26 Iyun 2024 09:35
249
Təhsil
A- A+

GDU-da yaz semestr imtahanlarına ictimai baxış olmuşdur

 

Gəncə Dövlət Universitetində (GDU) yaz semestr imtahanlarına ictimai baxış keçirilmişdir.
Mediaturda universitetin humanitar məsələlər üzrə  prorektoru Gülsüm Fətəliyeva, tədris məsələləri üzrə prorektor  Şahin Xurşudov, elm və innovasiyalar üzrə prorektor, Milli Məclisin deputatı Pərvin Kərimzadə GDU-nun fəaliyyəti və son zamanlar qazandığı uğurlar barədə ətraflı məlumat verərək diqqətə çatdırmışlar ki, ali təhsil ocağında tədris müasir innovativ təlim texnologiyaları əsasında qurulur, yüksəkixtisaslı kadr hazırlığı daim diqqət mərkəzində saxlanılmaqla beynəlxalq akademik əlaqələr və ölkədaxili əməkdaşlıq daha da inkişaf etdirilir. O da vurğulanmışdır ki, dünya universitetlərinin reytinqinin əks olunduğu cədvəldə yer alan GDU-nun nüfuzu ilbəil yüksəlir. Ən nüfuzlu reytinq təşkilatlarından olan "Times Higher Education" (THE) tərəfindən keçirilən "THE Impact Ranking"   və "Round University Ranking"in 2024-cü il üçün reytinqinin nəticələri onu göstərir ki, Gəncə Dövlət Universiteti  potensialını gündən-günə artırır.
Sonra mediatur iştirakçıları ayrı-ayrı auditoriyalarda imtahan prosesi ilə tanış olmuş və  müasir kameralar vasitəsilə imtahanların gedişini izləmək üçün yaradılan müşahidə otağına baş çəkmişlər. İmtahanların gedişi və təşkili ilə bağlı fikirlərini bölüşən müşahidəçilər tələbələrin bilik və bacarıqlarını nümayiş etdirməsi üçün yaradılan şəraiti yüksək qiymətləndirmişlər.

Sabir ƏLİYEV,
 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video