16 Noyabr 2026 18:39
1030
CƏMİYYƏT
A- A+
Gələcəyin peşələri və insan kapitalı: Bakıda Milli Məşğulluq Forumu təşkil olunub  

Gələcəyin peşələri və insan kapitalı: Bakıda Milli Məşğulluq Forumu təşkil olunub  


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Gülüstan” sarayında təşkil olunan və iki gün davam edəcək tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, deputatlar, peşə və ali təhsil müəssisələrinin, nazirlik yanında İctimai şuranın üzvləri, işəgötürənlər, xarici ekspertlər, təhsil mütəxəssisləri, məzunlar, həssas qruplarla iş üzrə mütəxəssislər iştirak ediblər.

“Gələcəyin əmək bazarı – innovasiyadan məşğulluğa” devizi ilə keçirilən tədbirin əsas məqsədi innovasiya, rəqəmsallaşma və süni intellektin əmək bazarına təsirini müzakirə etmək, elm, təhsil və əmək bazarı arasında əlaqəni gücləndirməkdir. Eyni zamanda, işəgötürənlər, tələbələr və məzunlar arasında əlaqələrin qurulması üçün platforma yaratmaq, həssas qrupların məşğulluq imkanlarını genişləndirmək və peşə hazırlığı sahəsində yeni yanaşmaları müzakirə etmək də forumun əsas hədəfləridir.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev müasir dövrdə əmək bazarında baş verən dəyişikliklərin məşğulluq siyasətinin yeni çağırışlara uyğunlaşdırılmasını zəruri etdiyini vurğulayıb. O bildirib ki, rəqəmsallaşma, texnoloji yeniliklər və süni intellekt əmək münasibətlərinə, peşələrə və işəgötürənlərin tələblərinə ciddi təsir göstərir. Bu baxımdan dövlət qurumları, təhsil müəssisələri, işəgötürənlər və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Milli Məşğulluq Forumu da müvafiq mövzuda təcrübə və fikir mübadilələrinin aparılması, yeni əməkdaşlıqların qurulması və gələcəyin əmək bazarına dair yanaşmaların müəyyən edilməsi baxımından önəmli platformadır.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib ki, süni intellekt, rəqəmsallaşma əmək bazarını, peşələrin məzmununu və insan kapitalına olan tələbləri də sürətlə dəyişir: "Bu baxımdan dövlət siyasətinin əsas istiqamətlərindən biri məhz insan kapitalının inkişafıdır. Rəqəmsal İnkişaf Konsepsiyası, 2025-2028-ci illər üçün süni intellekt Strategiyası, eləcə də rəqəmsal inkişafın sürətlənməsinə dair 2026-2028-ci illər üzrə Fəaliyyət Planı ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqi və insan kapitalının inkişafı üçün mühüm rola malikdir".

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bu forumun “Gələcəyin əmək bazarı – innovasiyadan məşğulluğa” devizinin kənd təsərrüfatı sahəsi üçün də əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu gün aqrar sektorda innovativ yanaşmaların tətbiqi, rəqəmsal texnologiyalardan və müasir istehsal üsullarından istifadə əmək bazarında yeni imkanlar yaradır. Aqrar sahənin dayanıqlı inkişafı üçün müasir bilik və bacarıqlara malik kadrların hazırlanması, gənclərin bu sahəyə marağının artırılması və əmək bazarının tələblərinə uyğun peşə hazırlığı xüsusi önəm daşıyır.

Milli Məclisin deputatı Aydın Mirzəzadə forumun keçirilməsini yüksək qiymətləndirib, süni intellektin və informasiya texnologiyalarının inkişafının əmək bazarında yeni çağırışlar yaratdığını vurğulayıb. Bildirib ki, bu şəraitdə yalnız əmək bazarının tələblərinə uyğun kadr hazırlığı deyil, həm də gələcəkdə yeni iş yerləri yaratmaq bacarığının formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Forum çərçivəsində “Müasir əmək bazarı: rəqəmsallaşma, innovativ təhsil, dayanıqlı məşğulluq” və “Süni intellekt və əmək bazarı: işlər yox olur, yoxsa dəyişir?” mövzularında yerli və xarici spikerlərin iştirakı ilə panel müzakirələri təşkil olunub. Bununla yanaşı, “Karyera inkişafına süni intellektin təsiri” və “İmkanları fürsətlərə çevir – həssas qruplarla iş” mövzularında vörkşoplar keçirilib.

Qeyd edək ki, tədbirin ikinci günündə əmək bazarının aktual məsələlərinə dair yerli və xarici ekspertlərin iştirakı ilə müzakirələr təşkil olunacaq. Həmçinin gənclər və işəgötürənlərin iştirakı ilə “İstedadlar Sərgisi” keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Premyer Liqa: “Kəpəz” Gəncədə “Qarabağ”dan xal alıb

18:57
22 Noyabr

Tramp: Açıq sərhədlər ölkələri məhv edir

18:49
22 Noyabr

Premyer Liqa: “Neftçi” Şamaxıdan üç xalla qayıdır

16:29
22 Noyabr

Hava zərbələri nəticəsində Ukraynanın beş bölgəsi işıqsız qalıb

15:59
22 Noyabr

Kiyev vilayətində bina dronla vurulub, 14 nəfər dağıntılar altında qalıb

14:09
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Xankəndidə “Prezident kuboku” uğrunda yarışda 300-ə yaxın atlet iştirak edib

13:17
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycan və İordaniya vətəndaşları üçün qarşılıqlı viza tələbi ləğv edilib

12:43
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!