22 Aprel 2025 12:46
539
SİYASƏT
A- A+
“France 2”nin sənədli filmi Fransa hökumətinin Azərbaycanla bağlı iddialarını heçə endirib MÜSAHİBƏ 

“France 2”nin sənədli filmi Fransa hökumətinin Azərbaycanla bağlı iddialarını heçə endirib MÜSAHİBƏ 

Milli Məclisin deputatı, parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının sədri Ramid Namazov “France 2” ictimai televiziyasında yayımlanan “Təbliğat müharibələri, Fransa cəbhə xəttində” adlı sənədli filmlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

Müsahibəni oxucuların diqqətinə çatdırırıq:


-Bu günlərdə “France 2” TV kanalında “Təbliğat müharibələri, Fransa cəbhə xəttində” adlı sənədli film yayımlanıb. Burada Fransa hökumətinin gözlənilmədən Azərbaycanı 2024-cü ildə Yeni Kaledoniyada inqilabı qızışdırmaqda ittiham etməsi barədə danışılır və məsələ Fransa cəmiyyətinə xarici müdaxilə kimi təqdim olunur. Bu ittihamlara münasibətiniz necədir?

-İlk növbədə, qeyd edim ki, Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası öz səlahiyyətləri çərçivəsində bir sıra fəaliyyətlər həyata keçirir. Fəaliyyət istiqamətlərindən biri də digər ölkələrə qarşı aparılan müdaxilələrin və hibrid təhdidlərin öyrənilməsidir. Burada əsas məqsədimiz Azərbaycana qarşı oxşar xarici müdaxilə və ya hibrid hücum halları olacağı təqdirdə, buna hazır olmaq və müvafiq dövlət qurumları ilə birgə qabaqlayıcı tədbirlər görməkdən ibarətdir.

Bu baxımdan Fransanın “Əlavə Təhqiqat” jurnalist araşdırmaları qrupu tərəfindən hazırlanan və Azərbaycanın da adının mənfi formada hallandığı bu sənədli filmi mən də izlədim. Səslənən ittihamlara təbii ki, münasibət bildirəcəyəm, amma fikrimcə, bununla bərabər, müşahidə etdiyim bir sıra məqamları da bölüşməyim faydalı olardı.

Siz sualınızda doğru qeyd edirsiniz ki, film məhz Fransa cəmiyyəti üçün nəzərdə tutulub. Bunun da bir sıra məqsədləri var ki, onlardan biri də Fransanın hazırkı hökumətinin nüfuzunun cəmiyyətdə olduqca aşağı olması ilə əlaqədardır.

Sənədli filmi şərti olaraq üç hissəyə bölmək olar. Bunun yalnız bir hissəsi Azərbaycanla bağlıdır. Əgər film beynəlxalq auditoriya üçün nəzərdə tutulsaydı, ən azından onun ingiliscə alt yazısı olardı. Burada nəyinki alt yazının olmadığının, həm də Azərbaycan izləyicisi üçün girişin məhdudlaşdırıldığının şahidi oluruq. Yəqin ki, siz də filmə baxmaq istəyəndə internet ünvanınız olan IP-nin bloklandığını müşahidə etdiniz.

-Bəli, www.francetvinfo.fr veb-səhifəsində material verilsə də, bizim üçün bu filmə giriş məhdudlaşdırılıb. Sizcə, informasiya texnologiyalarının, süni zəkanın sürətlə inkişaf etdiyi bir dövrdə bu cür yollarla nəyə nail olmaq istəyirlər?

-Dediyim kimi, bu, məhz fransız cəmiyyəti üçün hazırlanmış filmdir. Hazırkı hakimiyyəti beynəlxalq ictimaiyyətdən daha çox daxili auditoriya narahat edir və bu film Fransa hökuməti tərəfindən Fransa cəmiyyətinin bitərəf və ya siyasətdən uzaq olan kəsiminə yönəlmiş informasiya əməliyyatlarının bir parçasıdır.

Filmin anons hissəsinə baxanda sanki Azərbaycanın doğrudan da Fransanın dənizaşırı bölgələrinə müdaxiləsi ilə bağlı təkzibolunmaz faktların ortaya çıxacağını düşünürsən. Lakin tam izləyəndə əksini görürük. Əslində, biz bəlkə də filmi ərsəyə gətirənlərə Fransa hökumətinin əsassız ittihamlarını heçə endirdiklərinə görə təşəkkür etməliyik.

Sualınıza gəlincə, burada elə ilk kadrdan qərəzin olduğu görünür. Film başlayan kimi Azərbaycan Respublikasının xəritəsi verilir, lakin Naxçıvan Azərbaycan ərazisi kimi göstərilmir.

İkinci bir məqam isə odur ki, ölkəmiz fransız izləyicisinə diktatura və Ermənistanın düşməni kimi təqdim olunur, Fransa prezidentinin dilindən Ermənistana hərbi yardımın göstərildiyi (burada isə hədəf erməni lobbisidir) və buna görə də Azərbaycan Prezidentinin Fransanın rəqiblərini dəstəklədiyi iddia edilir. Maraqlıdır ki, müstəqillik uğrunda mübarizə aparan xalqlar filmdə Fransanın rəqibləri kimi təqdim olunurlar.

-Yeni Kaledoniyadakı nümayişlər zamanı Kanaki bayraqlarının yanında Azərbaycan Bayrağının olması ittiham kimi səsləndirilir. Bununla bağlı nə söyləyə bilərsiniz?

-Filmdə bu məsələ prezident Makronun yaxın tərəfdarı olan parlament üzvü Saşa Hulye tərəfindən səsləndirilir və o, “Azərbaycanın müdaxiləsi”nin açıq formada aparıldığını iddia edir, amma ortaya başqa bir fakt qoya bilmir. Fransanın daxili işlər və dənizaşırı ərazilər naziri Jeral Darmanənin Yeni Kaledoniyada baş verən hadisələrin arxasında Azərbaycanın durması ilə bağlı iddiasına gəlincə isə, Hulyenin “nazir nümayişdə gördüyü fakta qiymət verir” kimi cavab verməsi Fransa tərəfinin nə qədər aciz olduğunu göstərir.

Təkcə bir bayrağa görə başqa bir dövləti xarici müdaxilədə günahlandırmaq Fransanın hüquq-mühafizə və xüsusi xidmət orqanlarını gülünc vəziyyətə qoymaqdan başqa bir şey deyil. Bəlkə də elə buna görə Jeral Darmanən artıq daxili işlər naziri vəzifəsini daşımır.

Yeri gəlmişkən, filmin sonunda aparıcı özü də Saşa Hulyeyə xitab edərək “Azərbaycanın müdaxiləsi”nin haradasa olduğunu qəbul edir (başqa çıxış yolu da yoxdur), lakin hansısa maliyyə yardımının olmasını “dərinə getmək” kimi dəyərləndirir və bunu mübahisələndirir.

Öz tərəfimizdən deyə bilərik ki, zaman-zaman Azərbaycanda da radikal müxalifət tərəfindən keçirilən mitinqlərdə müxtəlif ölkələrin, hətta icmaların bayraqlarına rast gəlinib. Başqa ölkələrdə də bu cür hallarla rastlaşırıq. Məsələn, bizdə keçirilən mitinqlərdə Avropa İttifaqının (Aİ) bayrağı dalğalanırsa, bu, o demək deyil ki, bayraqlar Aİ tərəfindən paylanılıb və ya burada müdaxilə var. Adətən müdaxilənin olub-olmadığı digər meyarlarla ölçülür ki, bu isə heç də bayraqla bağlı olan məsələ deyil.

-Bəs kanakların mövqeyini necə dəyərləndirirsiniz? Onlar müsahibələrində Azərbaycan tərəfindən hansısa maliyyə yardımının olunduğunu inkar edirlər.

-Kanakların mövqeyini siz artıq qeyd etdiniz. Daha maraqlısı isə Fransa Ədliyyə Nazirliyinin ərazidəki prokurorunun mövqeyidir.

Aparıcının prokuror İv Dyupaya Azərbaycanın mitinq və iğtişaşlara maliyyə yardımı göstərməsi, siyasi hərəkata (CCAT) və müstəqillik mübarizəsi aparan şəxslərə dəstək verməsi ilə bağlı suallara onun cavabı birmənalı olub. O, Azərbaycanın heç bir maliyyə yardımı etmədiyi və CCAT-ın yanında yer alması ilə bağlı əlində sübutun olmadığını bildirib.

Filmdə qeyd edilir ki, bu günə qədər Fransa tərəfindən aparılan heç bir rəsmi araşdırma Azərbaycanın müstəqillik uğrunda mübarizə aparanlara maliyyə yardımı göstərməsini müəyyən edə bilməyib.

Parisin Maliyyə Prokurorluğunun da film müəlliflərinə verdiyi rəsmi cavabda bu faktlarla bağlı hansısa istintaqın getmədiyi deyilir. Müəlliflər o zaman “Azərbaycanın müdaxiləsi” ilə bağlı məsələnin niyə bu dərəcədə siyasi kommunikasiyanın predmetinə çevrildiyini sual edirlər? Onlar bunu yayındırıcı manevr kimi qiymətləndirirlər.

Maraqlıdır ki, Fransa dövlətinin Yeni Kaledoniyada nümayəndəsi olan və görünür, elə verdiyi müsahibəyə görə artıq 2025-ci ilin aprelindən işdən azad edilmiş ali komissar Luyi Le Frank da rəsmi Parisi Numeada iğtişaşların qarşısını almamaqda, əlavə jandarma qüvvələrinin göndərilməməsində günahlandırır.

Keçmiş daxili işlər nazirinin ofisi ilə sıx təmasda olan bir məmurun gizli açıqlamasına görə isə nazir Jeral Darmanən vaxtilə buraxdığı səhvləri ört-basdır etmək, diqqəti yayındırmaq üçün ortaya “Azərbaycanın müdaxiləsi” məsələsini buraxır və bununla bağlı bir sıra ciddi faktlar səsləndirir. Filmin müəllifləri məsələyə dair nazirin özünə müraciət etsələr də, o, danışmaqdan imtina edir.

-Bildiyim qədərilə siz də Yeni Azərbaycan Partiyasının (YAP) üzvüsünüz və bu filmdə YAP üzvlərinin Fransa əleyhinə sosial media kampaniyalarında iştirakından danışılır. Buna münasibətiniz necədir?

-Belə demək olarsa, bu da bir az gülməli ittihamdır. Ötən il Fransanın rəqəmsal xarici müdaxilələrlə mübarizə xidməti olan “VIGINUM” hesabat yaymışdı və orada da oxşar iddialar səsləndirilirdi. Guya ki, 1686 sosial media istifadəçisi tərəfindən 5000-dən çox mesaj yazılaraq Fransaya qarşı dezinformasiya müharibəsi aparılıb. İnanın ki, mən də maraq üçün həmin hesabatda təqdim olunan profillərə baxmışam və deyə bilərəm ki, həmin hesabların nəinki YAP-la, heç Azərbaycanla yaxından-uzaqdan əlaqəsi yoxdur.

Eyni zamanda, filmdə iki şəklin montajından da söhbət gedir. Guya ki, avtomobil qaçırmağa çalışan qadının maşının sahibi tərəfindən öldürülməsini əks etdirən foto manipulyasiya edilərək, paytaxt Numeada qətlə yetirilmiş kanak nümayəndəsi kimi təqdim edilib. Bu faktı da yoxlayaraq hadisənin həqiqətən baş verdiyini müəyyən etdik. Belə ki, 2024-cü il mayın 15-də Fransanın “Mediapart” adlı internet nəşrində gedən “Kanakların ovu davam edir...” başlıqlı yazıda həmin şəkil və bir sıra başqa fotolar təqdim edilir. Orada Fransaya loyal olan paramilitar qruplar tərəfindən bir neçə kanaklı gəncin qəsdən öldürülməsindən söhbət açılır.

Eyni zamanda, deyə bilərəm ki, xüsusilə Vətən müharibəsi dövründə yüzlərlə erməni istifadəçinin azərbaycanlı adı ilə müxtəlif informasiya kampaniyalarında və təxribatlarında bizə qarşı fəaliyyət göstərdiyinin şahidi olmuşduq. Bugünkü dövrdə bir nəfər tərəfindən 100-dən çox hesabın idarə edilməsi isə texniki cəhətdən o qədər də çətin olmayan məsələdir. Bu minvalla sabah hansısa bir X ölkə və ya təşkilat prezident Makronun fəxri sədri olduğu və cəmi 8500 üzvü olan “İntibah” partiyasının tərəfdarlarının adına saxta hesablar açaraq başqa bir ölkəyə qarşı informasiya kampaniyası apararsa, o zaman nəzəri olaraq Fransa da xarici müdaxilədə ittiham edə bilər.

-Sonda bu sənədli filmlə bağlı nə deyə bilərsiniz?

-Ümumiyyətlə, sənədli filmin özündən də görünür ki, kanak xalqı nə qədər acınacaqlı vəziyyətdə yaşayır. Təsəvvür edin, həbs olunmuş üzvlərinin hüquqlarının müdafiəsi üçün onlar lotereya oynayıb pul yığırlar ki, vəkillərə ödəniş edə bilsinlər. Normal yaşayış şəraitindən isə söhbət gedə bilməz.

Fransa rəsmiləri isə dənizaşırı ərazilərdə yoxsulluğun qarşısını almaq əvəzinə, bu yerli xalqların səslərini boğmaqdan, qanunsuz fəaliyyətlərinə haqq qazandırmaq üçün isə Azərbaycana şər-böhtan atmaqdan çəkinmirlər. Bunu əsaslandırmaq üçün Ermənistanla yaxınlıqlarını bəhanə gətirir və bizi Fransa cəmiyyətinə düşmən kimi təqdim edirlər.

Maraqlıdır ki, eyni yanaşma sovet imperiyasının son illərində də müşahidə edilirdi. Azadlıq uğrunda mübarizə aparan xalqların səsi həmin ölkələrə qoşun yeridilməklə boğulurdu. Lakin qarşısıalınmaz proseslər artıq başlayıb və görünən odur ki, Makron hökuməti nə qədər çalışsa da, bunun qarşısını ala bilmir. Ona görə də diqqəti yayındırmaq üçün xarici düşmən axtarışındadır.

Filmə gəlincə, Azərbaycanla bağlı hissəni müəlliflər maraqlı formada sonlandırırlar. Belə ki, onlar yanvarın 8-də Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsindən bir parçanı səsləndirərək, onun Azərbaycanın müdaxiləsi ilə bağlı Fransa prezidentinin iddialarını istehza ilə qarşıladığını qeyd edirlər.

Dövlətimizin başçısının səsləndirdiyi fikirlər isə belə idi: “Dünən Fransa prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürmüşdü. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!