30 Aprel 2025 08:00
1356
SİYASƏT
A- A+
Etimadın güclənməsinə xidmət edən səfər

Etimadın güclənməsinə xidmət edən səfər


Azərbaycan-İran əlaqələrində yeni dövr başlanır


Aprel ayı Azərbaycanın siyasi həyatında mühüm hadisələrlə əlamətdar oldu. Bu sırada Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət, Türkiyəyə isə işgüzar səfərləri, o cümlədən Almaniya və Gürcüstan prezidentlərinin, ATƏT-in Baş katibinin, Avropa İttifaqının ali nümayəndəsinin Azərbaycana səfərləri respublikamızın xarici siyasət prioritetləri baxımından xüsusi qeyd edilməlidir.


Əməkdaşlığın dərinləşdirilməsi üçün imkanlar böyükdür


Yuxarıda qeyd olunan hər rəsmi səfər bütün siyasi meyarlarla yanaşı, həm də Azərbaycanın müstəqil siyasətinin, respublikamızın regiondakı aparıcı mövqeyinin, yeni dünya nizamındakı mühüm roluna qlobal səviyyədə olan böyük marağın və ehtiramın göstəriciləridir. Bu baxımdan başa vurduğumuz ayın əsas siyasi hadisələrindən biri də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri oldu. 

Qeyd edək ki, qonşu dövlətlər olan Azərbaycanla İran arasında əlaqələr həmişə geniş olub. İki dövlət arasında bir sıra sahələrdə əməkdaşlıq həyata keçirilib. Bununla belə hər iki dövlət münasibətlərin daha da inkişafında maraqlıdır. Təsadüfi deyil ki, İran Prezidentinin rəsmi səfərinin gündəliyi olduqca geniş idi və Azərbaycan-İran əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı bir çox məsələni əhatə edirdi. Səfər cəmi bir gün çəksə də, prezidentlər arasında məhdud və geniş tərkibdə görüşlərin keçirilməsi, imzalanmış sənədlərin mübadilə olunması, dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etmələri, Heydər Əliyev Mərkəzində Azərbaycan-İran biznes-forumunun keçirilməsi səfərin olduqca zəngin və əhatəli olduğunu göstərir.

Azərbaycan və İran prezidentləri arasında aparılan danışıqlar zamanı bir çox mühüm məsələ ətrafında fikir mübadiləsi aparıldı. Energetika, elektrik enerjisi sahəsində əməkdaşlıq, Araz çayı üzərində su-elektrik stansiyalarının tikintisi, Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi, Azərbaycanla İranın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, üçtərəfli əməkdaşlıq layihələri, "Şimal-Cənub" nəqliyyat dəhlizi, humanitar və mədəniyyət sahələrində ənənəvi dostluq əlaqələrinin davam etdirilməsi  dövlət başçılarının toxunduğu əsas məsələlər oldu. 

"Əminəm ki, bu səfərin tarixi əhəmiyyəti olacaq. Biz bu gün Sizinlə məhdud tərkibdəki görüşdə bir çox məsələləri müzakirə etdik və görürük ki, əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var. Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsi iki qardaş xalqın marağındadır. Ümid edirəm ki, bu gün müzakirə olunan və olunacaq məsələlər, verəcəyimiz tapşırıqlar bizim əlaqələrimizi daha da gücləndirəcək", - deyə Prezident İlham Əliyev geniş tərkibdə keçirilən görüşdə bildirib. 


Münasibətlərin hüquqi bazası genişlənir


İran Prezidentinin səfəri zamanı mübadilə olunan sənədlər iki dövlət arasındakı əlaqələrin hüquqi bazasını daha da gücləndirir. Onların arasında prezidentlərin Birgə Bəyanatı xüsusi qeyd edilməlidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu, çox ciddi sənəddir və gələcək əməkdaşlıq üçün bizə yol göstərən sənəddir. Prezidentlər səviyyəsində imzalanmış sənəd həm də hər iki tərəfin əlaqələrin inkişafı baxımından xoş niyyətini göstərir.

Səfər zamanı keçirilən tədbirlərdən biri də Azərbaycan-İran biznes-forumu oldu. Forumda İrandan gələn 120 nəfərdən çox iş adamının iştirak etməsi bu ölkənin biznes dairələrinin ölkəmizdə fəaliyyət göstərməyə olan marağından xəbər verir.  Eyni zamanda bu, Azərbaycandakı əlverişli biznes mühitinin göstəricisidir.  Respublikamızda isə bizneslə məşğul olmaq üçün imkanlar böyükdür. O cümlədən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən işlər iş adamları üçün geniş imkanlar yaradır. Elə buna görə Prezident İlham Əliyev həm də İran şirkətlərini Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində iştiraka dəvət etdi. "Erməni işğalından azad edilmiş ərazilərdə hazırda geniş quruculuq işləri gedir. Biz kəndləri, şəhərləri demək olar ki, sıfırdan qururuq. Çünki işğal dövründə Ermənistan bizim bütün şəhər və kəndlərimizi yerlə yeksan etmişdir. Ona görə orada böyük iş imkanları yaradılır və istərdim ki, İrandan, bizim dost, qardaş ölkədən olan biznesmenlər bu istiqamətdə də işləsinlər", - deyə dövlətimizin başçısı bildirdi.

Hazırda iki dövlət tərəfindən Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən layihə uğurla icra olunur. Bu  istiqamətdə Azərbaycan tərəfindən aparılan işlər demək olar ki, tamamlanıb. Araz çayı üzərində Azərbaycan tərəfinə düşən körpünün inşası demək olar ki, hazırdır, o cümlədən sərhəd-keçid məntəqəsinin inşası prosesi gedir. Azərbaycan bu layihənin reallaşmasına strateji yanaşır və Prezident İlham Əliyevin dediyi kimi, bu, sadəcə olaraq, bu bölgənin layihəsi deyil: "Biz hesab edirik ki, bu, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək".


İran Azərbaycanın yaratdığı reallıqları tanıyır


Azərbaycanı bu gün dünyaya təqdim edən əsas hadisələrdən biri torpaqlarımızın işğaldan azad edilməsi, ərazilərimizdə erməni separatizminə son qoyulmasıdır.  Bununla bağlı əsas məsələlərdən biri də odur ki, ölkəmizin yaratdığı reallıqlar qonşu dövlətlər tərəfindən dəstəklənir və qəbul edilir. Bu baxımdan Məsud Pezeşkianın Prezident İlham Əliyevlə görüşdə "Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq" deməsi bir daha göstərir ki, İran dövləti Azərbaycanın yaratdığı reallıqları tanıyır və dəstəkləyir.

Bütövlükdə, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəmizə rəsmi səfəri məhsuldar keçdi. İki dövlət arasında etimadın gücləndirilməsi üçün fürsətlər yaradan bu ali səviyyəli səfər çərçivəsində əldə olunan bütün razılaşmalar, mübadilə edilən sənədlər göstərir ki, Azərbaycan-İran əlaqələrində yeni dövr başlanır.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!