06 Oktyabr 2025 18:19
756
DÜNYA
A- A+
Fransa siyasətində böhran: Makronun qarşısında hansı seçimlər var? 

Fransa siyasətində böhran: Makronun qarşısında hansı seçimlər var? 

Cəmi 27 gün Baş nazir vəzifəsində qalan Sebastyan Lökornü bu gün – oktyabrın 6-da istefa verdiyini açıqladı. Bununla da, o, Fransa tarixində ən qısa müddətə Baş nazir olmuş şəxs kimi yadda qaldı. Hökumətini belə tam formalaşdıra bilmədən istefa verən S.Lökornü "Şərait təmin edilmədiyi halda Baş nazir olmaq mümkün deyil" sözləri ilə Matinonda çıxışında qərarını əsaslandırdı.

AZƏRTAC xəbər verir ki, bu inkişafdan sonra siyasi böhran daha da dərinləşib və Emmanuel Makronun qarşısında bir neçə çıxış yolu qalır: yeni Baş nazirin təyin olunması, Milli Assambleyanın buraxılması və ya ən radikal ehtimal - öz istefası.

Fransa Konstitusiyasına əsasən, Baş naziri təyin etmək səlahiyyəti prezidentə aiddir. Lakin artıq Mişel Barnye, Fransua Bayru və Sebastyan Lökornü kimi fiqurların ardıcıl uğursuzluqları, hakimiyyət daxilindəki parçalanma bu vəzifəyə yeni bir adın - bəlkə də, Makron düşərgəsindən olmayan bir şəxsin gətirilməsi ehtimalını gündəmə gətirib.

Bəzi siyasi dairələrdə Milli Assambleyanın sədri Yael Braun-Pivetin adı çəkilir. Onun neytrallığı və az ambisiya sahibi olması ilə böhranı idarə edə biləcəyi güman edilir. Lakin sağ partiyalar bu ehtimalı rədd edir. Respublikaçılar partiyasının təmsilçisi Brüno Rötayo TF1 kanalında "Solçu Baş naziri dəstəkləmək istisnadır",- deyə bildirib.

Sosialist partiyası və “Renaissance” partiyasının sol qanadı isə Makronu geniş koalisiya hökuməti qurmağa və sola yönəlməyə çağırır. Ətraf mühit naziri olmuş Anyes Pannye-Runaşer "Sol olmadan idarəetmə mümkün deyil", - deyə X sosial platformasında bəyan edib.

Milli Assambleyanın buraxılması: yeni seçkilər ola bilərmi?

Bu, son bir il ərzində formalaşdırılmış üçüncü hökumətin süqutu oldu. Bu səbəbdən Makronun əlində olan konstitusion hüquqa əsaslanaraq Milli Assambleyanı buraxması ssenarisi daha real görünür. Marin Lö Pen və Jordan Bardella kimi ifrat sağçı RN liderləri artıq aylarla bu çağırışı təkrarlayır və bu dəfə Respublikaçılar Partiyası (LR) da eyni mövqeni paylaşır.

LR təmsilçisi Fransua-Ksavye Bellami “France Inter” radiosuna deyib: "Milli Assambleyanın buraxılması bizi qorxutmur, biz seçkilərə hazırıq". Bununla belə, bəzi təhlilçilər və siyasətçilər bu addımın Makron üçün riskli olduğunu düşünür. Konstitusiya üzrə ekspert Benjamin Morel “Franceinfo”ya açıqlamasında bildirib ki, yenidən seçki olsa belə sabit çoxluq əldə olunmaya bilər, RN daha da güclənə və parlament idarəolunmaz hala gələ bilər.

Makronun istefası və ya vəzifədən uzaqlaşdırılması: reallıq, yoxsa təzyiq aləti?

“Əyilməz Fransa” (La France Insoumise- LFI) partiyası və onun lideri Jan-Lük Melanşon Emmanuel Makronun istefasını və ya vəzifədən uzaqlaşdırılmasını açıq şəkildə tələb edir. Onlar artıq 2024-cü ilin sentyabrında Makronun impiçmenti ilə bağlı parlamentə təklif vermişdilər, lakin bu, rədd edilmişdi. Hazırda yeni bir təklif hazırlanır və bu həftə parlament bürosunda müzakirəyə çıxarılacaq.

Fransa Konstitusiyasının 2007-ci il islahatları nəticəsində prezidentin vəzifədən uzaqlaşdırılması proseduru hüquqi cəhətdən mümkün olsa da, bunun üçün parlamentin hər iki palatasının üçdə iki çoxluğu tələb olunur. İndiyədək bu mexanizm heç vaxt uğurla nəticələnməyib.

Makronun könüllü istefası isə hələlik ehtimal xarakterlidir. Lakin bu mövqe həm solçu, həm də sağçı olan bəzi siyasətçilər tərəfindən dəstəklənir. David Lisnard (Cannes meri və Bələdiyyə Başçıları Assosiasiyasının rəhbəri) də "Fransa naminə Makronun istefası lazımdır",- deyə bildirib.

Marin Lö Pen isə mövqeyini belə açıqlayıb: "Prezidentin istefa verməsi onun qərarıdır. Əgər verərsə, bu, ağıllı bir qərar olar”.

Qeyd edək ki, Fransa hazırda dərin siyasi böhran içindədir və Emmanuel Makronun atacağı növbəti addım ölkənin siyasi gələcəyini müəyyənləşdirəcək. Yeni Baş nazir təyin etmək, parlamenti buraxmaq və ya prezidentlikdən getmək - hər üç ssenarinin öz riskləri və nəticələri var. Lakin bir şey aydındır: Fransada siyasi sistem ciddi şəkildə silkələnib və bu böhrandan çıxış yolu tapmaq üçün ölkə rəhbərliyindən strateji və milli birləşdirici addımlar gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

İqtisadi Şuranın növbəti iclası olub

17:58
13 Oktyabr

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

17:56
13 Oktyabr

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

17:56
13 Oktyabr

Panamada 6 maqnitudalı zəlzələ baş verib  

17:52
13 Oktyabr

Müharibə nəticəsində Ukrayna və Rusiyada 940 uşağın ölüm faktı təsdiqlənib  

17:43
13 Oktyabr

İqtisadi siyasətimizin əsas istiqamətləri – enerji, logistika, investisiya  

17:37
13 Oktyabr

Ənənəyə meydan oxuyan və sözün sərhədlərini aşan söz ustası  

17:36
13 Oktyabr

SOCAR-dan İtaliyada yanacaq qiymətlərinə müdaxilə: fermerlərə və balıqçılara dəstək

17:29
13 Oktyabr

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq  

17:27
13 Oktyabr

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

17:26
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!