24 Aprel 2025 08:40
440
SİYASƏT
A- A+
Erməni kilsəsi başqa xalqlara qarşı daim nifrət və dözümsüzlük formalaşdırmağa çalışıb

Erməni kilsəsi başqa xalqlara qarşı daim nifrət və dözümsüzlük formalaşdırmağa çalışıb


Yarandığı gündən dini ayinlərin icra olunduğu məkandan çox ideoloji mərkəz kimi fəaliyyət göstərən erməni kilsəsi birmənalı şəkildə həmişə başqa xalqlara qarşı nifrət və dözümsüzlük formalaşdırmaqda mühüm rol oynayıb. Erməni terror təşkilatlarının fəallaşmasında müstəsna rolu olan kilsə terrorçularda nifrət hissini qızışdıraraq xalqlar arasında düşmənçilik toxumu səpib, insanları bir-birinə qırdırıb. Bu dini mərkəz daim təxribatla məşğul olub. Tarixi hadisələrin saxtalaşdırılması, erməni xalqının "qədim"liyi və "əzabkeşliy"i haqqında yeni miflərin yaradılması kilsənin fəaliyyətinin əsasını təşkil edib. Erməni kilsəsi erməni terror təşkilatlarına maddi və mənəvi dəstək göstərib. 

Tarixi faktlar təsdiq edir ki, ermənilər bütün zamanlarda xəyanətə hazır, güclü dövlətlərin istifadə  etdikləri alət olublar. Coğrafi baxımdan olduqca strateji ərazidə yerləşən, böyük İpək yolunun keçdiyi Cənubi Qafqaz həmişə böyük dövlətlərin maraqlarının toqquşduğu region olub. Bu dövlətlər Cənubi Qafqazda öz geosiyasi maraqlarını təmin etmək üçün birmənalı şəkildə həmişə ermənilərdən istifadə ediblər.

Erməni terrorizmi beynəlxalq terrorizm olaraq həmişə kilsədən hərtərəfli dəstək alıb və almaqda davam edir. "Hınçak", "Daşnaksütyun" kimi terror təşkilatlarının yaranmasını, onların silahla təchizatı və geyimlərinin alınması, ümumiyyətlə, bu terror  təşkilatlarının bütün maddi-texniki təminatını erməni kilsələri öz üzərinə götürüb.  Tarixi mənbələr təsdiqləyir ki, "Hınçak" terror təşkilatının aradan götürdüyü diplomatların və dövlət adamlarının siyahısını da baş katolikos verib. "Böyük Ermənistan" xülyasının reallaşdırılması istiqamətində ilk təşkilatlanmış, terrorçu fəaliyyətə başlayan birlik "Hınçak" olub. 1887-ci ildə Cenevrədə təhsil alan Nazarbayov qardaşları və bir qrup tələbələr tərəfindən yaradılan bu təşkilat terrorçuluq "fəaliyyət"inə Osmanlı imperiyası və İran ərazisində başlayıb.

XIX əsrin 90-cı illərində yaradılan Daşnaksütyun partiyasının XX əsrin əvvəllərində üzvlərinin sayı 100 min nəfərə çadırılıb. Türkiyə ərazisində erməni dövləti qurmaq niyyətində olan partiyanın nizamnaməsində yalnız ermənilər arasında deyil, Türkiyədə yaşayan digər məzlum xalqlar arasında da inqilabi təşviqat aparmaq,  erməniləri silahlandırmaq və təşkilatlandırmaq, terror törətmək, dövlət müəssisələrini soymaq və dağıtmaq başlıca vəzifə kimi müəyyənləşdirilib.

Birinci Dünya müharibəsi ərəfəsində türklərə qarşı kütləvi qırğınlar törədən bu təşkilatlar bilavasitə erməni Qriqoryan kilsəsinin hərtərəfli dəstəyindən yararlanırdılar. Birinci Dünya müharibəsi dövründə erməni katolikosları Osmanlı imperiyasına qarşı törədilən cinayətlərdə terrorçularla əlbir fəaliyyət göstəriblər. Kilsə xadimlərinin başlıca fəaliyyəti ermənilər arasında osmanlılara qarşı təbliğat aparmaq, onları üsyana təşviq etmək və hətta onları silah-sursatla təmin etmək idi. O zaman kilsələr birmənalı olaraq müxtəlif Avropa ölkələrindən gətirilən silah depoları kimi fəaliyyət göstərirdi. Bu silahlardan  Türkiyədə və Azərbaycanda yerli əhalinin kütləvi qırğınları zamanı istifadə edilirdi. Müharibədən sonrakı dövrdə də məhz kilsənin yaxından köməyi ilə ermənilər Azərbaycan ərazilərində yerli əhalinin məhv edilməsi üçün var qüvvələri ilə çalışırdılar.

Erməni Qriqoryan kilsəsinin maddi və mənəvi dəstəyi ilə Azərbaycanın demək olar ki, bütün regionlarında - Bakı, Şamaxı, Quba, Göyçay, Qarabağ, Zəngəzur, Naxçıvan, Şəki, Lənkəran və ölkəmizin əzəli torpaqları olan İrəvan, Göyçə və digər ərazilərdə qırğınlar törədilərək on minlərlə soydaşımız məhv edilmişdir.

XX əsrdə Cənubi Qafqazda geniş vüsət alan erməni terroru yalnız azərbaycanlılara qarşı deyil, regionda yaşayan və ermənilərin planlarına mane olan bütün xalqlara qarşı həyata keçirilib. Azərbaycanlılarla yanaşı, bu dövrdə gürcülər, kürdlər, ruslar, yəhudilər və digər millətlərin nümayəndələri də erməni terrorunun qurbanlarına çevriliblər. Bu qətllərin başlıca səbəbi "böyük Ermənistan" xülyasının gerçəkləşdirilməsi olub.

1919-cu ilin yanvarında daşnak hökuməti Qarabağ ərazisi ilə əlaqədar yeni  iddialar irəli sürərək Tərtər rayonunu çıxmaq şərti ilə Cavanşir qəzasının cənub, qərb hissəsini, Ağdamı və Qacar kəndini çıxmaq şərti ilə Şuşa qəzasının qərb hissəsini, Vəng, Hadrut, Yeqorlu və Arakel kəndləri ilə birlikdə Cəbrayıl qəzasının bir hissəsini, Kirs dağından cənub-qərbdə yerləşən Şahverdilər kəndini və Araz çayı üzərindəki Ağbil stansiyasını çıxmaqla bütün Zəngəzur qəzasını Azərbaycandan qoparmaq  istəyirdilər.

XX əsrin ilk onilliklərində ermənilərin geniş terror fəaliyyəti Qərbi Avropa dövlətləri və birbaşa olaraq Fransa və Böyük Britaniya tərəfindən də dəstəklənir və buna şərait yaradılırdı. Burada başlıca məqsəd həmin dövlətlərin Kiçik Asiyada və Cənubi Qafqazda nüfuzlarının genişləndirilməsi, həmin ərazilərin müstəmləkəyə çevrilməsi idi.  

1920-ci ildə bolşevik Rusiyası imperiyanın çar dövründə mövcud olmuş ərazilərini yenidən bərpa etmək niyyətinə düşdü. Bu minvalla sovet dövləti, yeni "sosialist imperiya"sı yaratmaq ideyasını gerçəkləşdirdi. Nəticədə SSRİ-nin tərkibində Ermənistan SSR yaradılaraq Zaqafqaziya Sovet Federativ Respublikasının tərkibinə daxil oldu.

1921-ci ildə Türkiyə ilə Zaqafqaziya Sovet Federativ Respublikası arasında Qars müqaviləsi imzalandı. Müqavilənin şərtləri arasında Emənistandan qaçqın düşən azərbaycanlıların geri qaytarılması olsa da, Ermənistan hökuməti ağır iqtisadi vəziyyəti və ölkədə epidemiyanın yayılmasını bəhanə edərək buna mane oldu.

Bu azmış kimi, Türkiyə ərazisində yaşayan ermənilərin Ermənistana köçürülməsi və əvvəllər azərbaycanlıların yaşadıqları əyalətlərdə yerləşdirilməsi haqqında qərar qəbul edildi. Ermənistan hökuməti azərbaycanlı qaçqınların geri qayıtmasının qarşısını almaq məqsədilə onların evlərində erməniləri yerləşdirdi. Beləliklə, Türkiyədən gələn 25 min erməni Zəngibasarda, 60 mini Vedibasarda, 25 mini Gərnibasarda, 25 mini Dilicanda, 25 mini Qarakilsədə, 10 mini Yeni Bəyaziddə yerləşdirildi. 

1921-1922-ci illərdə Ermənistan ərazisinə cəmi 96,5 min azərbaycanlı qayıtmışdı, halbuki əvvəllər burada 500 min azərbaycanlı yaşayırdı. İkinci Dünya müharibəsinə qədər Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisi böyüdülməklə yanaşı, buraya kənar ərazilərdən ermənilər də köçürüldü. Bu da bölgədə ermənilərin statistik göstəricilərinin artmasına nail oldu. İkinci Dünya müharibəsi dövründə ermənilər və erməni kilsəsi yeni səylə Ermənistanın ərazisinin genişləndirilməsi işinə başladılar. 

1943-cü ildə ABŞ, Böyük Britaniya və digər Qərbi Avropa ölkələrində yaşayan ermənilər Ermənistan SSR-ə köçürülmələrinə kömək göstərmələri üçün İ.Stalinə və V.Molotova müraciət etdilər. 1945-ci ildə ermənilər Stalinə müraciət edərək Dağlıq Qarabağın Ermənistana verilməsini xahiş etdilər. XX əsrin əvvəllərində həyata keçirdikləri siyasətin davamı olaraq 1947-ci ildən etibarən SSRİ rəhbərlərinin razılığı ilə İrəvan, Dağlıq Qarabağ və digər ərazilərə xaricdə yaşayan erməniləri köçürməyə başladılar və bu köç nəticəsində bölgədə ermənilərin sayı çoxalmış oldu. 

Mixail Qorbaçovun başlatdığı yenidənqurma dövründə katolikos I Vazgen  Qarabağ münaqişəsində əsas qüvvəyə çevrildi. Onun rəhbərliyi ilə kilsə xadimləri təbliğat və təşviqat işləri ilə məşğul oldu, kilsə erməni diasporaları və Daşnaksütyun partiyası ilə sıx münasibətlər yaratdı, Ermənistan-Azərbaycan  münaqişəsində yalnız ideoloji deyil, həm də maddi baxımdan aparıcı qüvvə kimi fəaliyyət göstərdi.

Azərbaycan torpaqlarının 20 faizinin işğalında və uzun illər münaqişənin həll olunmasında kilsə xüsusi rol oynadı. Erməni siyasətçiləri kilsəni öz himayədarlarına çevirmək məqsədilə onu gücləndirməyə, həmçinin kilsə vasitəsilə diasporları nəzarətdə saxlamağa çalışdılar.

Erməni apostol kilsəsinin əsas mərkəzləri olan Eçmiədzin və Kilikiya katolikosluqları Daşnaksütyun partiyasının tam təsiri altındadırlar. Bu bir faktdır ki,  kilsə qeyri-rəsmi şəkildə dövlət idarəçiliyinə müdaxilə edir, dövlətin ideoloji mərkəzi kimi çıxış edir. Dövlət idarəçiliyinə gələn siyasətçilər kilsə ilə sıx əlaqədə fəaliyyət göstərirlər. 

Hakimiyyətdə olan dövlət xadimləri öz mövqelərini möhkəmləndirmək üçün  kilsənin nüfuzundan istifadə etməyə çalışırlar. Yüz illərdir ki, erməni kilsəsi ictimai-siyasi məsələlərlə bağlı qərarlar verib və dünyaya səpələnmiş haylar üçün əsas ictimai-siyasi mərkəz rolunu oynayıb və bu gün də belədir. Ermənistanda revanşistlərin təşkil etdiyi kütləvi etiraz yürüşlərinin önündə erməni apostol kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan gedir...


Elşən QƏNİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!