16 May 2024 09:45
3058
Oxucu məktubları
A- A+

Görüşdə etdiyim müraciətdən sonra problemim həll edildi

 

Prezidentin tapşırığına əsasən rayon icra hakimiyyəti başçılarının kənd və qəsəbələrdə sakinlərlə keçirdiyi görüşlərin səmərəli olması barədə hamının məlumatı var. Bizim Goranboy rayonunda da keçirilən belə görüşlər öz müsbət nəticəsini verir. 
Bu yaxınlarda rayon icra hakimiyyətinin başçısı növbəti dəfə kəndimizə gəldi və kənd sakinləri ilə işgüzar söhbət etdi. Mən başçıya məlumat verdim ki, kəndimizə qaz xətti çəkilərkən, borular  həyətimin giriş qapısının qarşısından aparıldı. Bu da həyətə giriş-çıxışı çətinləşdirdi. Xahiş etdim ki, bu çətinliyin aradan qaldırılmasında mənə kömək edilsin. Müraciətim qeydə alındı və çox çəkmədi ki, problem aradan qaldırıldı. İndi maneəsiz maşınımı həyətə salıb çıxara bilirəm. 

Nicat BABAYEV,
Goranboy rayonunun Nərimanlı  kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video