16 Fevral 2025 09:10
566
İDMAN
A- A+
"Futbolçu əziyyət görəndə qazandığı pulun qədrini biləcək"

"Futbolçu əziyyət görəndə qazandığı pulun qədrini biləcək"


Ramiz Məmmədov legioner limitinin ləğvini dəstəklədi


 "Mən bu qərarı ikiəlli dəstəkləyirəm. Səlahiyyətli şəxslər çox düzgün qərar veriblər". Bunu "Azərbaycan" qəzetinə açıqlamasında millimizin sabiq müdafiəçisi Ramiz Məmmədov   AFFA İcraiyyə Komitəsinin (İK) Premyer Liqada legioner limitinin ləğvi ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Vaxtilə "Qarabağ", "Neftçi", "Kəpəz", "Kür-Nur" kimi iddialı klubların formasını geymiş veteran deyib ki, İK-nin yanaşması günün tələbləri ilə üst-üstə düşür: "Futbolda hər şeyi öz adı ilə çağırmaq və ona düzgün qiymət vermək lazımdır. Növbəti mövsümdən Premyer Liqada limit olmayacaq. Mən görürəm ki, komitənin qərarına münasibət birmənalı deyil. Amma bunu daha əvvəl də etmək olardı. Limit tez ləğv edilsəydi, millimiz UEFA Millətlər Liqasında D divizionuna yuvarlanmazdı. Futbolumuzun bundan ağır günü ola bilməz. Legionerlərə tətbiq olunan məhdudiyyət ötən illər ərzində futbolumuzu xeyli geri saldı. Çünki əksər yerli oyunçularda arxayınlıq yaranmışdı. Rahat idilər ki, layiq olduq, ya olmadıq, həmişə meydana çıxacağıq, çoxlu pul qazanacağıq. Qiymətləri süni şəkildə artırmışdılar. Bundan sonra belə olmayacaq. Özünü, ailəsini, gələcəyini fikirləşənlər bütün fikrini futbola verəcəklər. Daha əyləncə məkanlarına, çay evlərinə tez-tez getməyəcəklər, gecə həyatlarına diqqət yetirəcəklər. Mən vaxtilə millinin formasını geymişəm deyə, bunları söyləməli deyiləm? Amma sözün düzünü demək lazımdır. Limit qalsaydı, milli daha da zəif çıxış edəcəkdi. Bundan sonra komandaya yalnız layiq olanlar, əziyyət çəkənlər dəvət alacaq, oyunun keyfiyyəti də artacaq. Hamı yüksək yerə zəhmətlə gedib çıxacaq. Futbolçu görəcək ki, daha asanlıqla çörək qazana bilməyəcək. Evinə pul aparmaq üçün gecə-gündüz işləyəcək. Bu gün o çörək 50-100 kiloluq daşın altındadır. Onun üçün özünü oda-közə vurmalı olacaq. Əziyyətlə qazanılan pul həmişə şirin olur. Futbolçu həmin əziyyəti görəndə qazandığı pulun da qədrini biləcək".

R.Məmmədov qeyd edib ki, elitada legionerlərə qoyulan məhdudiyyətin götürülməsi Birinci və İkinci Liqanın səviyyəsini qaldıracaq: "Çünki Premyer Liqada rəqabətə dözməyənlər, o səviyyə ilə ayaqlaşa bilməyənlər bu çempionatlara üz tutacaq. Əsas odur ki, yaş limiti qoyulmayacaq. 2018-ci ildə Birinci Liqada yaş məhdudiyyəti tətbiq olundu, xeyli sayda futbolçu futbolun daşını atdı. Artıq belə problem yaranmayacaq. Onda Birinci Liqa uşaq bağçasına bənzəyirdi, bundan sonra isə orada rəqabət güclənəcək. Bu da olanda klublar yerli futbolçulara normal maaş ödəyəcək. Yəni ki, kim özünü göstərəcək, komandalar da ona şans verəcək".


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında

01:55
05 Mart

Gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında

01:55
05 Mart

"Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"ın təsdiq edilməsi haqqında

01:54
05 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 31 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:52
05 Mart

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 84-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 27 yanvar tarixli 295 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında 

01:52
05 Mart

Azercell abunəçilərinin nəzərinə

01:50
05 Mart

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan taxta materiallarının satın alınması məqsədilə açıq tender elan edir

01:49
05 Mart

“BANK OF BAKU” ASC-nin səhmdarlarının nəzərinə

01:47
05 Mart

К сведению акционеров ОАО “BANK OF BAKU”

01:46
05 Mart

Leyla Əliyeva Respublika Pediatriya Mərkəzinin Nərimanov Uşaq Klinik Xəstəxanasını ziyarət edib  

23:07
04 Mart

Müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilib

22:58
04 Mart

Yaxın Şərqdə qalan Azərbaycan vətəndaşlarının bir hissəsi ölkəyə təxliyə edilib 

22:55
04 Mart

Azərbaycan XİN: Qətərdə olan 200 nəfər vətəndaşımızın təxliyəsi istiqamətində iş aparılır  

22:54
04 Mart

İrandan təxliyə davam edir - 8 ölkənin vətəndaşları “Astara” buraxılış məntəqəsindən keçib

22:13
04 Mart

Braziliya səfiri də daxil olmaqla üç ölkənin diplomatları Azərbaycana təxliyə olunub 

21:46
04 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:36
04 Mart

Azərbaycan Kuboku: “Şamaxı”nı üstələyən “Qarabağ” yarımfinala yüksəlib

21:18
04 Mart

Nazir: Londonda Azərbaycan–Böyük Britaniya əməkdaşlığının texnoloji gündəliyi müəyyənləşdirilib  

21:07
04 Mart

“Yeni reallıqlar və müasir Azərbaycan: aktual çağırışlar fonunda gələcəyə baxış”

20:46
04 Mart

Azərbaycanın turizm potensialı “ITB Berlin 2026” sərgisində təbliğ olunur

20:32
04 Mart

Qətərin dörd sənaye şirkəti istehsalı dayandırıb

19:53
04 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!