərməli olacaq. 
"Biz Bakıda keçirilən görüşlərdə Azərbaycanın COP29-a sədrliyini müzakirə etdik. ABŞ Azərbaycanın bu razılaşmada oynadığı rolu güclü şəkildə dəstəkləyib".  ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn  jurnalistlərə açıqlamasında   belə deyib.  
"Biz iqlim dəyişikliyini dünyanın qarşısında duran çox böyük çağırış hesab edirik. Bu görüş bir sıra, o cümlədən bərpaolunan enerji, iqlim dəyişikliklərinin təsirlərinin aradan qaldırılması kimi məsələlərin həllində irəliləyişin əldə edilməsi üçün imkan yaradır. Azərbaycanın bu sahədə əldə edəcəyi irəliləyiş bizi həvəsləndirir"  fikrini söyləyən Ceyms O'Brayn   ölkəsinin  bu sahədə bizə mümkün qədər informasiya dəstəyi və texniki dəstək göstərdiyi barədə də məlumat verib. 
COP29-a hazırlıq çərçivəsində  inkişaf etməkdə olan kiçik ada dövlətlərinə  göstərilən diqqət də  aydın görünür.
Bunu Britaniya bürosuna açıqlamasında Samoanın Belçika və Avropa İttifaqı üzrə səfiri Françella Striklend   da  qeyd edib. Avropa İttifaqı tərəfindən Londondakı Təbiət Tarixi Muzeyində keçirilən COP29-la bağlı paneldə iştirak edən F.Striklend Azərbaycanın COP29 sədrliyindən çox məmnun olduğunu bildirərək deyib: "Mən xüsusilə şadam ki, Samoa kimi inkişaf etməkdə olan kiçik ada dövlətlərinə diqqət göstərilir. Həm Azərbaycanın COP29-un ev sahibi kimi gördüyü işlərdən, həm də bizim iqlim dəyişikliyi komandamızın məlumatlarından görünür ki, COP29-un uğur qazanmasını təmin etmək üçün bütün öhdəliklər yerinə yetirilir. Biz bu cür fəaliyyəti alqışlayırıq və COP29-un başlanmasını səbirsizliklə gözləyirik. Təkcə Azərbaycanda, Bakıda olmaq baxımından deyil, həm də iqlim dəyişikliyindən ən çox əziyyət çəkən kiçik ada dövlətləri olaraq bir sıra önəmli vəd və layihələrin yerinə yetiriləcəyi ümidi ilə COP29-u gözləyirik".
 
Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video