07 May 2024 09:05
190
CƏMİYYƏT
A- A+

GDU-da Ulu Öndərin doğum gününə həsr edilmiş beynəlxalq konfrans keçirilmişdir

 

Gəncə Dövlət Universitetində (GDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş "Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri" mözsunda beynəlxalq elmi konfrans keçirilmişdir. 
Müasir kimya, biologiya, fizika və iqtisad elmlərinin aktual problemlərinə həsr edilmiş konfransda iştirakçılara mövzu ilə bağlı 7 ölkədən daxil olan 700-dən çox məqalə təqdim olunmuşdur.
Konfrans iştirakçıları öncə Ulu Öndərin Gəncənin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət etmişlər, sonra universitetdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar. 
Konfransı GDU-nun rektoru, professor Yusif Yusibov açaraq müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı, qüdrətlənməsi naminə misilsiz xidmətlərindən danışaraq diqqətə çatdırmışdır ki, Ümummilli Lider Azərbaycanı zamanın mürəkkəb tarixi sınaqlarından uğurla çıxarmış və onu əbədi müstəqilliyə qovuşdurmuşdur: "Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlər möhtəşəm quruculuq, tərəqqi və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin qızıl səhifələridir. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmizdə digər sahələr kimi, ekoloji tarazlığın  qorunması, ətraf mühitin mühafizəsi sahəsində də əsaslı dönüş yaranmış, zəngin flora və fauna müxtəlifliyinin qorunub saxlanması həmişə prioritet məsələ olmuşdur. Ulu Öndərdən sonra dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət nəticəsində isə Azərbaycan regionun ən güclü və suveren dövlətinə çevrilmişdir". 
Sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək  xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində Ulu Öndər Heydər Əliyev siyasəti və işıqlı əməlləri dayandığını bildirmişdir: "Prezident İlham Əliyev isə Ümummilli Liderin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi daha uğurlu və işıqlı gələcəyə doğru aparır".   
Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop konfransda müzakirə olunan mövzuların əhəmiyyətindən danışaraq, mövcud ekoloji problemlərin aradan qaldırılması istiqamətində və ətraf mühitlə bağlı problemlərin həll olunmasında konfransda dinləniləcək elmi məruzələrin faydalı olacağını vurğulamışdır.
Tədbirdə akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun, Pakistan Respublikasının Sarqodha Universitetinin professoru Navar Məhəmməd Tahirin, Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Vaqif Novruzovun elmi məruzələri dinlənilmişdir.   
Beynəlxalq elmi konfrans işini 16 bölmə iclasında davam etdirmişdir.

S.ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video